Anons

Bu gün, 18:45- Nəsimi rayonunda qanunsuz tikinti-Hansı məmur səkinin zəbt olunmasına icazə verib?

Bu gün, 18:10- Məşhur restoranda şirniyyatın içindən tük çıxdı

Bu gün, 17:28- Bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilib

Bu gün, 17:12- Onlar 1000 manata qədər cərimə oluna bilər

Bu gün, 16:43- “Putyovka”ları altdan-altdan satırlar-Video

Bu gün, 16:26- Daxil Kərimov yeni himayədar axtarışında?

Bu gün, 15:31- İlham Əliyev onları təltif etdi - Sərəncam

Bu gün, 15:19- Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Bu gün, 14:59- “KRATON” klinikasının sahibi vegi borcunu niyə ödəmir?

Bu gün, 14:35- Naxçıvanın səfərbərlik xidmətində hansı İŞLƏR ÇEVRİLİR - İTTİHAM VAR...

Bu gün, 12:48- Zərdab rayonunda meşə zolağını MƏHV ETDİLƏR VƏ... - ÖZBAŞINA QALIBLAR...

Bu gün, 12:16- Məktəbi gəlir mənbəyinə çevirən daha bir direktor - İllik 300 min/ ŞOK FAKTLAR

Bu gün, 11:11- Sakinləri üçün istirahət zonası yerinə özünə gəlir mənbələri quran MTK-dan ŞİKAYƏT

Bu gün, 09:59- Şəmkirdə milyonluq yeyinti - Direktor həbs edildi

Bu gün, 09:11- Sumqayıtda ağaclar kəsildi yerində obyekt tikilir….

Dünən, 19:11- Elşən Salahov Bakının boğazına KAL ARMUD OLUB KEÇİB... - İTTİHAMLAR SƏNGİMİR...

Dünən, 18:49- Elçin Babayeb BDU-nun heyətində “Cofeshop” açır?

Dünən, 18:29- 31 saylı notarius rəisi Ramiz Hümmətov həbsdə olan iş adamının torpağını başqasına 500 min manata satıb - ŞİKAYƏT

Dünən, 18:01- Şəhidlərimizə qarşı biganəlik…..- Xətai icra başçısı Rafiq Quliyev bunu görmür? -Video

Dünən, 17:40- Kim Çen In İlham Əliyevi təbrik etdi

Haqqımızda Əlaqə

Pedaqoq Lalə Şərəfxanqızı (Əhmədova): "Ədalətli və obyektiv olmaq əsas iş prinsipdir"

Tarix:7-04-2025, 13:11

Pedaqoq Lalə Şərəfxanqızı (Əhmədova): "Ədalətli və obyektiv olmaq əsas iş prinsipdir" - Lalə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Müəllim toxum səpən bağbandır, onun əkdiyi bilik toxumları zamanla cəmiyyətin meyvəsinə çevrilir. Bağbanın qazancı bağının barı, müəllimin qazancı isə gözəl, bilikli şagirdləridir. Yaxsi müəllim şagirdlərinə təkcə bilik verən yox, ümid və ruh verəndir, fənninə maraq aşılayandır! Yaxşı müəllim sagirdinin yaddaşında əbədi iz qoyandır, onun yoluna işıq salan, qəlbinə,həyatına, gələcəyinə toxunandır!

Düzünə qalsa, usaqlıqda jurnalist olmaq istəmişəm. Zamanla isə fikrim dəyişdi və müəllim oldum. Bunun səbəbkarı isə mənim nənəm olmusdu. Bəli, bəli, nənəm!
Mən Tərtər şəhərində böyümüşəm, orta təhsilimi də şəhərin 1 nömrəli məktəbində almisam. Mənim nənəm də məktəbimizin ən hörmətli, qocaman müəllimlərindən idi. Məni əlimdən tutub ilk dəfə məktəbə aparan da o olub. Mən həm məktəbdə, həm məktəbdən kənarda ona olan sevgini, qoyulan hörməti, diqqəti görurdüm.Bəzən yolda köhnə məzunlarini, valideynləri görürdüm, onlar nənəmin önünə qaçıb onunla necə hörmətlə salamlaşırdilar, görüşürdülər.Hətta öz övladını nənəmin sinfində oxusun deye 1il məktəbə gec qoyanların olduğunu da eşitmişdim. Bütün bunları gördükcə, eşitdikcə məndə də müəllimlik peşəsinə sevgi yarandı. Bir gün mən də nənəm kimi sevilən və seçilən müəllim olacam dedim.Ümüd edirəm ki, istəyimə nail olmuşam, şagirdlərimiz sevimli müəllimiyəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Mən 2019cü ildən bu peşədəyəm. Artiq 15 ildir, deyə bilərəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Bir müəllim olaraq şagirdlərimə təkcə bilikli olmağı yox, onlara əzmkar və iradəli olmağı, dürüst olmağı, haqlarını bilməyi və tapdalanmağa icazə verməməyi,eyni zamanda da başqalarının haqlarini tapdalamamağı, doğru bildiklərinin arxasinca getməyi, etdikləri səhvlərin də arxasında durmağı öyrədirəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim amalım sevilən müəllim olmaqdır. Düşünürəm ki, şagird ilk öncə müəllimi sevir, sonra onun tədris etdiyi fənni. Dərsimi sevdirmək üçün özümü sevdirməliyəm ilk öncə.
İş prinsipim isə ədalətlilik və obyektivlikdir, şagirdlərə bərabər yanaşmaq, onlara eyni diqqəti ayırmaq hər müəllimin vəzifə borcudur, deyə düşünürəm.Eyni zamanda müəllim olaraq onlara güvən vermək lazımdır ki, şagird sıxıntısı olanda belə rahat şəkildə səninlə paylasa bilsin onu narahat edən səbəbləri. Məsuliyyətli və dürüst olmaq da öncəlliklərimdəndir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Mənim həyatda "yox" dediyim bir neçə şey var. Ən sevmədiyim şeylərdən biri yalandır. Yalanı heç sevmirəm. Əgər bir insanın yalanını gördümsə, sonrakı düzləri belə mənə şübhəli gəlir. Bir insana olan etibarim itməsin. Əgər itərsə, əvvəlki kimi güvənə bilmirəm. Belə bir deyim var:Etibar ruh kimidir,çıxdığı bədənə bir daha geri dönməz. Mənə görə bu deyim həqiqətdir...
Ədalətsizlik, haqsızlıq və saxtakarlığa da göz yuma bilmirəm. Mənə görə göz yummaq ən azı onları etmiş qədər olmaq deməkdir.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlar valideynlər şagirdlərin diqqətlərini dərsə necə cəmləmək olar deyə müraciətlər edirlər. Eyni zamanda dərs yükünün ağır olması ilə bağlı da şikayətlər edirlər. Hətta şikayətlər həddindən çox olur.

- Xarakter olaraq nəcə birisiniz?

- Xarakter olaraq necə biriyəm sualına səmimi cavab verəcəm.Səbirsiz və tərsəm. narahat insanam çox,daim təlaş içindəyəm. Mükəmməlçi insanam.Etdiyim nəyisə sevərəkdən, canla-başla, edə biləcəyim ən gözəl şəkildə edərəm.Gördüyüm işdən özüm də zövq almalıyam, yoxsa etmək xatirinə etmərəm. Fərqi yoxdur ya keçdiyim dərs olsun, ya da gördüyüm başqa bir iş.
Hamıya, hər kəsə yetmeyə çalışaram.Çalışıram insanlara hər zaman faydam dəysin. Ətrafım yetəri qədər genişdir. Dostcanlı, qohumcanlıyam.İsti, səmimi münasibət saxlamağa çox önəm verirəm. Münasibətləri bitirməyi, insan itirməyi(münasibət) sevmirəm. Normalda səbirsiz olsam da insanların davranışlarını səbrlə izləyirəm. Son ana kimi səbirli oluram. Amma üzüm döndüsə, sadəcə görməzdən gəlirəm...

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxucularıma hər zaman öz arzularının arxasınca getməyi məsləhət görərdim.Gözəl şeylər zaman alır,düzdü, amma aldığı zamana dəyir. Əzmkar olun. Hədəfinizi seçin, ona çatmaq üçün var gücünüzlə çalışın.Uğur daima sizinlə olsun!
Gənc qızlarımıza məsləhətim olur ki, mütləq oxusunlar, ali təhsil alsinlar.Gəcəkləri öz əllərindədir. Cəmiyyətin qoyduğu stereotiplərə görə deyil, öz işhədəflərinə görə hərəkət etsinlər. Təhsil alıb işləsinlər. Maddı cəhətdən müstəqil olmaq sizi daha da güclü edəcək. Öz ayaqlarınızın üstündə durmağı bacarmaq sizı həyatda daha rahat seçimlər etməyə imkan verəcək. Qarşınıza çıxan çətinliklərə görə geri çəkilməyin, hər uğursuzluq bir dərsdir! Siz hər şeyi bacara bilərsiz!

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu peşəni seçərkən ağlıma belə gəlməzdi ki, bir gün mənə də "sizin kimi müəllim olacağam" deyən şagirdlərim olacaq. Eşidərkən çox qürurlanıram. Eyni zamanda da çox duyğulanıram. Çünki bu sözlər mənə illər əvvəl "məndə sənin kimi müəllim olacam, nənə" deyən balaca qızcığazı xatırladır!

Əlaqə nömrəsi: (051) 788-52-78

Pedaqoq Lalə Şərəfxanqızı (Əhmədova): "Ədalətli və obyektiv olmaq əsas iş prinsipdir"
Pedaqoq Lalə Şərəfxanqızı (Əhmədova): "Ədalətli və obyektiv olmaq əsas iş prinsipdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...