Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Loqoped-defektoloq Anaxanım Allahverənli: "Loqopedin loqopediya sahəsini dərindən bilməsi mütləqdir"

Tarix:18-01-2025, 00:12

Loqoped-defektoloq Anaxanım Allahverənli: "Loqopedin loqopediya sahəsini dərindən bilməsi mütləqdir" - Anaxanım xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Əslində, abituriyent vaxtımdan bu sahə ilə bağlı heç bir anlayışım yox idi. Anam mənə bu sahə ilə bağlı məlumat verdikdən sonra sevməyə başladım. 2020-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin Məktəbəqədər təhsil fakültəsinin Korreksiya edici təlim ixtisasına qəbul oldum. İxtisasımı çox sevdiyim üçün 4 il ərzində əlaçı olaraq, 2024-cü ildə universiteti bitirdim. Universitet illərindən özümü bu sahə üzrə inkşaf etdirdim. Müxtəlif seminarda, təlimlərdə, praktiki məşğələrdə iştirak edirdim.

- Neçə ildir ki, bu sahədəsiniz?

- 5 ildir ki, bu sahə üzrə təcrübəm var. 2020-ci ildən universitetə daxil olmuşam. Həm praktiki, həm də nəzəri məlumatları dərindən bilirəm.
Universiteti oxuğum müddətdə müxtəlif loqopedik və psixoloji mərkəzlərdə, eyni zamanda 11 saylı xüsusi məktəbdə fəaliyyət göstəmişəm.

- Hal-hazırda hansı müəssisədə fəaliyyət göstərirsiz?

- Hal-hazırda Narınc Uşaq və Psixologiya Mərkəzinin Xalqlar filialının defektoloq loqopediyəm.

- İşlədiyiniz müəssisədən razısınızmı?

- Dəyərli rəhbərim Narınc xanımın dəstəyi mənə işimdə çox motivasiya verir. İş yerimizdəki müsbət ab-hava və hər bir işçinin öz işini laiqincə yerinə yetirməsi çox xoşdur. İşin düzgün təşkil olunması və lazım olan resursların vaxtında təmin edilməsi daha yaxşı nəticə əldə etməyimə kömək edir.
Narınc xanımın dəstəyi ilə eyni zamanda icraçı direktor baş psixoloq Qətibə Abdullayeva və baş loqoped Sevda Gülməmmədovun təşkil etdiyi təlimlər və inkşaf proqramları peşəkar bacarıqlarımı inkşaf etdirməyə imkan verir.

- Öz sahəniz üzrə hansı işləri yerinə yetirirsiz?

- Müxtəlif nitq qüsurlarının korreksiyası üzrə uşağlara loqopedik yardım göstərirəm:
1. Dislaliya
2. ⁠Dizartiriya
3. ⁠Rinolaliya
4. ⁠Alaliya
5. ⁠Afaziya
6. ⁠Disleksiya
7. ⁠Disqrafiya
8. ⁠Kəkələmə

Tipik və atipik uşaqların hansı nitq çətinliyi olmasına baxmayaraq, hər birinə qayğı və diqqət ilə yanaşıram. Eyni zaman da loqopedik məşğələlərdə yeni üsullardan daim istifadə edərək, məşğələlərdə uşaqların sıxılmağına icazə vermirəm.

- Sizcə, bu sahədə işləmək üçün loqoped nələri bilməlidir? Onda hansı mənəvi ketfiyyətlər olmalıdır?

- Hərşeydən öncə bu sahədə işləmək üçün ən əsası loqoped səbrli və vicdanlı olmalıdır. Sağlamlıq imkanları məhdud uşaqlara səbrlə yanaşmağ lazımdır. Yumuşaqlıq və sərtliyin arasında ki, incə xətt bilinməlidir.
Loqoped həm müəllimin, həm də həkimin fəaliyyətini yerinə yetirən psixopedoqoji sahədir.
Loqopediya sahəsində tam ixtisaslaşmamış və bu sahə üzrə təhsil almamış mütəxəssisə uşaq etibar etmək olmaz.
Loqopedin loqopediya sahəsini dərindən bilməsi mütləqdir.

- Valideynlər tərəfindən seanslara başlamazdan əvvəl ən çox verilən suallar?

- Əlbəttə ki, valideynlər uşaqlarını əmanət edəcək mütəxəssisə bir sıra suallar verib, lazımı məlumatlar almalıdırlar.
Ən çox verilən suallardan biri də qızım və ya oğlum neçə seansa danışacaq və ya neçə seansa tamamilə problem aradan qalxacaq?
Təəssüflər olsun ki, işini bilən heç bir loqoped dəqiqliklə tarix müəyyənləşdirib deyə bilməz. Çünki hər bir uşağın qavrama, anlama dərəcəsi eyni zamanda potensialı, adaptasiyası fərqlənir. Buna görə də, dəqiq tarix müəyyənləşdirilə bilmir. Buna baxmayaraq, hər bir nitq qüsuru üçün təxmini təyin olunmuş müddətlər valideynə deyilir.
Bəzən valideynlər loqopeddən masaj etmələrini tələb edirlər. Elə bilirlər ki, yalnız masaj ilə uşaq düzələcək. Amma bu çox yalnış fikirdi.
Masajın edilib edilməyəcəyini mütəxxəsis təyin edir. Bəzi nüanslar nəzərə alınmadan, özbaşına edilən masaj uşağ üçün təhlükə yarada bilər.

- Hansı nitq qüsurları olan uşaqlarla daha çox işləyirsiz? Və tez nəticə almağınıza səbəb nələrdir?

- Daha çox nitq inkşaf ləngiməsi, kəkələmə və dislaliya diaqnozu olan uşaqların valideynləri müraciət edir. Ən çox uşağlarda rast gəlinən nitq qüsurlarından biri də elə məhz bunlardır.
Tez nəticə almağımın əsas səbəbi kompleks yanaşmadır. Bu o deməkdir ki, uşaqla həm loqoped, həm də psixoloq məşğul olmalıdır. Valideynin ev tapışırıqlarını öyrətməsi və uşağa düzgün yanaşması da çox vacibdir. Belə olduqda, daha tez nəticə əldə edirik.

- Valideynlərə nə məsləhət görürsünüz?

- İş fəaliyyətimdə bəzən olur ki, valideynlər öz uşaqlarından məhdudiyyətinə görə utanırlar, hətta adam arasına çıxara bilmirik, utanırıq deyə ifadələrdə işlədirlər. Bu uşağlara həm psixoloji təsir göstərir, həm də sevilmədiklərini düşünürlər. Əziz valideynlər, kim nə deyər deyə övladınıza yanaşmayın. Öz övladınızdan utanmayın, övladınızın sizə və sizin sevginizə, dəstəyinizə ehtiyacı çoxdur.
Əlavə olaraq bəzən valideynlər övladlarında müşahidə olunan nitq qüsurunu qəbul etmək istəmirlər və ya "hələ tezdir danışaq" deyə özlərini aldadırlar. Öz övladınızda nitq geriləməsi gördükdə, yaşından asılı olmayaraq loqopedə müraciət edin. Nitq nə qədər gecikərsə, korreksiyası da bir o qədər çətin olar. Məktəbəqədər yaş dövründə digər uşağlardan seçilməsi övladınızda psixoloji travma yada bilər.

- Bu sahə üzrə əsas məqsədiniz nədir?

- Bu ixtisasın daha dərinliklərinə yiyələnərək, ölkəmizin tanınmış defektoloq loqopedlərindən biri olmaqdır.

Əlaqə: @loqoped__allhvrnva
@narinc.psixologiya. merkezi
@narinc.xalqlar.pm

Loqoped-defektoloq Anaxanım Allahverənli: "Loqopedin loqopediya sahəsini dərindən bilməsi mütləqdir"
Loqoped-defektoloq Anaxanım Allahverənli: "Loqopedin loqopediya sahəsini dərindən bilməsi mütləqdir"
Loqoped-defektoloq Anaxanım Allahverənli: "Loqopedin loqopediya sahəsini dərindən bilməsi mütləqdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...