Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov 7 fevralda keçiriləcək Prezident seçkilərindən sonra hökumətin formalaşan yeni tərkibində yer almayacaq.
Bu barədə “Arqument.az”a adının çəkilməsini istəməyən mənbə məlumat verib.
Məcnun Məmmədovun yeni kabinetdə yer almaması onun fəaliyyətsizliyi ilə əlaqələndirilir:
“Kənd Təsərrüfatı Nazirliyi tarixi boyu belə zəif nazir görməyib. Düzdür, o, nazir vəzifəsindən əvvvəl fəaliyyət göstərdiyi müxtəlif MMC-lərdə təşkilatçı rəhbər kimi fərqlənə bilmişdi. Ancaq nazirliyə rəhbər gətirildikdən sonra əvvəlki Məcnun Məmmədovdan sanki əsər-əlamət qalmadı. Nazir təyin edilməsindən bir il vaxt keçməsinə baxmayaraq, hələ də Məcnun Məmmədovun ortaya çıxarılası proqramı, konsepsiyası yoxdur. Verilən hesabatlar isə sadəcə rəqəm yığınından ibarətdir. Hətta vəziyyət o dərəcədədir ki, nazirliyin tabeliyində fəaliyyət göstərən qurumlarda çalışan şəxslərin əksəriyyətinin Məcnun Məmmədovu adını konsepsiyası olmadığına görə “kitabsız peyğəmbər” qoyublar”.
Bildirilir ki, onun dövründə qeyri-neft sektoru sayılan kənd təsərrüfatı da ciddi nəticə əldə edə biməyib. Halbuki bir neçə il öncə kənd təsərrüfatının inkişafı ilə bağlı strategiya da hazırlanmışdı.
Mənbə bildirir ki, Məcnun Məmmədovun fəaliyyətsiz olmasının bir səbəbi aqrar sektoru yaxşı bilməməsi, təşkilatçılıq bacarığının zəifliyidirsə, digər səbəbi də nazirlikdə olan müxtəlif qruplaşmaların islahata qarşı dirəniş göstərmələridir.
Bir neçə ildir ki, nazirlikdə kök atmış bu qruplaşmaların ən əsasının başında isə Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov dayanır.
Özü barəsində yüksək instansiyalarda savadlı iqtisadçı, menecer imici formalaşdırmağı bacarmış Fuad Sadıqovun nazir postuna iddialı olduğu bildirilir.
Onun bu niyyətinə çatması üçün yaxşı əlaqələrinin olduğu da iddialar sırasındadır.
Məlumata görə, Prezident seçkilərindən sonra Fuad Sadıqov Kənd Təsərrüfatı naziri vəzifəsinə təyin edilə bilər. Hətta bununla bağlı hər iki şəxsin məlumatlı olduğu bildirilir.