Anons

Bu gün, 00:21- İsrail İrana cavab zərbəsi endirməyi planlaşdırıbmış

Dünən, 23:33- CHP liderindən AŞPA-da Azərbaycana DƏSTƏK

Dünən, 19:11- İcra Hakimiyyəti ilə tenderlərinin qalibi olan şirkət arasında qalmaqal yaranıb - TƏFƏRRÜAT

Dünən, 18:48- "Həkim mənə dedi ki, narazılığın var, get sən də özünü yandır..." - NARAZILIQ VAR...

Dünən, 18:35- Prezidentdən Şuşa ilə bağlı - Sərəncam

Dünən, 18:24- Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – QALMAQALLI MƏHKƏMƏ İŞİ

Dünən, 16:48- Anasını öldürüb 11 yaşlı qardaşını yaralayan yeniyetməyə hökm oxundu

Dünən, 16:18- “Unibank” kredit borcunu ödəyə bilməyən Vətən müharibəsi qazisini məhkəməyə verdi

Dünən, 15:39- Zeytun yağını xaricə 9,5 manata, özümüzə 16 manata satırıq - Görənlər desin, ticarətlə məşğuluq...

Dünən, 15:00- "Nə az nə çox hardasa 400 manat borcumuz var..." - ETİRAZ

Dünən, 14:20- BDU-da İlahiyyat fakültəsinin adı YENİ QALMAQALDA - İTTİHAM VAR...

Dünən, 13:48- Naxçıvanda korrupsiyanın “mirfırıldaq” növü rəvacdadır... - “Pullarımızı nazir əvəzi mənimsəyir”

Dünən, 12:19- Mənşur Gülməmmədli elə-belə getmir... FƏALİYYƏTİ ARAŞDIRILIR - İDDİA

Dünən, 11:12- Rəsmi Bakıdan Fransa səfirinin geri çağırılmasına - Münasibət

Dünən, 10:34- Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev

Dünən, 09:54- Cəlilabadda döyülən işçiyə görə KİM MƏSULDUR? - İDDİA

Dünən, 09:28- "6 aydır ki, gün itiririk..." - ETİRAZ VAR...

Dünən, 08:47- Sakinlər ETSN-nin bu idarəsini İTTİHAM EDİR - MÜRACİƏT

16-04-2024, 20:22- Məşhur "Batı-X" şirkətinin ağacları məhv etdiyi aşkarlandı... - Nazirlik hərəkətə keçdi

16-04-2024, 19:50- İcra hakimiyyətlərinə yeni səlahiyyət verildi – “Ailədaxili münaqişələrin qarşısı bu yolla alınacaq”

Haqqımızda Əlaqə

İngilis-dili müəllimi Aygün Şahmərdanova: "İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir"

Tarix:26-04-2023, 13:22

İngilis-dili müəllimi Aygün Şahmərdanova: "İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir"
- Aygün xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən bu sahəyə gəlmək üçün çox uzun və çətin mərhələlərdən keçmişəm. Əslində hər şey asan ola bilərdi: Pedaqoji təhsil alıb, təcrübə qazanıb bu sahədə işləmək. Lakin heç nə belə asan olmadı (gülür).
Ali məktəbə yüksək balla qəbul olduqdan sonra, “Mən onsuzda İngilis-dilini bilirəm, 4 il dil üzrə yenidən oxumağa ehtiyacım yoxdur” deyib Azərbaycan Turizm və Menecment Universitetinə daxil oldum. Lakin İngilis-dilinə sevgim məni burada da rahat buraxmadı. Beynəlxalq IELTS sertifikatını əldə etdikdən sonra Azərbaycan-Avstriya arasında ikili diplom proqramı üzrə Avstriyanın IMC FH Krems ( University of Applied Sciences) Universitetində İngilis-dilində təhsil almağa başladım. Təsəvvür edin ki eyni anda səhər və günorta növbələrində 2 universitetdə təhsil alırdım. Digər uşaqlar 7-8 imtahan verəndə mən 16-17 imtahan verirdim. Nəhayət ki, hər 2 universiteti müvəffəqiyyətlə bitirdim. İlk pedaqoji fəaliyyətimə Kaspi İnternational School-da başladım. Burada Beynəlxalq Cambridge kurikulumu və IB PYP proqramları ilə yaxından tanış oldub, incəliklərini öyrəndim.

- Neçə ildir ki, bu sahədəsiniz?

- Artıq ilk pedaqoji fəaliyyətə başlamağımdan təxminən 8 il keçib. Hal-hazırda öz işimi qurmuşam, online və əyani formada İngilis-dili dərsləri keçirəm.

- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?

- Öz sahəmdə inkişaf etmək üçün beynəlxalq sertifikatlar alır və öz metodikamı daima təkmilləşdirməyə çalışıram. Mən öz üzərində daima işləyən, öz sahəmdə daima yeniliklər axtaran biriyəm. Uşaqların dünyası çox rəngarəngdir, və mən bu dünyada canlı qalmaq üçün aktiv, həvəsli, yeniliklərə açıq olan və öz metodikasında daima uşaqlara İngilis-dilini sevdirəcək yeniliklər tətbiq edən biriyəm. Mənə elə gəlir ki, 60-70 yaşıma da çatsam, yenə onlara dərsi sevdirmək üçün hər gün bir obraza girməkdən zövq alacam (gülür).

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Son zamanalar müraciət edən valideynlər “Uşağım İngiliscə sərbəst danışa bilsin” istəyirlər. Uşaqlar İngilis-dilini erkən yaşlarda, düzgün metodika ilə öz ana-dilləri kimi təbii şəkildə öyrənə bilərlər.

- Xarakter olaraq necə birisiniz?

- Xasiyyətcə çox səbrliyəm, məni əsəbləşdirmək çox çətin məsələdir (gülür). Pozitiv ruhlu, əylənməyi sevən biriyəm, yəqin buna görədir ki uşaqlarla işləyərkən özümü tapıram

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm, 3 yaşlı qızım var.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Bir mütəxəssis kimi bəzən insanların “3 aya İngilis-dili öyrənə bilərəm” düşüncəsinə yox deyirəm. İnanin ki bu mümkün olsaydı bundan 3 ay sonra hamı yaşından asılı olmayaraq İngilis-dilində sərbəst danışardı. Dil öyrənmək başqa fənnlərə bənzəməz, dili neçə müddət çəkəcəyini düşünmədən, səbrlə, davamlı şəkildə öyrənsək, bu müddət bir o qədər qısa və məhsuldar olar.

- Oxuculara nə məsləhət görürsünüz?

- İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir. Çalışın, övladlarınız erkən yaşlardan İngilis-dilini təbii, əyləncəli şəkildə öyrənsinlər ki, sonradan bu proses onlar üçün yükə çevrilməsin.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Hər bir insan xoşbəxt olmaq üçün həyat yoldaşını, işini və dostunu düzgün seçməlidir. Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, müəllim olmaqla bunlardan ikisini - doğru işimi və dostlarımı qazanacam. Digər doğru seçimimlə- Həyat yoldaşımla isə pedaqoji fəaliyyətim zamanı tanış olmamışam (gülür).

Əlaqə nömrəsi: (051) 323 27 77

İngilis-dili müəllimi Aygün Şahmərdanova: "İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir"
İngilis-dili müəllimi Aygün Şahmərdanova: "İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir"
İngilis-dili müəllimi Aygün Şahmərdanova: "İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir"
İngilis-dili müəllimi Aygün Şahmərdanova: "İngilis-dilini bilmək dövrümüzün ən vacib şərtlərindən biridir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...