Anons

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Haqqımızda Əlaqə

6 süd məhsulu istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb

Tarix:27-01-2023, 14:22

6 süd məhsulu istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb
Ölkədə istehsal olunan və respublikaya idxal edilən süd və süd məhsulları ilə bağlı mütəmadi olaraq həyata keçirilən yoxlama-nəzarət tədbirləri zamanı bu sahədə həm məhsulların təhlükəsizlik göstəricilərində, həm də etiket məlumatları ilə bağlı bir sıra uyğunsuzluqlar aşkar edilib.

Bu bsrədə APA-ya Qida Təhlükəsizliyi Agentliyindən xəbər verilib.

Bildirilib ki, yoxlamalar çərçivəsində süd və süd məhsullarından ümumillikdə 32 nümunə götürülüb və müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim olunub.

Sınaq nəticəsinə əsasən, 2 nümunədə turşululuq göstəricisi, 1 nümunənin tərkibində isə Enterobakter bakteriyasının miqdarı normadan artıq müəyyən edilib, 6 nümunənin tərkibində E.coli aşkarlanıb. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 6 müəssisədə istehsalın dayandırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Bundan əlavə, Rusiya Federasiyasına süd məhsullarını ixrac edən müəssisələrdə həmin ölkənin aidiyyəti qurumundan daxil olmuş müvafiq bildirişlərə əsasən, aparılmış qiymətləndirmə zamanı bir sıra nöqsanlar aşkar edilib.

Eləcə də Agentlik tərəfindən Multimonitorinq Planının icrası məqsədilə ölkə ərazisində fəaliyyət göstərən ticarət obyektlərində satışı həyata keçirilən süd məhsullarından 85 yerli istehsal, 24 idxal edilmiş məhsul olmaqla, ümumillikdə 109 nümunə götürülərək müayinə məqsədilə AQTİ-nin müvafiq laboratoriyasına təqdim edilib. Sınaq nəticəsinə əsasən, 10 pendir, 3 xama və 4 kəsmik nümunəsində mikrobioloji göstəricilərdən E.coli, 1 pendir nümunəsində Stafilokok bakteriyası, 1 kəsmik nümunəsində həm E.coli, həm də tərkibində etiket məlumatlarında bəyan edilməyən fitosterin, 1 xama nümunəsində tərkibində etiket məlumatlarında bəyan olunmayan fitosterin aşkarlanıb.

Aşkar olunmuş uyğunsuzluqlarla əlaqədar həmin müəssisələrdə plandankənar yoxlama çərçivəsində qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb. Eyni zamanda vurğulanıb ki, Multimonitorinq Planı çərçivəsində götürülmüş nümunələrin etiket məlumatları təhlil edilib və 8 məhsulun üzərində tərkibində yalnız “süd yağı əvəzedicisi” və ya “bitki yağı” kimi qeydlərin olması müşahidə edilib.

Bununla əlaqədar, “Qida təhlükəsizliyi haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunların tələblərinə uyğun olaraq, süd məhsulları istehsal edən müəssisələrin rəhbərlərinə, eləcə də istehlakçıların aldadılmasına gətirib çıxaran halların qarşısının alınması məqsədilə ticarət şəbəkələrinin rəhbərləri ilə bağlı müvafiq tədbirlər görülüb.

Qeyd olunub ki, məhsulun tərkibi qablaşdırmanın üzərindəki etiket məlumatlarında aydın göstərilməlidir. Məhsulun tərkibi ilə qablaşdırmanın üzərindəki etiket məlumatları arasında uyğunsuzluqlarla bağlı analoji hal ötən dövr ərzində enerji içkilərində də aşkarlanıb və bununla əlaqədar qanunvericiliyə uyğun tədbirlər görülüb. Əldə olunan bu müsbət təcrübə süd və süd məhsulları sahəsində də həyata keçiriləcək.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...