Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Magist Tələbəsi, iqtisadçı Bənzərim Baxışov: "Əsas məqsədim hər zaman nəticəyə fokuslanmaqdır"

Tarix:20-01-2025, 21:30

Magist Tələbəsi, iqtisadçı Bənzərim Baxışov:  "Əsas məqsədim hər zaman nəticəyə fokuslanmaqdır" - Bənzərim bəy, necə oldu ki, bu sahəyə gəldiniz?

- Həmişə iqtisadiyyat və logistika sahəsinə marağım olub. Dünya ticarətinin və təchizat zəncirinin necə işlədiyini başa düşmək, strateji planlama və effektiv idarəetmə məsələləri mənim üçün maraqlı idi. Buna görə bu sahəni seçdim.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Bu sahədə təhsil alıram və 2-3 ildir ki, həm nəzəri biliklərimi artırıram, həm də təcrübə əldə etməyə çalışıram.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Hazırda təhsilimə fokuslanmışam, eyni zamanda logistika proseslərinin təhlili, planlama və optimallaşdırılması ilə bağlı layihələrdə iştirak edirəm. Həmçinin, iqtisadi analizlər aparmaqda və rəqəmsal alətləri öyrənməkdə maraqlıyam.

- İş prinsipiniz nədən ibarətdir?

- Hər zaman diqqətli və sistemli işləməyə çalışıram. Məlumatların düzgünlüyünə, proseslərin effektivliyinə və əməkdaşlıq ruhuna önəm verirəm. Əsas məqsədim hər zaman nəticəyə fokuslanmaqdır.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Keyfiyyətsiz işə, vaxt itkisinin qarşısını almaq üçün düzgün planlaşdırılmayan layihələrə və şəffaf olmayan fəaliyyətlərə "yox" deyirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Ən çox logistika və təchizat zəncirinin optimallaşdırılması, rəqəmsal platformaların tətbiqi və maliyyə təhlilləri ilə bağlı suallar alıram və həmçinin iqtisadiyyat barəsində araşdırma aparıram bəzi mövzular üzərində. Bəzən tələbələrə bu sahədə məlumatlar verib məlumatlandırıram.

- Xarakter olaraq necə birisiniz?

- Məsuliyyətli, analitik düşüncəyə sahib və hər zaman öyrənməyə açıq bir insanam. Komanda ilə işləməyi, eyni zamanda problemlərə yaradıcı həll yolları tapmağı sevirəm.

- Ailəlisinizmi?

- Hal-hazırda subayam və daha çox karyera və təhsil üzərində fokuslanmışam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Seçdiyiniz sahəni dərindən öyrənin, hər zaman yeniliklərə açıq olun və praktiki təcrübələr əldə etmək üçün fürsətləri dəyərləndirin. Şəbəkələşmə də çox önəmlidir, çünki doğru əlaqələr çox şey dəyişə bilər.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu sahəyə gələrkən, ağlıma gəlməzdi ki,
bu qədər mürəkkəb, amma eyni zamanda maraqlı bir sahə ilə qarşılaşacağam. Logistika və iqtisadiyyatın qlobal miqyasda təsirini bu dərəcədə görəcəyimi düşünməzdim.

Əlaqə nömrəsi: (070) 634 24 27

Magist Tələbəsi, iqtisadçı Bənzərim Baxışov:  "Əsas məqsədim hər zaman nəticəyə fokuslanmaqdır"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...