Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"

Tarix:8-06-2023, 10:42

Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"
- Samirə xanım, necə oldu ki, belə bir tədirs müəssisəsini yaratdınız?

- Mən özüm 25 ildir ki, pedaqoq kimi fəaliyyət göstərirəm. Bir çox vəzifələrdə çalışmışam. Hətta 2013-cü ildə ilin ən yaxşı müəllimi seçilmişəm. Saysız-hesabsız beynəlxalq sertifikatlar almışam. İngiltərədə təsdiq olunmuş "Jolly Phonics" adlı bir proqram var. Onun Azərbaycanda rəsmi və yeganə nümayəndəsiyəm. Müəllimlərə təlimlər verirəm və onlara beynəlxalq sertifikatlar veririk. Qeyd edim ki, bu proqram vasitəsilə dərslər usaqlara əyləncəli şəkildə keçirilir.  O ki qaldı belə bir müəssisəni yaratmaq fikrinə, bir gün yoldaşımla qərara gəldik ki, öz mərkəzimizi yaradaq. Daha doğrusu, o israr etdi. "Westminster Educational Center"i yaratdıq. Biz bu mərkəz vasitəsilə tələbələri xaricdə oxumağa göndəririk. Artıq iki tələbəmizi xarici universitetə göndərmək ərəfəsindəyik. Bundan başqa, bizdə yay proqramları da var. Həmin kursların nəzdində uşaqları müxtəlif ölkələrə aparırıq. Orada onlara xarici dil öyrənməkləri üçün hər bir şərait yaradılır. Bu kurslar onların gələcəkdə xarici ölkələrdə təhsil almaq istədikləri zaman onlara müsbət təsir göstərir.

- Dediyiniz yay kurslarına neçə yaşından etibarən uşaqlar qəbul edilir?

- Əslində yaş məhdudiyyəti yoxdur. Amma on yaşından yuxarı uşaqlar üçün kurslar daha çoxdur.

- Rəhbəri olduğunuz təhsil müəssisəsində daha hansı xidmətlər var?

- Hansısa bir fənni öyrənmək istəyən şagirdə fərdi qaydada həmin fənn tədris edilir.

- Nəticələrinizi neçə müddətdən sonra əldə edə bilirsiniz?

- Bu, uşağın bacarığından asılıdır. Amma biz şagirdləri üç aydan sonra müəyyən bir səviyyəyə çatdırırıq.

- Son olaraq nə demək istərdiniz?

- Demək istəyirəm ki, ölkəmizdəki universitetlər çox yaxşıdır. Amma xaricdə oxumaq çox fərqli bir hisdir. Oradakı təhsil tam fərqlidir. Ela uşaq var ki, xaricdə oxumaq istəyir, amma valideyni imkan vermir. Çox istərdim ki,  valideynlər övladlarının xaricdə təhsil alması üçün şərait yaratsınlar. Şərait yarada bilməsələr də, ən azından onların yolunu kəsməsinlər. Çünki təhsil millətin gələcəyidir.

Əlaqə nömrəsi: (051) 592 81 18
                             (050) 332  46 21

Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"
Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"
Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"
Beynəlxalq dərəcəli mütəxəssis, pedaqoq Samirə Teymurova: "Xaricdə oxumaq çox fərqli bir hisdir"
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...