Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Şəhid ailələri və müharibə əlillərinə 140 mənzil və fərdi ev verilib

Tarix:7-07-2023, 15:00

Şəhid ailələri və müharibə əlillərinə 140 mənzil və fərdi ev verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Abşeron, Gəncə, Bərdə, Beyləqan, Oğuz, Qazax, Saatlı, Salyan, Tovuz, Ucar, Zaqatala, Bərdə, Xaçmaz, Şabran şəhər və rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 140 mənzil və fərdi ev təqdim edilib.

Nazirlikdən verilən məlumata görə, MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksindən mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Vüsal Nəsirli bildirib ki, Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram ildən-ilə uğurla davam etdirilir.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Bu gün də 15 şəhər və rayonda daha 140 mənzil/fərdi ev verilir.

Beləliklə, postmüharibə dövründə 5 000, bu il 500, ümumilikdə ötən dövrdə 13 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir.

S.Tomuyev şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi sahəsində Gəncədə də mühüm işlərin aparıldığını diqqətə çatdırıb.

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər onlarla bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə, həmçinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, bu gün yeni mənzil və fərdi evlərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...