Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
- Salam, Səadət xanım. İlk öncə sizi tanıyaq və necə oldu ki, loqoped olmaq qərarına gəldiniz?
- Mən Məmmədova Səadət Salman qızı təhsilimi ADPU - nun Pedaqoqika və Psixologiya fakültesində almışam. İxtisasımı Loqoped olmaq üçün artırdım. Artıq 6 ildir ki, 5 nömrəli Uşaq Somatik Sanatoriyasında loqoped işləyirəm.
- Neçə ildir ki, bu sahədə fəaliyyət göstərirsiniz?
- Artıq yeddi ilə yaxındır ki, bu sahədə fəaliyyət göstərirəm.
- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?
- Tək uşaqlar deyil. Böyüklərlə də çalışıram. Elə insanlar var ki, hərfləri düzgün tələffüz edə bilmirlər. Biz onlar üçün də əlimizdən gələni edirik və yaxşı nəticələr əldə edirik.
- Bəs nəticələrinizi neçə müddətdən sonra alırsınız?
- O uşağın götürmə qabiliyyətindən asılıdır. Elə olur ki, biz bir hərfin tələffüzünü bir həftəyə də düzəldə bilirik. Bu məsələdə valideynin məşğul olması və düzgün diaqnozun qoyulması da çox böyük rol oynayır.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox uşaqlarda "r", "l" və "ş" səsinin qoyuluşlarında problemlər olur. Bundan başqa, uşaqlarda telefondan asılılıq halları çox müşahidə edilir. Təsəvvür edin ki, uşaq adi topu düzgün tuta bilmir. Bu da onun heç bir oyun oynamamasından irəli gəlir. Valideynlər uşaqları sakitləşdirmək üçün uşağın başını telefonla qatırlar. Bu problemlər məni çox narahat edir
- Xarakter olaraq necə birisiniz?
- Uşaqları çox sevən biriyəm. Özümün də ikisi azyaşlı, ikisi isə ali təhsilli olmaqla dörd övladım var. Ətrafdakılar məni mülayim, səbrli biri kimi tanıyır.
- Valideynlərə nə məsləhət görərdiniz?
- Valideynlər uşaqlarına zaman ayırsınlar. Hər bir uşaq sevilməyə layiqdir. Onları sevmək lazımdır. Onları sevin ki, onlar da o sevgini sizə qaytarsınlar. Ən əsası isə düzgün davranış qaydalarına riayət etsinlər.
Bir də, uşaqlarını könül rahatlığı ilə ElmLand tədris mərkəzinə gətirə bilərlər. Çünki bu müəssisədə loqopedik otağın uyğunluğu ilə yanaşı, uşaqlar üçün lazım olan hər növ əyani vəsaitlər, didaktik materiallar əldə etmək mümkündür. Vəsaitlərin keyfiyyətli olmasını isə ayrıca vurğulamaq istərdim.
Bütün bunlara görə də, ElmLand tədris müəssisəsi ilə işləmək mənə xoşdur.
Bu şəraiti yaratdıqlarına görə ElmLand tədris mərkəzinə öz dərin təşəkkürümü bildirirəm.
Yaxşı ki varsınız, yaxşı ki sizi tanımışam.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, bu işin öhdəsindən belə asanlıqla gələ bilərəm. Amma bunu bacardım və buna görə də çox xoşbəxtəm.
Əlaqə nömrəsi: (055) 292 20 03
"Elmland" tədris mərkəzi