Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

İngilis dili müəllimi Dəyanət Süleymanov: "Xarici dilin tədrisində düzgün strategiya çox önəmlidir"

Tarix:29-05-2024, 01:27

İngilis dili müəllimi Dəyanət Süleymanov: "Xarici dilin tədrisində düzgün strategiya çox önəmlidir" - Dəyanət müəllim, necə oldu ki, bu sahəyə geldiniz?

- Ümumiyyətlə, uzun zamandır demək olar ki, təlim sahəsi ilə məşğulam, amma təhsil sahəsinə keçməyim əsasən gənc nəslin ehtiyaclarının daha çox olması və vaxtlarının çox az olmasıdır. Bildiyiniz kimi, dövrümüzdə tələbələrin gün ərzində öyrənmək məcburiyyətində olduğu dərs sayı kifayət qədər çoxdur və xarici dil öyrənmək üçün demək olar ki, vaxt tapa bilmirlər. Ya da çox az vaxt tapırlar. Bunun üzərində uzun zamandır düşünürdüm və nəhayət qərara aldım, araşdırmalar etdim və yeni dərs metodu hazırlayaraq tələbələrimə təklif etdim. Bu dərs sistemi onlara az vaxtda yüksək nəticələr əldə etmələrinə köməklik edir.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- Uzun zamandır bu işlə məşğulam, amma rəsmi olaraq iki ildir ki, bu sahədəyəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Bildiyiniz kimi, təhsil sahəsi hər zaman inkişaf etməkdə olan bir sahədir və bilgi demək olar ki, hər yerdə var. Sadəcə olaraq, tələbələrin doğru zamanda doğru bilgini öyrənmələri gələcəkdə işlərinə fayda verəcək, öz sahələrini inkişaf etdirəcək bilgiləri öyrənməsi çox önəmlidir.
Təbii ki, ingilis dili və ümumiyyətlə xarici dil tədrisində düzgün strategiya çox önəmlidir və tələbələrimiz yaxşı nəticələr əldə etməsi üçün müxtəlif yeni strategiyalar tətbiq etməkdəyik. Bunlardan biri və ən önəmlisi isə yaxın zamanda fəaliyyətə başlayacaqdır.

- Hansı yas qrupuna aid uşaqlarla çalışırsınız?

- Ümumiyyətlə, biz hər yaş qurupuna aid olan şəxlərlə çalışırıq və 15-65 yaş arası tələbələrimiz mövcuddur.

- Üstünlüyunuz və fərqliliyiniz nədir?

- Biz tələbələrimizin qısa zamanda öyrəndikləri dilin ləhçəsini, yazma formasını, qulağ karlığını (yəni öyrənilən dili danışa bilmək üçün mütləq vərdişlər formalaşdırılmalıdır) öyrənməsi üçün müxtəlif təlimçilərdən istifadə edirik və tələbələrimizin hər gün danışa bilmələrini təmin edirik.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Ən tez nə vaxt danışa bilərəm (bilmək lazımdır ki, dil öyrənmək körpə uşaq böyütmək kimidir və hər gün onunla məşğul olmalısınız və səbirlə tətbiq etməlisiniz).

- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?

- Səbirsiz olmaq olmaz səbirli, biz hər şeyi bu günə sığdırmağa çalışırıq. Təmkinli və planlı hərəkət etmək lazımdır, yoxsa heç bir nəticə olmayacaq və verdiyiniz əməklər bir yerdə nəticəsiz olacaq.

- Xarakter olaraq necə birisiniz?

- Səbirli, əyləncəli və ümümiyyətlə qarşısındakı şəxsə uyğunluq göstərə biləcək bir xüsusi xarakterə sahibəm.

- Ailəlisinizmi?

- Xeyr. Hal-hazırda bunun üçün zamanım yoxdur.

- Oxuculara nə məsləhət görürsünüz?

- Az öncə qeyd etdiyim kimi hər şeyi bu günə sığdırmağa çalışmayın bir hədəfiniz olsun və bu hədəfi bir zamana yayın. İş planı qurun və hər gün mütləq o işlə məşğul olun və nəticələrinizi hər gün bir yerə qeyd edin. Əmin olun ki, zamanla nə qədər irəliləyiş əldə etdiyinizi görəcəksiniz.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi deyəcəyim elə bir fikir yoxdur. Çünki zatən bu işə başlamazdan əvvəl kaş ki, belə olmasaydı dediyim çox şey var idi. Sonra isə qərara aldım ki, əyər bunun belə olmasını istəmirsənsə, deməli bunu həll etməlisən və beləcə bu sahəyə başladım və öz strategiyamı hazırladım tələbələrimə təklif etdim.

Əlaqə nömrəsi: (010) 260 15 04

İngilis dili müəllimi Dəyanət Süleymanov: "Xarici dilin tədrisində düzgün strategiya çox önəmlidir"
İngilis dili müəllimi Dəyanət Süleymanov: "Xarici dilin tədrisində düzgün strategiya çox önəmlidir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...