Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Pedaqoq - Psixoloq Sitarə Hüseynli: "İnsanların həyatına bu qədər dəyər qatacağım ağlıma gəlməzdi"

Tarix:15-08-2023, 13:42

Pedaqoq - Psixoloq Sitarə Hüseynli: "İnsanların həyatına bu qədər dəyər qatacağım ağlıma gəlməzdi"
- Sitarə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim ilk təhsilim pedoqoji təhsildir. Coğrafiya müəllimisiyəm. Bu sahəyə həyatımın ən pis, ən ağır zamanında gəldim. "Artıq hər şey bitdi" dediyim bir zamanda bu sahənin dərslərini almağa başladım. Çox çətinliklə olsa da, dərsləri aldım və bu da mənim üçün bir işıq oldu. Aldığım təhsili sonra insanların işığına çevirməyə başladım. Hal-hazırda fəaliyyətimi sevərək davam etdirirəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq üç ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- İlk öncə, öz üzərimdə işləyib, özümü inkişaf etdirirəm. Hər zaman da belə olacaq. Eyni zamanda, tələbələr də yetişdirirəm. Qeyd etdiyim kimi, həm pedoqoji təhsilim var, həm də psixoloq olaraq fəaliyyət göstərirəm. Müəyyən seanslarla insanın daxilindəki potensialı öz gözünün qarşısına çıxartmağa çalışıram. Bundan əlavə, bu sahədə seminarlar və təlimlər də verirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Bəylərimiz şəxsi inkişaf, xanımlarımız isə dəyər mövzusunda daha çox müraciət edirlər. Təəssüflər olsun ki, hazırkı dövürdə xanımlarımız öz həyatlarını yaşaya bilmirlər, öz arzu-istəklərini reallaşdırmağı bacarmırlar. Onların həyatını ya ətrafı, ya da ətrafında olan əks-cinsin nümayəndələri yaşayır.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- "Yox" deyə bilməməyə "yox" deyirəm. "Yox" deyə bilmək qabiliyyətini xoşbəxtlik kimi görürəm. İş həyatımda da mənə uyğun olmayan, ruhuma qida verməyən hər bir təklifə "yox" deyirəm. Bir də ki, valideyn təkidi ilə peşə seçiminin əleyhinəyəm. Valideyn hər hansı bir sahədə uğur qazanarsa, yaxud da kimlərinsə uğur qazandığını görərsə, öz övladlarının da o yöndə getməsini arzu edər və onu buna təkid edər. Lakin bununla da onlar fərqində olmadan hansısa bir uşağın, bir şəxsiyyətin öz potensialını itirməyə yol açarlar. Erkən yaşda evliliyə də qarşıyam. Bu təsirə ən çox məruz qalan qadınlardır və onlara məhdudiyyətlərin qoyulma səbəbi də məhz budur. Müəyyən yaşdan sonra qadın dünyanı dərk etməyə başlayır və çox zaman bu evliliyin onun üçün əslində yalnış olduğunu anlayır, nəticədə də isə ruhuna xoş olmayan hallara üzləşir.

- Xarakter olaraq necə birisiniz?

- Deyirlər ki, xarakter dəyişmir. Lakin bu peşəyə gəldikdən sonra baxış tərzində dəyişiklik oldu. Əvvəl daha emosional, məsələlərə daha duyğusal baxan, olanları olması kimi qəbul edə bilməyən biri idim. Bu peşəyə gəldikdən sonra daha soyuqqanlı və lazım olduqda "yox" deməyi bacaran bir xarakter formalaşdı məndə. İnsanlara tez empati quran biriyəm. Bu da yəqin ki, bizim peşəmizlə əlaqədardır.

- Ailəlisinzmi?

- Ailəliyəm. İki övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Bu həyatda qalıcı olan yeganə sərmayə şəxsi inkişafa qoyulan sərmayədir. Yəni ki, şəxsi inkişafda özlərinə məhdudiyyət qoymasınlar. Öz dəyərlərini yüksək tutsunlar. Anlasınlar ki, heç zaman heç nə üçün gec deyil. Bu həyatda baş verən hər bir şey zərurətdən yaranır. Olanları faciə kimi qəbul etməsinlər. Əsas məsələ olanlara hansı yöndən baxmağımızdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, insanların həyatına dəyər qatmaq, onların getdikləri yola işıq tutmaq mənim öz ruhumu bu qədər qidalandırar.

Əlaqə nömrəsi: (070) 647 47 23

Pedaqoq - Psixoloq Sitarə Hüseynli: "İnsanların həyatına bu qədər dəyər qatacağım ağlıma gəlməzdi"
Pedaqoq - Psixoloq Sitarə Hüseynli: "İnsanların həyatına bu qədər dəyər qatacağım ağlıma gəlməzdi"
Pedaqoq - Psixoloq Sitarə Hüseynli: "İnsanların həyatına bu qədər dəyər qatacağım ağlıma gəlməzdi"
Pedaqoq - Psixoloq Sitarə Hüseynli: "İnsanların həyatına bu qədər dəyər qatacağım ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...