Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
- Necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Vüsalə Fətullayeva psixopedaqoq olaraq, bu sənətə uşaqlıqdan böyük sevgim olub. Mənim üçün müəllimlik çox özəl bir peşədir. Bu adı həqiqi qazanmaq və layiq olmaq hər müəllimin işi deyil. Çünki seçəcəyimiz sənət ilk qəlbdə kök salmalıdır. Müəllim olmaq həm psixoloji, həm də pedaqoji metodlara bələd olmaqdır. Mən Bakı Slavyan Universitetindən məzun olmuşam və praktikada bütün sinif dərsimə böyük həvəs, sevgi ilə yanaşıb, heyranlıqla izləyirdilər. Həmin zaman bir daha anladım ki, mən həqiqətən də, sevdiyim ixtisasdayam. Hətta, təcrübəmi yüksək balla və Fəxri Fərmanla uğurlu bitirdim.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq tam şəkildə 4 ildir ki, bu sahədə işləyirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Mən bir sahədə deyil , bir neçə sahədə fəaliyyət göstərirəm. Yəni, təkcə pedaqoq deyil, həm də terapist, təlimçi, natiqəm. Bütün sahələrim bir-biri ilə sıx bağlıdır. Hamısında əsas iş -ünsiyyət və ruha toxunuşdur. Hər zaman işlərimdə yeniliklər etməyi xoşlayıram. Hətta, dərslərimi fərqli metod və yarışlarla mənimsədirəm. Ağlımda yeni ideyalar var , amma vaxtlarım məhdud olduğuna görə gecikir. Hətta, uzun müddətdir Youtube kanalım üzərində çalışıram və tezliklə tam şəkildə fəaliyyət göstərəcək.
- Dərs metodunuz nədən ibarətdir?
- Məsələ dərs demək deyil, onu qarşındakına düzgün və dolğun şəkildə mənimsətməkdir. Hər bir insan öyrəndiyini mütləq praktik etməlidir. Abituriyentlərimə belə bir şərait yaradır və hər dərs onlardan birini "Müəllim obrazına" daxil edirəm. Həmin gün həmin şagird öyrətdiklərimi necə mənimsəyibsə o cür izah edir, keçirilən hər suala hazır olur və digər şagirdlər tərəfindən verilən sualları cavablayır. Bununla da , həm həmin şagirdim, həm də digər şagirdlərim təkrarları beyinlərində daha da möhkəmləndirirlər. Mən də izləyir, rəy bildirir və qiymətləndirirəm.
- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Mənim həyat prinsipim "ya sevdiyin işi seç, ya da seçdiyin işə sevgi ilə yanaş" cümləsidir. Əgər işin içində sevgi varsa, edə bilməyəcəyin heç nə yoxdur. Bir çox həmkarlarım bu peşəni seçərkən ya "əsas maddi qazanım", ya da "təki işim olsun" anlayışı ilə yanaşdıqlarını görmüşəm. Bu məni çox məyus edir. Bu zaman nə uşaqlara sevgi veriləcək, nə də cəmiyyətimizdə doğru təhsil dirçələcək. Sevgi hər şeyin təməlidir. Müəllimlik insan ruhuna toxunmaqdır. Çünki toxunulan hər bir ruh yeni cəmiyyətin əsasın qoyacaq. Dövrümüzdə nə qədər madiyyat da vacib olsa da, əsas hədəfim uşaqlara doğru təhsil vermək və özgüvənlərini bərpa etməkdir. Yəni, yox dediyim məqam düzgün seçilməyən ixtisaslar və məcbur edilən işlərdir.
- Bəs necə olur ki, abituriyentləriniz qısa zamanda yüksək nəticə əldə edə bilirlər, sirri nədir?
- Hər il abituriyentlərim istədikləri universitetlərə daxil olanda bir daha özümlə fəxr edirəm. Çünki bir zamanlar özüm də bu mərhələdən keçib, öz istədiyim uğuru əldə etmişdim. Hər birimiz bilirik ki, böyüklərlə işləmək daha çox məsuliyyət tələb edir. 5-8-ci siniflərin Lisey hazırlığı, həm buraxılış, həm də blok imtahanlarına hazırlıq vaxtı nə qədər yorulsam da onların simasın görəndə yorğunluğum yox olur. Burda əsas rol güclü və güvənli müəllim-şagird-valideyn birliyidir. Hər bir əməkdaş öz öhdəliyin yerinə yetirərsə, istədiyi məqsədinə çata bilər. Əsas plan və disiplindir. Mən dərsimi çox asan sxemlərlə öyrədirəm. Əgər şagird diqqətlə dinləyir və verilənləri vaxtında yerinə yetirirsə, istədiyi nəticəni də əldə edir.
- Xarakter olaraq necə birisiniz?
- Səmimi , xoş və mehriban. Təbii ki, dərs gedişatı zamanı situasiyadan aslı olaraq, yanaşma tərzi fərqlənə bilir. Amma insanın əsas xüsusiyyəti, dəyişməzdir. Simamın əsas gözəlliyi "Şagirdlərinin sevgisi ilə bəzənən təbəssümümdür"
Bütün şagirdlərimin həm tələbkar, həm də ən yaxın dostuyam.
- Ailəlisinizmi?
- Xeyr, subayam.
- Oxuculara nə məsləhət görürsünüz?
- Fərqi yoxdur hansı sahəni seçmisən, əgər qarşında məqsədin varsa , zəhmətin hər zaman qiymətlənəcək. Əsas olan özünə güvənindir. Səhvlərdən qorxma, nə zaman düşsən , bil ki, daha yaxşı təcrübə qazanacaqsan. Özünü hər gün daha da inkişaf etdir, çoxlu bədii kitablar oxu, muzey, tarixi , görkəmli məkanları gəzməyi unutma və fikrini başqalarının həyatlarına deyil , öz həyatına yönəlt. unutma ki, sən öz həyatının seçimlərindən ibarətsən.
- Mən bu sahəyə gələrkən, aglıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Düzdür, uşaqlıqdan hiss etmişdim ki, hansı sahədə olsam, orda çox seçiləcəm. Yenə də deyə bilərəm ki, mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki , düşündüyümdən də çox sevilər və seçilərəm.
Bir insanın doğru seçib edib-etməməyi olduğu məkanlarda ona göstərilən hərəkətlərdən bəllidir. Bu günə kimi hər gün lövhəmin sevgi sözləri ilə dolu olması, qəlbdən gələn məktublar, sevgi dolu rəylər doğru yolda olduğumu sübut edir.
Hər bir şagirdim mənim parlaq ulduzlarım və kiçik dostlarımdır. Hər birinə sevgim sonsuzdur və əminəm ki, mənim öyrətdiyim heç bir məlumatı unutmayacaq və həyatları boyu istifadə edəcəklər.
Əlaqə nömrəsi: (070) 866 43 83