Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Beynəlxalq enerji coach, beynəlxalq terapist Sərvin Qənizadə: "Kainata yararlı olmaq çox gözəl və özəl hislərdir"

Tarix:27-06-2023, 14:36

Beynəlxalq enerji coach, beynəlxalq terapist Sərvin Qənizadə: "Kainata yararlı olmaq çox gözəl və özəl hislərdir"
- Sərvin xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Məni bu sahəyə həyat gətirdi. Əvvəllər həm reklam şirkətim var idi, həm də qadın klubu rəhbəri idim. Həm də biznes sahəsində fəaliyyət göstərirdim. Amma elə oldu ki, üç işim də birdən-birə dayandı. Həyat məni özünə çəkdi və özümə dönməyin lazım olduğunun fərqinə vardım. Çox şükür ki, Allahın izni ilə, aldığım terapiyaların, terapistlərin və təlimlərin sayəsində, özümü şəfalandırmağa başladım. O ərəfədə etdiyim mücadilələrin müqabilində həyatın mənə verdiyi şansların sayəsində özümü bu sahədə tapdım.

- Neçə ildir ki, fəaliyyət göstərirsiniz?

- Artıq iki ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahənizə üzrə hansı işləri icra edirsiniz?

- Mənim öz şəfa seənsım var. Xüsusi ilahi güc vasitəsilə insanları şəfalandırmaq yolunda vasitəçiyəm. Şəfanı verən Allahdır. Öz seansım-İlahi Şəfa seansı hansı ki, bu seansı yalnız mən edirəm və bu seans sayəsində insanlar həm ruhsal, həm şüuraltı, həm energetik olaraq təmizlənib, hədəflərinə çatırlar. Əlavə olaraq təlimlərini aldığım Regressiya, Theta healing, Jass, Hipnoz, Metatron healing, Spritual Dovsing və s. kimi seanslar icra edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Əsasən sevgi yolları, bolluq və bərəkət, qadınlıq enerjisi, imtahan ilə bağlı müraciətlər olur. Ümumiyyətlə, hər mövzu barəsində seans etmək olar. Qeyd edim ki, seanslar nəticəsində qadın xəstəlikləri olan xanımların əksəriyyətində həmin xəstəliklər şəfalanıb.
Terapiyalardan sonra hətta 11 il ana olmayan xanım ana olub, dərman müalicəsi belə olmadan azad olan, danışanlarım belə var,
Bunlar hamısı ruhsal və energetik terapiyalarla mümkündür.

- Xarakter olaraq necə birisiniz?

- Pozitiv və dəyişkən xarakterli bir insanam. Ən çətin vaxtlarımda Yaradana ümid bağlamışam və baş verən hər şeyin mənim xeyrimə olacağına inanmışam.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Çalışıram ki, heç nəyə yox deməyim. Çünki "yox" kəliməsi belə insanda blokajlar yaradır.
Lakin bir insanın hər şeydən ümidini kəsməsinə Yox deyirəm. Çünki insan istədiyi hər bir şeyə nail olmağa qadirdir. Yetər ki, istəsin, çalışsın və addımını atsın. Addım atmadan kainat heç kimə yardım etmir.

- Yetirmələriniz varmı?

- Hər kəsə təlim vermirəm. Bunun üçün seçim edirəm. Düşünürəm ki, hər kəs üçün deyil bu elmlər. Görsəm ki, o güc, potensial o insanda var, mütləq ilahi işıq yolunda bildiklərimi paylaşıram.

- Oxuculara nə məsləhət görürsünüz?

- Hər zaman öz üzərlərində işləsinlər və inkişaf etsinlər. Bu dünyaya yalnız yeyib, içmək, törəmək üçün yox, dünyaya təkamül üçün, böyümək üçün gəldiklərinin fərqində olsunlar. Öz frekanslarını qaldırsınlar. Əgər onların arzuları yüksək frekansdadırsa, aşağı frekansda olaraq həmin arzularına çata bilməyəcəklər.
Kainatda hər şey enerjidən ibarətdir. Yalnız bənzər enerjilər bir birinə çəkilir. Əgər həyatlarında nədənsə narazıdırlarsa, titrəşimlərini dəyişərək həyatlarındakı narazılıqları da aradan qaldıra bilərlər. Bunu da terapiyalar sayəsində etmək olar. Lakin düzgün terapistləri seçsinlər və hədəflərinə çatmaq üçün o hədəfə çatana qədər terapiyalarına vaxtı vaxtında gəlsinlər. Çünki insan dünya boyutunda aşağı frekansdadır. Ona mütəmadi olaraq terapiyalar lazımdır. Necə ki, insan öz bədənini təmiz saxlayırsa, ruhunu, şüurunu və şüuraltını da təmiz saxlamalıdır.
Allahın daima onlarla bərabər olduqlarını bilsinlər.

- Mən bu sahəyə gələrkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, insanlara məhz enerji və ruhsal sahədə şəfa tapmaqlarına vasitəçi ola bilərəm. Özümü və Allahı tapmaq üçün aylarla Allaha inzivaya çəkilmişdim. Bunun sayəsində insanların ruhuna toxunmaq, şəfalanmalarına şahidlik etmək, onların sevinclərini görmək, bilmək, insanların dualarında yer ala bilmək, kainata yararlı olmaq çox gözəl və özəl hislərdir.

Hər kəsə təşəkkür edirəm!

Əlaqə nömrəsi: (055) 368 18 02

Instagram: @servindigo

Beynəlxalq enerji coach, beynəlxalq terapist Sərvin Qənizadə: "Kainata yararlı olmaq çox gözəl və özəl hislərdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...