Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi və Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin təşkilatçılığı ilə Masallı Gənclər Evində “Gənclər narkotikə ‘Yox’ deyir” şüarı altında regional konfrans keçirilib. Tədbir narkomaniya ilə mübarizə, gənclərin bu təhlükədən qorunması və sağlam həyat tərzinin təşviqi məqsədini daşıyırdı.
Konfransı açıq elan edən Gənclərin Anti-Narkomaniya İctimai Birliyinin sədri Büllur Məmmədova çıxışında narkomaniyanın müasir dövrün ən böyük bəlalarından biri olduğunu vurğulayıb. Məmmədova narkotik vasitələrin yaratdığı fəsadlar, bu bəlanın qarşısının alınması istiqamətində həyata keçirilən islahatlar və 2019-2024-cü illəri əhatə edən Dövlət Proqramı barədə iştirakçılara ətraflı məlumat verib. O, sağlam, savadlı və vətənpərvər bir gənc nəslin yetişdirilməsinin əhəmiyyətini qeyd edərək, narkomaniya ilə mübarizədə maarifləndirmə tədbirlərinin vacibliyini xüsusi vurğulayıb.
Tədbirdə müxtəlif qurumların nümayəndələri çıxış edərək narkomaniyanın yaratdığı sosial və iqtisadi fəsadlardan danışıb. Çıxış edənlər 2024-cü ilin statistik göstəricilərini təqdim edərək bu sahədə qarşıya qoyulan məqsədləri açıqlayıblar. Eyni zamanda, gənclərin narkomaniya ilə mübarizədə fəal iştirakı və onların maarifləndirilməsinin vacibliyi qeyd olunub.
Materiallar Diskussiya şəklində keçirilən tədbir zamanı iştirakçı gənclərin sualları cavablandırılıb. Həmçinin narkotik vasitələrin yaratdığı təhlükələr barədə məlumatları əks etdirən maarifləndirici bukletlər tədbir iştirakçılarına paylanıb. Bu cür tədbirlər gənclərin məlumatlılığını artırmaq və onların sağlam həyat tərzinə üstünlük verməsini təşviq etmək baxımından böyük əhəmiyyət daşıyır.
Tədbir təşkilatçıları qeyd ediblər ki, bu cür konfranslar yalnız Masallı ilə məhdudlaşmır. Layihə çərçivəsində Azərbaycanın digər bölgələrində də maarifləndirici tədbirlərin keçirilməsi planlaşdırılır. Bu, layihənin təsir dairəsini genişləndirmək və daha çox gənci narkomaniya təhlükəsindən qorumaq məqsədini güdür.
Masallıda keçirilən bu konfrans, gənclərin narkotik vasitələrdən uzaq qalması və sağlam həyat tərzinin təşviqi istiqamətində mühüm platforma rolunu oynadı. Tədbir həm iştirakçı gənclərin biliklərinin artırılmasına, həm də narkotik vasitələrə qarşı mübarizədə maarifləndirmə səylərinin gücləndirilməsinə böyük töhfə verdi.