Anons

Bu gün, 18:49- Əliyevin bu çıxışı siyasi böyüklüyünü göstərir - Karakılıç

Bu gün, 18:17- Netanyahunun Ofisi Azərbaycan Prezidentinə - təşəkkür etdi

Bu gün, 18:00- Naxçıvanda qablaşdırılmış "Badamlı" və "Sirab" sularının qiyməti təxminən iki dəfə bahalaşıb

Bu gün, 16:43- Təhsil məsələləri üzrə ekspert vətəndaşı aldadıb?- 50 min manat aldığı iddia olunur

Bu gün, 15:28- “Melissa Group”un həbsdəki şefindən İSMARIC VAR... - İLGİNC İDDİALAR

Bu gün, 15:14- “Bizim heç kimin bilmədiyi silahlarımız var”

Bu gün, 14:47- Azərbaycanın məşhur elektronika şirkətlərinin külli miqdarda borcu var (SİYAHI)

Bu gün, 14:18- Prezident və xanımı Türkiyədədir

Bu gün, 13:29- Yardımlıda ŞOK OLAY: Başçının müavini bu işin harasındadır? - İTTİHAM VAR...

Bu gün, 12:54- Vəkilin qanunsuz tələb etdiyi iddia edilən 800 AZN: Ailə Vəkillər Kollegiyasının qərarından narazıdır- FOTOLAR

Bu gün, 11:35- Sertifikat köhnə, mebellər zay - Deputatın adına olan şirkət haqda ŞOK FAKTLAR

Bu gün, 10:56- Abşeronda Şollar su kəməri ətrafında qanunsuzluq-Video

Bu gün, 10:28- “DGK ölkəni Kubaya, Şimali Koreyaya çevirib” -

Bu gün, 09:25- Mövqelərimiz yenə atəşə tutuldu

Dünən, 18:49- AQTA sədrinə məxsus olduğu deyilən şirkət 2 ildə 3 milyonluq tender qazanıb

Dünən, 18:12- "Hüquq360" mobil tətbiqi istifadəçılərə təqdim olunub

Dünən, 17:54- Vəliyevin Rusiyadakı şirkətlərindən biri qazanc, digəri zərər edib - FOTO

Dünən, 17:09- NƏ BAŞ VERİR: Nazir Məcnun Məmmədov sürətlə `əriyir` - FOTOFAKT

Dünən, 15:58-  “RR-Construction” kal armud olub keçib vətəndaşın boğazına... – AXI NİYƏ?

Dünən, 15:29- Mirzoyan Türkiyəyə səfər edəcək

Haqqımızda Əlaqə

Dosent Vəfa Mirəhməd qızı Seyid: "Bacardığım qədər vicdanla fəaliyyət göstərməyə çalışıram"

Tarix:31-01-2025, 22:30

Dosent Vəfa Mirəhməd qızı Seyid: "Bacardığım qədər vicdanla fəaliyyət göstərməyə çalışıram" Mən, Vəfa Seyid 11.09.1964 -cü ildə Naxçıvan MR, Şərur rayonunda ziyalı ailəsində anadan olmuşam. 1981-ci ilə APXDİ-nin fransız dili fakultəsinə daxil olmuşam və 1986-cı ildə bu fakultəni fransız və ingilis dili müəllimi ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişəm.

- Vəfa xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Müəllim ailəsində dünyaya göz açdığım üçün uşaq vaxtlarımdan bu sənətə böyük rəğbətim olub və orta məktəbdə xarici dilə-fransız dilinə çox həvəsim olduğu üçün məhz fransız dili müəllimi olmağı qərara almışam.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Universiteti 1986-cı ildə bitirdikdən bu günədək fransız və ingilis dili müəllimi və müxtəlif orqanlarda tərcüməçi və ekspert kimi çalışıram. Sənətimi çox sevirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Öz sahəm üzrə müəllim və tərcüməçi kimi fəaliyyətimlə yanaşı dilçilik sahəsində elmi tədqiqat işləri ilə də məşğul oluram. ADU-nun Tərcümə fakultəsi nəzdində Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının dosentiyəm. Dilçilik sahəsində Fransız dilinin onomastik sistemi haqqında elmlər doktorluğu işi üzrə tədqiqatlar aparıram. Hal-hazırda Az. Tv-nin nəzdində Beynəlxalq Radioda da çalışıram, Azərbaycan haqqında analitik məlumatları və ölkədə baş verən yenilikləri fransız dilinə tərcümə edərək efir vasitəsi ilə dünyaya təqdim edirəm. Xaricdə və yerli mətbuatda nəşr edilmiş 70-dək elmi məqalə, tezis, dərs vəsaiti və lüğətin müəllifiyiəm.

- İş prinsipiniz nədən ibarətdir?

- Öz işimdə ədalətli, humanist və punktual olmaq mənim daimi prioritetimdir. Bacardığım qədər vicdanla fəaliyyət göstərməyə çalışıram.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Bir mütəxəssis olaraq ədalətsizliyə və haqsızlığa, qeyri/punktuallığa və məsuliyyətsizliyə “yox” deyirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Bir dilçi alim kimi doktoranturada təhsil alan və elmi-tədqiqat işi ilə məşğul olan tələbələr, diplom işləri ilə bağlı magistraturada təhsil alan tələbələrlə iş aparıram, tərcümə sahəsi və fransız dili üzrə ekpertizalarla bağlı müraciətlər olur.

- Xarakter olaraq necə birisiniz?

- Xarakterimin necə olduğu haqda mən özüm sizə dəqiq məlumat verə bilmərəm, yəni, adətən, kənar insan bir şəxsi daha yaxşı xarakterizə edə bilir. Lakin həmişə çalışıram ki, problemli halları sülh yolu ilə həll edim, qarşımdakı insanı başa düşməyə və səbrli olmağa çalışıram. Əsasən sakit təbiətliyəm, ətrafımla limit saxlamağı və təkliyi, sakit mühiti sevirəm.

- Ailəlisinizmi?

- Xeyir, hal-hazırda ailəli deyiləm. İki övladım var. Qızım həkim, oğlum isə dizaynerdir.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxuculara məsləhət görərdim ki, həyatda məqsədyönlü olsunlar, insan hədəfinə çatmaq üçün alın təri ilə gərgin çalışmalıdır və arzu etdiyi zirvəyə çatdıqdan sonra da sadəliyini və təvazökarlığını qoruyub saxlamalıdır. Atalarımızın bir misalı var:”Ağac bar gətirdikcə başını aşağı dikər”.

- Mən bu sahəyə gələrək ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.


- Mən bu sahəyə gələrkən, aglima gəlməzdi ki, sadə fransız və ingilis dili müəllimliyindən universitet müəllimliyinə, alimlik dərəcəsinə qədər yüksələcəyəm. Dövlətim və xalqım üçün fransız dili sahəsində faydalı bir dilçi və tərcüməçi, ekspert olacağam. Bunun üçün mən ailəmə, təhsil aldığım universitetə və dövlətimə borcluyam.

Dosent Vəfa Mirəhməd qızı Seyid: "Bacardığım qədər vicdanla fəaliyyət göstərməyə çalışıram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...