Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb

Tarix:17-05-2023, 15:25

Ceyhun Bayramov Britaniyanın dövlət naziri ilə görüşüb
17 may 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə, Azərbaycan və Böyük Britaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə olunub.

Nazir Ceyhun Bayramov, iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi, ticarət, investisiyalar, nəqliyyat, təhsil, mədəniyyət və s. sahələr üzrə səmərəli əməkdaşlıq gündəliyinin mövcudluğunu qeyd edərək, bu xüsusda, əlaqələrin daha da inkişaf etdirilməsi üçün mövcud imkanlardan istifadənin zəruriliyini diqqətə çatdırıb.

Böyük Britaniyanın Azərbaycan iqtisadiyyatına ən çox sərmaye yatıran ölkə olduğunu bildirən nazir Ceyhun Bayramov, iki ölkənin birgə layihələrin həyata keçirilməsi təcrübəsinə məmnunluqla istinad edərək bu uğurlu əməkdaşlığın davam etdirilməsində maraqlı olduğumuzu söyləyib. Ölkələrimiz arasında neft və qaz sənayesi sahəsində strateji əməkdaşlığa istinad edərək, alternativ enerji resurslarının inkişaf etdirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhlükəsi ilə mübarizə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, bu xüsusda Böyük Britaniyanın mina təhdidinə qarşı mübarizə istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Dövlət naziri Tariq Mahmud Əhməd, diplomatik münasibətlərin əsasının qoyulmasından ötən müddətdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə qarşılıqlı faydalı strateji əməkdaşlıq gündəliyinin formalaşdığını diqqətə çatdırıb. Ölkələrimiz arasında strateji dialoqun genişləndirilməsinin vacibliyini qeyd edib. Ölkələrimiz arasında mədəni və təhsil sahəsində əməkdaşlığa verilən əhəmiyyət vurğulanıb. Böyük Britaniyanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səyləri, o cümlədən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyi bildirilib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov mayın 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İslandiyaya işgüzar səfər edib. O səfər çərçivəsində İslandiyanın paytaxtı Reykyavik şəhərində keçiriləcək Avropa Şurasının Dövlət və Hökumət Başçılarının IV Zirvə Görüşündə iştirak edib, habelə tədbirdə iştirak edəcək digər dövlət rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...