Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"

Tarix:5-04-2023, 11:30

Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"

- Nigar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Ümumiyyətlə, menim kosmetologiyaya marağım var idi. Bu işin incəliklərini öyrənmək istədim. Təəssüf ki, ürəyimcə təhsil vərmədilər. Zaman və pul itkisi yasadim. Sonradan "FHİ academy" yə qəbul oldum. Qeyd edim ki, bu akademiya Avropada yerləşir bizim adımız da orada gedir. Hazırda da oradan bizə beynəlxalq sertifikatlar verilir. Bəli, mən orada qaşa aid bütün incəlikləri mənimsədim. Beynəlxalq sertifikatlar aldım. Hal-hazırda bu sahə üzrə sərbəst şəkildə fəaliyyət göstərirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- Artıq iki ildir ki, bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahənizi üzrə hansı işləri icra edirsiniz?

- Mən öz sahəm üzrə əsasən qaş, təbii tük effekti, kiprik laminasiyası, pirsinq və s. kimi işləri görürəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Qaş prosedur ilə bağlı müraciətlər daha çox olur. Keyfiyyətsiz makiyaj məhsulları ilə , düzgün qaş almama prosedur ilə əlaqədar müraciətlər alırıq. Eyni zamanda, qidalanma ilə bağlı qaşları erkən tökülən xanımlar da bizə üz tuturlar.

- Qaş bir xanımın simasında nə dərəcədə rol oynayır?

- Qaş simada mühüm rol oynayır. Həm üzə gözəllik verir, həm üzdəki ifadəni dəyişir. Bizim də işimiz simaya uyğun qaşa forma verməkdən ibarətdir?

- Sizcə, hansı qaş forması dəbdədir?

- Mənə görə, gündəlik qaş effekti istəyən xanımlar nanabrows  etdirsinlər. Çünki nanobrows tam təbii tük effektidir və bunu etdirən xanımlar gündəlik həyatda evdən karandaş çəkmədən rahatlıqla çıxa bilərlər. Amma gündəlik makiyajdan daha çox istifadə edən xanımlar isə qalıcı makiyaj kimi olan permanentdən yararlana bilərlər. Çünki permanent daha nəzərəcarpan və tünd gorsənən bir tük effektidir.

- Düzəltdiyiniz qaşların qaliciliq müddəti nə qədər olur?

- Bu, əsasən məhsulun keyfiyyətindən asılıdır ki, biz də yüksək keyfiyyətli məhsullara işləyirik. Təxminən üç ilə qədər qala bilir.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən vacib olan üzün dərisinə ziyan vurmamaqdır. Bir də ki, müstərilərə "pul kisəsi" kimi baxmamaq əsas iş prinsipimdir.

- Xarakter olaraq necə birisiniz?

- İnsanları tanıdıqca daha da möhkəm olmağa doğru gedirəm. Mən hələ öyrənirəm. İstədiklərimə nail olmaq üçün əlimdən gələni edən və prinsipial biriyəm.

- Tələbələrimiz varmı?

- Bəli, tələbələrim var. Onların hər birindən çox razıyam.

- Bir mütəxəssisi olaraq nəyə "yox" deyirsiniz?

- Hansısa bir prosedura ehtiyacı olmayan xanıma pul üçün  nə isə bir prosedur icra etmeye qəti surətdə "yox" deyirəm.

- Ümumiyyətlə, xanımlar qaşla bağlı prosedurlara neçə yaşdan etibarən başlamalıdırlar?

- Mən məsləhət görərdim ki, 25 yaşdan sonra başlasınlar. Amma nəyəsə ehtiyac olduğu təqdirdə bir az tez də nə isə etmək olar.

- Xanımlara nə məsləhət görərsiniz?

- Təklif edilən ucuz məhsullara aldanmasınlar. Dərilərini zədələyə bilərlər. Bir də ki, öz gözəlliklərinin qeydinə vaxtında qalsınlar.

- Mən bu peşəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki, bu işdə bu qədər potensialım var. İşimi bu qədər sevəcəyimi, ona bu qədər bağlanacağımı bilməzdim. İnanmazdım ki, qısa zaman kəsiyində işimin peşəkarı olaram. Həqiqətən də işimiz zərgər işi kimidir və bütün xanımlara gözəllik bəxş etmək bizim əlimizdədir və bunun üçün də əlimizdən gələni edirik.

Əlaqə nömrəsi: (070) 373 06 99

Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"
Nanobrowspmu Master Nigar Nurməmmədova: "İşimi bu qədər sevəcəyim ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...