Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 19:47- Maaş artımı: statistika sevindirir, reallıq duruxur - Cari il əmək haqları harada və nə qədər artıb?

Dünən, 17:07- Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu milyonluq vergi borcu olan şirkətlə müqavilə bağladı

Dünən, 15:50- Makron Paşinyanı Vardanyanla "ram etmək" istəyir - FAKT BUDUR!

Dünən, 15:16- “Kürən Tahir” ləqəbli Tahir Əbdülqasımov Dövlət qoruğu olan Şəhriyar parkını zəbt edib?! İDDİA

Dünən, 14:28- Babaşovun "tender oyunu" - ölüm saçan yol

Dünən, 14:01- "Sanki bir `alo` dediyimizdə başımızın üstünü kəsdirəcəklər..." - GİLEY

Dünən, 13:24- Son 15 ildə 10 milyonlarla MƏNİMSƏMƏ... - BU NƏDİ BELƏ?!

Dünən, 11:09- “Euronews”da İlham Əliyevin müsahibəsi yayımlanıb

Dünən, 10:56- Pedaqoq, nəzəriyyəçi, ilk musiqi dərs vəsaitləri kitablarının müəllifi Lamiyə İlyasqızı: "İndiki nailiyyətlərimi atama borcluyam"

Dünən, 10:44- Ermənilər Kəlbəcəri atəşə tutdu: Ordumuz cavab verdi

Dünən, 10:21- Büdcədən oğurlananlar BELƏ XIRID EDİLİR... - İTTİHAM VAR...

Dünən, 09:40- Elşad Həsənov səkiləri satıb: PİYADA HARDAN GETSİN, cənab başçı? - Sakinlər KÖMƏK İSTƏYİR...

21-06-2024, 20:40- Ermənistanın sonunu gətirəcək həmlə - İNCƏLƏMƏ

21-06-2024, 19:29- Qubada çay məcrasından çıxdı: kəndi su basdı - Foto

21-06-2024, 19:13- Namik Xıdırova yüksək vəzifə verildi - BUNDAN SONRA...

21-06-2024, 17:28- Uşaq bağçasında 105 min manat mənimsənilib

21-06-2024, 16:37- Goranboyun icra başçısından Heydər Əliyevin ruhuna sayğısızlıq - VİDEO

21-06-2024, 15:49- "Piyada yolunda pullu parkinq açıblar" - “Şərur MTK”dan şikayət

21-06-2024, 15:17- Prezidentlə xanımı Nəbatat Bağında görülən işlərlə tanış oldu - Fotolar

Haqqımızda Əlaqə

Paşinyan nəyi imitasiya edir? - Erməni baş nazirin oyunları

Tarix:15-06-2024, 15:50

Paşinyan nəyi imitasiya edir? - Erməni baş nazirin oyunları Obyektivlik naminə demək lazımdır ki, Ermənistanda nazirlərin, hökumət başçılarının parlamentdə hesabat xarakterli çıxışlar etməsi heç də nadir hadisə deyil, belə xarakterli olaylar tez-tez olur.

Amma ki, Nikol Paşinyanın parlamentə hesabat vermək haqqındakı qərarını bir sıra siyasi təhlilçilər keşiş Baqratın təzyiqi ilə bağladılar

Bizə isə elə gəlir ki, sadəcə, Paşinyan yaranmış vəziyyətdən faydalanmaq qərarına gəldi ki, həm insanlara sözünü desin, həm də belə təsəvvür yaranmasın ki, o, etirazçıların bütün tələblərinə etinasızdır.

İndi qalır gələn həftə bazar ertəsi baş tutacaq növbədənkənar sessiyanı gözləmək. Nəsə olacaqmı? Düşünmürük. Ona görə ki, bu qədər əldən-ayaqdan getməsinə baxmayaraq, Baqrat bir nəfər deputat tapa bilmir ki, parlamentin gündəliyinə Nikolun impiçmenti haqqında məsələ salsın.

Elə bu səbəbdən də bazar ertəsi də heç nə olmayacaq, çünki qanunverici orqanda mandatların böyük əksəriyyəti hakim partiyaya məxsusdur. Məhz buna görə də Rusiya mənbələri keşişin payıza qədər fasilə götürəcəyi haqqında yazırlar. Bu isə o deməkdir ki, hətta Moskvada da Baqratın nəsə edə biləcəyinə qəti inanmırlar. Belədə isə Kremldə düşünürlər ki, qarşıda Ermənistanda etirazlar yaratmaq üçün hələ xeyli zəmin var: daha dörd kənd Azərbaycana qaytarılmalıdır, konstitusiyanın dəyişməsi istisna olunmur, sülh sazişi imzalana bilər və s.

Nikol Paşinyanın çıxışlarına gəldikdə isə, o, bir daha qeyd etdi ki, “Dağlıq Qarabağ” Azərbaycanın ərazisidir. Üstəlik, son vaxtlar erməni siyasətçilərin və diplomatların bir çoxu, o cümlədən də Paşinyanın özü bildirir ki, bir ay ərzində Azərbaycanla sülh sazişi imzalana bilər. Amma burada bir məqam var. Paşinyan belə deyir, amma bəzi məsələləri, necə deyərlər, mötərizə xaricinə çıxarır: məsələn, bildirir ki, konstitusiyanın dəyişdirilməsi sülh danışıqlarının yox, demokratik islahatların tərkib hissəsidir. Belə bəyan edir ki, sülh sazişi imzalana qədər də kommunikasiyalar açıla bilər və guya ki, bu, tərəflər arasında etimadı bir az da artıra bilər. Amma o, bir məqamı unudur: Azərbaycan sülh sazişini tək Nikol Paşinyan hakimiyyətilə yox, Ermənistanla imzalamaq istəyir.

Məsələn, konstitusiya dəyişdirilməsə, onlardan sonrakı hakimiyyətlər “Bu saziş “ali qanun”a ziddir” deyib onu ləğv etməyəcəklərmi? Üstəlik, təminat varmı ki, kommunikasiyaların qabaqcadan açılacağı təqdirdə ermənilər Bakı ilə sülh sazişi imzalayacaqlar? Axı kommunikasiyalar da məhz ona görə bağlanıb ki, Ermənistan Azərbaycana qarşı təcavüzdən əl çəksin! Hazırda Ermənistanın təcavüzünə real olaraq son qoyulsa da o, hüquqi olaraq tam aradan qaldırılmayıb – erməni konstitusiyasında Bakı və Ankaraya qarşı ciddi ərazi iddiaları var...

Elə bu səbəbdən də bəzən belə təsəvvür yaranır ki, erməni baş naziri sadəcə, sülhü imitasiya edir. Əlbəttə, onun hərəkətlərində bu, heç də yox deyildir, amma demək olmaz ki, Nikolun bütün hərəkətləri yalnız və yalnız imitasiyadır. Yox, bir daha deyirik: parlamentdəki son çıxışında Nikol bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Amma bunun qarşılığında Belarus prezidenti A.Lukaşenkonun qarasınca bir xeyli deyindi. Onu buna nə vadar etdi?

Yada salaq ki, Ermənistanla Belarus arasında ilk qalmaqal Nikol Paşinyanın təzəcə hakimiyyətə gəldiyi aylarda da olmuşdu – o vaxt da səbəb elə KTMT və ona rəhbərlik məsələsi idi. İndi də Nikol çox böyük ehtimalla, Lukaşenkonu ona görə hədəf seçib ki, Putinə deyə bilmədiklərini onun ünvanına desin, həm də özünün anti-KTMT planları üçün bir səbəb göstərsin. Bu vaxta qədər o deyirdi ki, İrəvan KTMT-dən ona görə incikdir ki, İkinci Qarabağ savaşı zamanı ondan dəstək görmədi. Amma Nikol Paşinyan hazırda bunu deyə bilmir, çünki belə bəyanatlar onun Dağlıq Qarabağın Azərbaycana məxsus olması, Bakı ilə bir ay ərzində sülh sazişi imzalamağa hazır olması haqda dediklərilərilə ziddiyyət təşkil edir. Bu səbəbdən də o, hədəf kimi Belarus prezidentini seçib. Əlbəttə, belə ehtimal da söylənir ki, guya Nikol Lukaşenkonu Azərbaycana səfəri zamanı söylədiklərinə görə, ümumiyyətlə, Azərbaycanpərəst siyasətinə görə hədəf seçibdir. Əlbəttə, bu da var və bunu da tam inkar etmək olmaz, amma bizə elə gəlir ki, əsas səbəb bir az əvvəl dediklərimizdir...

Musavat.Comскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...