Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"

Tarix:30-03-2023, 13:38

Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"

- Şahnaz xanım necə oldu ki, bu sahəyə gəldiniz?

- Mənim hazırda fəaliyyət göstərdiyim sahə uşaqlıq arzum olub. Ali təhsilimi İnformasiya Texnologiyaları Mühəndisi ixtisasında fərqlənmə ilə bitirmişəm. Daha sonra 2 il dövlət qulluğunda çalışsam da, mənə uyğun olmadığını düşündüyüm üçün öz ərizəmlə işdən ayrılıb şəxsi təhsil mərkəzimi qurmağa qərar verdim. Bununla bərabər Türkiyədə 2 fərqli universitetdə təhsil alaraq ixtisasımı genişləndirdim.

- Türkiyədə hansı sahələrdə təhsil aldınız?

- Samsun Dövlət Universitetində Mental Aritmetika və Gebze Teknik Universitetində STEM və Robotik Kodlama təhsilini almışam. Daha sonra Türkiyədə təhsil şirkətlərindən, mütəxəssislərdən Aitmetika və Sürətli Oxuma və Anlama üzrə kurslar almışam.Bütün bu sahələrdə mütəxəssis olaraq ixtisaslaşmışam. Şuuraltı terapiyalar və enerji üzrə də təhsil almışam amma bu sahələri yalnız yaxınlarıma və özümə tətbiq edirəm. Gələcəkdə bəlkə bu sahədə işləyərəm. Enerji ilə işlədiyim üçün mənə müraciət edən müəllimlərin hamısı çox ağıllı, savadlı və inkişafa meyilli insanlar olur)

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- 12 ildir ki, təhsil sahəsində çalışıram. İlk məntiq dərslərindən başlamışam müəllimlik fəalliyyətimə.

- Hazırda Təhsil Mərkəzinizdə hansı sahələrdə fəaliyyət göstərirsiniz?

- Fəaliyyət sahəm bir neçə qola ayrılır. Bura Robotik kodlama ( Arduino, Mblock, Scratch ) , STEM, Mental Aritmetika, Mega Aritmetika, Sürətli Oxuma və Anlama, Məntiq dərsləri və s. daxildir. Bu sahələrin hamısında həm müəllim təlimləri həm də şagird dərsləri tədris edirik.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Müəllim kimi fəaliyyət göstərmək istəyib, haradan başlayacağını, necə işləyəcəyini, özünə sahə seçə bilməyən xanımların müracəti çoxluq təşkil edir. Təbii övladını gələcəyin sahəsi olan Robotik Kodlama dərslərinə yazdırmaq istəyən valideynləri də unutmamaq lazımdır.

- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?

- Mən özümü beyin məşqçisi adlandırıram çünki uşaqların beynini məşq etdirib onların beyin yarımkürələrini aktivləşdirirəm. Daim uşaqlarla psixoloji söhbət zamanı valideynlərinin onları hansısa sahəyə məcbur etdiyini eşidirəm.Valideynlərin uşaqların həvəsini, bacarığını düzgün dəyərləndirməyib, sevmədikləri, qabiliyyətləri olmayan sahələrə yönləndirməyinə “yox” deyirəm. İndi mənə müraciət edən, təlimlərinə qatılan 20 yaşdan yuxarı insanların 90 %-i valideynlərinin istəyi ilə oxuduqları sahədə işləmək istəməyən, öz karyerasını yenidən inşa etmək istəyənlərdir.

- Sizin hazırda fəaliyyətdə olan, aktiv işləyən mərkəzləriniz hansılardır?

- 1. Beyin Fərdi İnkişaf Mərkəzi
2 .“Dahi Cocuk Merkezi Azerbaycan” təmsilçiliyi
1. “ZEYBOX hızlı okuma ve anlama” Azərbaycan təmsilçiliyi
2. “Robot Maraqlısı” Robotik Kodlama Mərkəzi
3. SH TRAINING CENTER Müəllim Təlim Mərkəzi

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq özümü mülayim, səmimi adlandırardım. Lakin neqativ hiss etdiyim insanlarla da sərhəd qoymağı bacarıram. Ümumiləşdirsək uşaqları çox sevirəm və onlarla birlikdə çox xoşbəxt oluram.

- Ailəlisinizmi?

- Ailəliyəm, 2 övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

-Oxuculara məsləhətim, tövsiyəm odur ki, indi informasiya əsrindəyik və informasiya çoxluğundan özlərini qorusunlar. Çünki nə qədər çox informasiya olarsa o qədər də yanılma faizi yüksəlir. Hər zaman təhsili peşəkarlardan alsınlar.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, bu qədər yeniliklər edə biləcəyəm . Öz potensialımın daim fərqində olmuşam. Lakin özümdə bu qədər qapı açılacağını, Türkiyədən 3 fərqli təhsil şirkətini Azərbaycanda təmsil edəcəyimi, ətrafımda bu qədər ağıllı, özünü inkişaf etdirmək istəyən insan olacağını, onların karyerasına dəstək olacağımı düşünməmişdim.

Əlaqə nömrəsi: (50) 877 16 07


Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"
Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"
Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"
Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"
Xüsusi metodlar üzrə təlimçi Şahnaz Həsənova: "Bu qədər yeniliklər əldə edə biləcəyim ağlıma gəlməzdi"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...