Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...

Tarix:25-11-2024, 09:34

Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı... Məmurların bizneslə məşğul olması ayrı-ayrı sahələri iflic edir. Kənd təsərrüfatında vəziyyət məlumdur. Məmurlar nə qədər aqroparklar yaradıb, bölgələrdə susuzluq mühiti formalaşdırılıb. Örüş yerləri ələ keçirilib. Başqa sahələrdə də bənzər vəziyyətdir. İnhisar orta və kiçik sahibkarlığın canını alır. İnsanlar məmurların əlindən ən bəsit təsərrüfatı da inkişaf etdirə bilmir. Kiçik obyektin işləməsi belə, ciddi problemdir.

Bizimyol.info xəbər verir ki, son vaxtlar cərimələrin məbləği xeyli artırılıb. Məsələn, kartdan karta əməliyyatlarına ciddi nəzarət edilir. Buna görə dövləti qınamaq olmaz. Vergidən yayınma halları çox artıb. Amma dövlət şirkətlərinə güldən ağır söz demədən orta və kiçik sahibkarlara hücum etmək doğru deyil. Məmur biznesinin iqtisadiyyata təsiri çox böyükdür. İri sahibkarlar, adətən, ya oliqarxlardır, ya da dövlət qurumlarının rəhbərlərinə arxalanan şəxslər. Sıravi adamların obyektləri hamıdan əvvəl hədəfə çevrilir.

Pul qıtlığı da orta və kiçik sahibkarlıq üçün ciddi əngəldir. İri sahibkarlar onsuz da imtiyazlar sayəsində biznesini irəli apara bilir. Orta və kiçik sahibkarlıqla məşğul olanların belə imkanı yoxdur. Ölkədə sosial-iqtisadi vəziyyət pisləşdikcə onlar da dalana dirənir.

Əslində, necə olmalıdır? Ölkədə inhisara heç bir halda imkan verilməməlidir. Həm ayrı-ayrı sahibkarlar bunun zərərini görür, həm də qiymət artımı baş verir. İnhisar iqtisadiyyata çox ağır zərbə endirir. Rəqabət mühitinin olması çox vacib şərtdir. Azərbaycanda məhz bu mühiti yaratmaq mümkün olmayıb. Orta və kiçik sahibkarlar bu istiqamətdə çox ümidsiz görünürlər. Məmur biznesi bütün qanunları tapdayıb keçməyi bacarır. Hər hansı işin inkişaf etdirilməsinə də ümid qalmır.

Bütün hallarda real mexanizmlər işə düşməlidir. İnsanar söz yığınından yorulub. Cəmiyyət gündəlik həyatda ədalət prinsiplərinin ciddi şəkildə gözlənilməsini istəyir. Sahibkarlığın inkişafı nağılına daha heç kim qulaq asmağı arzulamır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...