Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam"

Tarix:20-01-2025, 21:55

Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam" - Leyla xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Bu sahəyə gəlməyimin səbəbi anamdır. Çünki anam Zərifə Rəsulova da rus dili və ədəbiyyat müəllimidir. Altı saylı məktəbdə işləyir. Kiçik yaşlarımdan etibarən anamın bu fənləri nəcə tədris etdiyini, şagirdlərlə nəcə davrandığını görmüşəm. Bu sahə məni çox cəlb edirdi. Məktəbdə oxuyarkən ingilis dilinə xüsüsi marağım var idi. Ona görə də məktəbi bitirdikdən sonra bu sahəyə gəlmək qərarına gəldim.

- Neçə ildir ki, bu sahədə çalışırsınız?

- Artıq yeddi ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansi işləri icra edirsiniz?

- Mən ümumi ingilis dilini tədris edirəm. Bundan başqa, beynəlxalq SAT proqramını da mənimsəmişəm. Hansı ki, şagirdlər Amerika, Kanada və s. ölkələrin universitetlərinə qəbul olmaq üçün bu proqramı verirlər. Bu yay mən özüm öz üzərimdə işləyərək bu proqramı əldə etdim. Amma hələ ki, tədris etmirəm. Özümu rahat və əmin hiss etdikdə, təxminən bir il ildən sonra bu proqramı da tədris etmək fikrim var. İlets proramının imtahanını da vermişdim. Beynəlxaq sertifikatım da var. Amma həmin proqramı tədris etməyi bir o qədər də xoşlamıram.

- İş prinsipiniz nədən ibarətdir?

- Ümumi ingilis dili proqramı dörd bacarıqdan ibarətdir: oxumaq, dinləmək, danışmaq və yazmaq. Bunu da hər gün həm qrup, həm də fərdi şəkildə tədris edirəm. Onu da qeyd edim ki, həm Azərbaycan, həm Rus, həm də Türk vətəndaşlarına ingilis-dilini tədris edirəm. Hər yaş qrupuna tələbələr müraciət edə bilər.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Tənbəlliyə "yox" deyirəm. Əgər kimsə ingilis dilini öyrənmək istəyirsə, bu işə ciddi yanaşmalıdır.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanlarda daha çox böyük yaş qrupuna aid olan tələbələr müraciət edirlər. Xüsusən də xarici ölkə vətəndaşlarından müraciət edənlər çoxluq təşkil edir. Qeyd edim, tələbələrimin əksəriyyəti ingilis dilini danışıqla öyrənməyə üstünlük verirlər.

- Xarakter olaraq necə birsiniz?

- Dərs zamanı çox ciddi və kreativ biriyəm. Uşaqlarla daha çox mehriban oluram. Çox məsuliyyətli və punktual insanam.

- Ailəlisinizmi?

- Xeyr, ailəli deyiləm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Tələbələrimə hər zaman dəyirəm ki, sizin dil öyrənmək istəyiniz kifayət etmir. Heç bir vaxt da bəs etməyəcək. Yalnız sizin istəyiniz yox, öz üzərinizdə ciddi surətdə çalışmağınız lazımdır. Onda aldığınız nəticələr də yüksək olacaq.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, müəllimlik bu qədər çətin ola bilər. Bu peşə məsuliyyət və böyük hövsələ tələb edir. Mən inanmazdım ki, müəllim olaram. Yaxşı ki, müəllim oldum. İşimi həddindən artıq çox sevirəm.

Əlaqə nömrəsi: (055) 815 37 35

Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam"
Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam"
Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam"
Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam"
Pedaqoq Leyla Sultanova: "Yaxşı ki, müəllim olmuşam"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...