Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"

Tarix:3-05-2023, 17:58

"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"
-  Kəmalə xanım, necə oldu ki, bu sahəni seçdiniz?

- Əslində təhsilə, pedoqoji fəaliyyətə həmişə meylli biri olmuşam. İnsanları düzgün maarifləndirərək onlara faydalı olmağı istəmişəm. Həmin istək və arzu məni bu sahəyə gətirdi. Universitet illərimdə bu sənətin nə qədər ali və müqəddəs bir peşə olduğunu daha da yaxşı dərk etdim. Hal-hazırda da öz işimi sevə-sevə icra edirəm.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq on ilə yaxındır ki, bu sahədə fəaliyyətim davam edir.

- Hansı yaş qrupuna aid uşaqlarla çalışırsınız?

- Əsasən 5-10 yaş aralığında olan uşaqlarla məşğul oluram.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün vacib amillərdən biri şagirdlərin təhsil mərkəzimizdən evə əliboş getməməsidir. Əgər bir uşaq evdən təhsil adı ilə çıxıb yanımıza gəlirsə, onun biliyə yiyələnməsi üçün əlimizdən gələni etməliyik. Bu nəinki mənim, bütün ElmLand ailəsinin pedaqoji heyətinin başlıca iş prinsipidir.

- Bu sahədə sizi narahat edən məqamlar hansılardır?

- Bir müəllim kimi məni narahat edən bir çox nüanslar var. Aktual problemlərdən biri uşaqların mütaliə həvəsinin olmaması, daha çox texnologiyaya meylli olmalarıdır. Bununla bağlı maarifləndirmə işləri aparmaq hər birimizin vəzifəsidir.

- Tədris zamanı hansı üsullardan istifadə edirsiniz?

- Müasir təlim medotları əsasında dərs təşkil edirəm. Çalışıram ki, uşaqların maraqlarına xidmət göstərsin. Onlar üçün öyrədici mühit nə qədər əyləncəli olarsa, bir o qədər də effektiv olar.
Düzdür, statistikaya nəzər salsaq görərik ki, son illərdə təhsilə ayrılmış büdcə nəticəsində bir çox məktəblər, tədris mərkəzləri və s. texniki avadanlıqlarla təmin olunub. Şagirdlər bundan faydalana bilir. Lakin məlumdur ki, ölkə üzrə hər bir təhsil ocağını tam təmin etmək o qədər də asan iş deyil. Məhz bu baxımdan ElmLand Tədris Mərkəzi qəsəbənin sakinləri və pedaqoji işçiləri üçün geniş fürsətlər yaradır. Mərkəzin rəhbərliyinin bu təşəbbüsü birlik və bərabərliyin simvolu hesab edilə bilər.

- Xarakter olaraq necə birisiniz?

- (gülür) Uzun müsahibəmiz göstərir ki, ünsiyyətciləm biriyəm.

-  Valideynlərə hansı tövsiyyələri edərdiniz?

- Valideynlər uşaqları ilə ciddi məşğul olsun, onların gələcəyi naminə əllərindən gələni əsirgəməsinlər. Onlara reklam yönündən deyil, şəxsi inkişaf məqsədilə yanaşsınlar. Ən əsası övladlarını kəşf etsinlər. Çünki o balaların arasında gələcəyin savadlı, vicdanlı və bacarıqlı kadrları yetişir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, peşə xəstəliyinə tutulub bu qədər çox danışacam (gülür).
Xoş söhbət oldu, Elmland evinin qapıları hər zaman üzünüzə açıqdır. Minnətdaram.

Əlaqə nömrəsi: (055) 292 20 03

"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"
"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"
"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"
"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"
"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"
"Elmland" tədris mərkəzinin aparıcı müəllimi Kəmalə Qaragözova: "Müasir təlim metodları əsasında dərs təşkil edirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...