Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram"

Tarix:31-01-2025, 22:52

Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram" - Mahpurə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- 3-cü sinifdə oxuyurdum, Azərbaycan dili dərsi idi, müəllimim mənə dedi ki qalx mətni oxu, özü isə yan otağa keçdi, sinifdə uşaqlar qışqırır öz səsimi özüm eşitmirdim, birdən uşaqların üstünə qışqırdım, imkan verin oxuyum deyə müəllim sinfə gəldiyində isə uşaqlar dedi qışqırdığımı, o da sağ olsun güclü bir sillə vurdu başıma, heç yadımdan çıxmaz xalam təzə broşlar almışdı mənə və saçımı hörüb onları yandan düzmüşdüm rəngarəng idilər. Broşlarım sındı və bəziləri başıma keçmişdi (qanamışdı başım). O gün ağlayaram yaşlı mavi gözlü kişi müəllimimə dedim ki, mən də böyüyüb İbtidai sinif müəllimi olacağam, amma onları ağlatmayacağam, döyməyəcəm, sadəcə sevəcəyəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- 2017 ci il də MİQ də iştirak etmişəm, həmin il və zənglə Saatlı rayon Nəsimikənd kənd tam orta məktəbində İbtidai sinif müəllimi olaraq işə dəvət olunmuşam və ilk 13 oktyabr 2017 ci ildən müəllim olaraq sinfə daxil olmuşam.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Müəllim olaraq daha çox özümü inkişaf etdirmək öyrənmək və öyrədə bilmək üçün təlimlər, vebinarlar, forumlardan yararlanıram. Öyrəndiklərimi isə həm müəllimlərə həm də şagirdlərimə öyrətməyə çalışıram.Maraqlı oyunlarla dərslər təşkil edirik və Facebook səhifəmdən paylaşıram, bu həm şagirdlərdə sevinc, məsuliyyət, diqqət və səbri inkişaf etdirir(məsələn, mpvzu ilə bağlı sonda refleksiya edirik və çəkdiyimi gördükləri zaman tələsmədən doğru Cavab üçün düşünürlər) həm də səhifəni izləyən müəllimlərimiz yararlanır.

- İş prinsipiniz nədən ibarətdir?

- İş prinsipim sevgi ilə öyrətmək təkcə elm deyil, gələcəyə vətənpərvər şəxsiyyətlər yetişdirə bilməkdir. Hər şeyin təməli ibtidai sinifdə qoyulduğu üçün bu əsas prinsipimdir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Kobud davranışa, məsuliyyətsiz valideyn, müəllim və ya şagirdə, öz üzərində işləməyən, yenilikləri qəbul etməyənlərə. Bunu artırmaq da olar, yormaq istəmirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Ümumiyyətlə, işlədiyim gündən etibarən tək məqsədim təmənnasız kömək etməkdir. Bu şagird də ola bilər, müəllim də. Məsələn, proqramların hazırlanması, icmalların yazılması, dərsin aparılması, çətin ələ alınan şagird və ya valideynlə işlənilməsi və s.

- Xarakter olaraq nəce birisiniz?

- Hər zaman düzgünlükdən və empati quraraq ünsiyyət qurmaqdan yanayam.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Polad adında bir oğlum var. Generalımızın adına həsr edərək qoymuşuq. (Allah bütün şəhidlərimizə rəhmət etsin!)

- Oxuculara nə məsləhət görürsünüz?

- Hər zaman araşdırsınlar, öyrənmək heç vaxt gec deyil.

- Mən bu sahəyə gələrək, ağlıma gəlməzdi ki,.. Bu fikir özünüz tamamlayın, zəhmət olmasa.

- Şagirdlərimi (fərq qoymadan hamısını) bu qədər özmünküləşdirib sevib-seviləcəyimi düşünməzdim. Bəzən valideynlə də üz-üzə gəlirəm, niyə övladınla maraqlanmırsan, böyüyəcək, bir də bu yaşda olmayacaq və sən valideyn olaraq onda travma qoyacaqsan buna haqqın varmı?

Facebook: Mahu Kishiyeva
https://www.facebook.com/share/1ExTjeV6pf/

Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram"
Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram"
Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram"
Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram"
Gənc metodist-pedaqoq Mahuparə Xanməmmədova: "Faydalı olduğum zaman xoşbəxt oluram"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...