Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
- Xurda xanım, xoş gördük. Müsahibəmizə bu sualla başlayaq. Necə oldu ki, riyaziyyat fənninə marağınız oldu?
- Bu həvəsi məndə atam yaradıb. Mən özüm ədəbiyyatçı olmaq istəyirdim. Çünki az - çox yazmağı bacarırdım. İndi də yazıb - pozuram. Atam da ədəbiyyat müəllimi idi. Amma mənim çətinliyə düşməməyim üçün məni bu sahəyə yönəltdi.
- Neçə ildir ki, riyaziyyat fənnini tədris edirsiniz?
- Qırx iki ildir ki, bu fənn üzrə dərs deyirəm.
- Hansı yaş qrupuna aid uşaqlara dərs deyirsiniz?
- Yaş məhdudiyyəti yoxdur. Müxtəlif yaş qrupuna aid olan şagirdlərlə işləyirəm.
- Hansı proqramlarla işləyirsiniz?
- İndi müasir dövrdə standart proqramlara əsaslanmaq olmur. Gərək özün də bir yenilik edəsən. Konkret deyə bilmərəm, amma özümün metodik vəsaitlərim, məqalələrim dərc olunub.
- Xarakter olaraq necə biridir Xurda xanım?
- Mülayim bir insanam. Kənardan özümdən razı kimi görünsəm də, elə deyil.
- O dövrdəki təhsillə indiki təhsil arasında hansı fərqləri görürsünüz?
- Məncə, fərq yalnız terminlərin dəyişməsidir. Bəzən "müasir üsul" deyirlər. Bu müasir üsul da ənənəvi üsulun əsasındadır. Bəlkə də biz indi müasir terminlərə uyğunlaşa bilmirik. Dilimiz uyğunlaşmır.
- Çalışdığınız "Elmland" tədris mərkəzində uşaqların bilik səviyyəsi sizi qane edirmi?
- Uşaqların səviyyəsi məni qane edir. Düşünürəm ki, bundan sonra daha da yaxşı olacaq.
- Valideynlərə nə məsləhət görərdiniz?
- Valideynlərə bir türk yazarı Nurəddin Topçunun dili ilə demək istəyirəm ki, müəllim gənclərə bilmədiklərini öyrədən bir elm xalçası deyil, bu iş kitabın işidir, övladlarınızı oxumağa, öyrənməyə sövq edin.
- Bəs həmkarlarınıza hansı tövsiyələri verərdiniz?
- Bizim dünya səviyyəli neftçi alimimiz Azad Mirzəcanzadə deyir ki, riyaziyyat hər yerdə var. Ədəbiyyatda, biologiyada, tarixdə, fizikada, kimyada, coğrafiyada da riyaziyyat var. Ona görə müəllimlər, riyaziyyatı uşaqlara sevdirin! Bu baxımdan, biz müəllimlərin üzərinə böyük məsuliyyət düşür. Bizim vəzifəmiz ElmLand tədris mərkəzinə gələn uşaqlara riyaziyyatı sevdirmək, onları riyaziyyat üzrə inkişaf etdirməkdir və bunu da imkan dairəsində etməyə çalışırıq. ElmLand tədris mərkəzi işə yeni başlayır, necə deyərlər, körpə bir fidandır, onun böyüyüb, qol - qanad atması üçün əlimizdən nə gəlirsə edəcəyik və sonda tədris mərkəzinə uğurlar arzulayıram.
- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Universitetə daxil olanda elə bilirdim ki, çox böyük bir elm xadimi olacağam. Amma təəssüf ki, orta məktəbdən kənara çıxa bilmədim (gülür).
Əlaqə nömrəsi: (055) 292 20 03
"Elmland" tədris mərkəzi