Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Ümumi cərrah Vüsal Sədrayev: "Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur"

Tarix:5-04-2023, 11:38

Ümumi cərrah Vüsal Sədrayev: "Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur" - Zaman sizi hardan götürüb haraya gətirdi? Niyə ağ xalat geyinmək istədiz?

- Mən uşaq yaşlarından bu sahəyə maraq göstərmişəm və bu uşaqlıq arzusu mənə Tibb Universitetinə daxil olub cərrahiyyə ixtisasına yiyələnməm üçün təkan verdi.

- Cərrahiyyə digər sahələrə nisbətən daha çətindir, bu sahəni özünüz seçdiniz?

- Bəli, özüm seçdim, artıq tələbə vaxtımdan cərrahiyyə ixtisası üzrə bəzi həkimlərin yanında işləyirdim.

- Neçə müddətdir ki, bu sahədəsiniz?

- Ümumilikdə 2008-ci ildən həkim kimi işləyirəm, 2008-2009-cu ildə 4 saylı  şəhər xəstəxanasında internatura keçdim, daha sonar 2009-2011-ci illərdə N saylı hərbi hisslərin birində tibb xidməti leytenantı olaraq fəaliyyət göstərmişəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiz?

- Qarın boşluğunda açıq və laposkapik cərrahiyə ilə əməliyyatlar icra edirəm.

- İstisnalar var?

- Bəli, bəzi onkoloji əməliyyatları icra etmirəm.

- Bir həkim olaraq nəyə yox deyirsiniz?

- Tam təsdiqlənməmiş diaqnozla hər hansı müalicə aparmaq mənim üçün yolverilməzdir.

- İş prinsipiniz nədən ibarətdir?

- Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur.

- Son zamanlarda sizə ən çox nəylə bağlı müraciət edirlər?

- Son zamanlarda daha çox öd kisəsi və öd yolları xəstəlikləri,yırtıqlar,bağırsaqla bağlı müraciətlər olur.

- Ağ xalatsız necə birisiz?

- İstisna hallar olmasa təbiətcə sakit, hamı ilə dil tapan adamam.

- Ailəlisiniz?

- Bəli, ailəliyəm.

- Oxuculara nə tövsiyyə edərdiz?

- Çalışmaq lazımdır ki, həkim təyin etmədiyi heç bir dərmandan  istifadə olunmasın və həkim göstərişi olmadan özünü müalicə aparılmasın.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki… Bu fikri özünüz tamamlayın.

- Mən bu işi seçərkən hansı yola getdiyimi bilirdim və hər şeyə hazır idim.

Əlaqə nömrəsi: (050) 376 61 24

Ümumi cərrah Vüsal Sədrayev: "Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur"
Ümumi cərrah Vüsal Sədrayev: "Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur"
Ümumi cərrah Vüsal Sədrayev: "Mənim üçün ən vacib olan xəstənin məmnunluğudur"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...