Anons

Bu gün, 14:58- Neftçalada vəzifə uğrunda MÜBARİZƏ — İcra başçısının məzuniyyətdən qayıtmasını gözləyirlər...

Bu gün, 12:03- Nə oldu, Makron? - AKTUAL

Bu gün, 10:54- 271 saylı məktəbdə həftəbecər dərs saatları... - DƏLİXANADIR, VALLAH...

Bu gün, 09:47- Biləcəri bələdiyyəsi belə geridə qalıb? - YOXSA...

Dünən, 19:38- Dövlət Su Ehtiyatları Agentliyi, yoxsa ŞƏBƏKƏ BİZNESİ? - Dövlət qurumunda "Dostluq birliyi"

Dünən, 19:10- İlham Əliyev 4 kəndi də qaytardı

Dünən, 16:33- 109-cu “erməni soyqırımı” oyunlarında dönüş –

Dünən, 16:06- "Bura bildiyiniz bazardır..." - GİLEY

Dünən, 15:40- Sabirabadlı fermerin balıq gölündə çalışdı, maaşını ala bilmir... - GİLEY

Dünən, 14:44- Yumurta kəskin ucuzlaşdı – Qiymətlər daha da ENƏCƏK?

Dünən, 12:55- "Xaçmaz rayon Məhkəməsinə müraciət etmişəm..." - MƏHKƏMƏDƏ İSƏ...

Dünən, 11:03- Gəncə niyə ABAD OLA BİLMİR... - Bu qədər xərc-xəsarət varsa...

Dünən, 10:27- Mikail Keskini “Ajda Baku”dan uzaqlaşdıran şəxsləri qoruyan “hüquq əli” kimindir? - Türkiyəli iş adamına qarşı QANUNSUZ ƏMƏLLƏR

Dünən, 09:48- DİREKTORU QOVUBLAR, AMMA KORRUPSİYA TAPILMAYIB... - Agentlik hüquq-mühafizə orqanlarına niyə müraciət etməyib?

Dünən, 09:25- Laçın sakini evinə sevinərək dönsə də... - AXI NİYƏ?

18-04-2024, 20:55- MİLÇƏK VƏ AĞCAQANAD SÜRÜLƏRİNİN SARAY QƏSƏBƏSİNDƏKİ “ALİMLƏR BİNASI”NA HÜCUMU

18-04-2024, 19:08- Melorasiya və Su Təsərrüfatı ASC-də "şəbəkə biznesi..."-Kamalın Zamanı

18-04-2024, 18:40- Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

18-04-2024, 16:31- Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH

18-04-2024, 15:11- Şəhid anasını qəbul etməyən icra başçısı onun Prezidentə etdiyi müraciəti əsassız çıxarmağa cəhd etdi VİDEO

Haqqımızda Əlaqə

Psixoloq Leyla İftixarlı: "Erkən edilən müdaxilə görülən işin yarısıdır"

Tarix:7-03-2023, 12:39

Psixoloq Leyla İftixarlı: "Erkən edilən müdaxilə görülən işin yarısıdır"
-Leyla xanım,psixoloq kimdir?

- Mən bu sualla tez-tez qarşılaşıram.Bu sualı verənlərə bir tərəfdən sevinirəm,bir tərəfdən isə hələdə bir qisim insanlar psixoloqun fəaliyyət prinsiplərinin nə olduğunu bilməyənləri gördükdə isə təəssüflənirəm.Sevinirəm çünki,insanlar öyrənməyə və marağlanmağa çalışır ,aydınlanma yaşayırlar.Təəssüflənirəm çünki, xarici görünüşümüzün səliqəli və baxımlı olması qədər ruhumuzun da huzurlu olması vacibdir.Əgər ruhumuz huzurlu deyilsə fiziki görünüşümüzün,qazandığımız mövqenin ,seçdiklərimiz və ya seçmədiklərimiz bizim üçün heç bir məna daşımaz.Ən az ildə 2 dəfə həkimə və s.gedirmişcəsinə psixoloqa görünmək mütləqdir. Psixoloq isə aktif dinləyərək anlamağa,empatiyası yüksək,fərqindəlik yaratmağa çalışan,problemlərin səbəblərini müəyyən edərək şərtlər daxilində pasientə ən uyğun yolun da ola biləcəyini göstərən,bunu edərkən öz inancından,dinindən,məsləhət və nəsihətindən,öz təcrübəsindən yola çıxmayaraq,pasienti qınaq obyektinə çevirmədən və s. və ən önəmlisi isə pasient-psixoloq etik prinsipləri və məxfiliyi qoruyan şəxsdir.

-Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Mən Xəzər Universitetini psixologiya fakültəsində ingilizcə təhsil almışam.(2016-2020) Bakalavr olduğum müddətdə aktif tələbəlik keçirmişəm.Daim seminarlara,könüllülük proqramlarına və s. qoşulub ixtisasım üzrə yeni biliklər almışam.”Uşaq psixologiyası” (Sinem Durusal)”Koqnitiv davranış terapiyası”(Sinem Durusal),” Ümumi psixoterapiya’,”Uşaq inkişafı”,”Erkən inkişaf problemləri və onların korreksiyası” “Qorxuların korreksiyası””CBT””Oyun terapiyas;”,”və s.təlimləri universitet və universitetdən sonrakı dönəmlərdə almışam.Halhazırda Nitq və İnkişaf mərkəzində uşaq və yeniyetmə psixoloqu olaraq fəaliyyət göstərirəm.Esmira Kazımovanın təsisçisi olduğu loqoped.az sayıtında oxucular üçün məqalələr yazıram və s.Elə bu yaxınlarda fevralın əvvəlində Esmira Kazımova ilə Biləsuvar rayonunda Mübariz İbrahimov adına məktəb-liseyi və məktəbəqədər təhsil ocağında tam ödənişsiz təlim və konsultasiyada etdik. Yəni uzun sözün qısası bu sahə elə sahədir ki ,yeniliyə açıqdır daim öyrənib və öyrətməlisən yoxsa uğur qazanmaq mümkün olmaz.

-Son zamanlarda sizə daha çox nə ilə müraciət olunur?

- Davranış pozuntusu,psixi inkişaf ləngiməsi,qorxular və özgüvənsizliklə və s.

- Bəs sizcə psixoloq psixoloqa ehtiyyac duyurmu?

- Təbii ki.Müntəzəm olaraq mən də terapiya alıram. Terapiya almadan verimli ola bilmərəm. Düşünürəm ki, bu bütün psixoloqlar üçün keçərlidir.Təsəvvür edin pasient düşüncələrinin tam çılpaqlığı ilə sizin qarşınızda olur və istər-istəməz o enerji sizə də bulaşır.Şüuraltınıza yığılır. Üstünədə sizin öz həyatınızda qazandığınız təcrübələriniz,qarşılaşdığınız insanlar və s.İşimiz gərəyi gün içində çox yüklənirəm.Təbii ki,özümə vaxt ayırıram idmana gedirəm,yeni aktiviteler öyrənirəm(tennis oynamaq,şəkil çəkmək,at capmaq və s.)Amma bunları sağlam ruhda və sağlam düşüncədə etməyi seçdiyim üçün etdiyimdən zövq almaq üçün insanın fərqindəlik qazanması mütləqdir.Mənim peşəm psixologiyadır,lakin,psixoloq olmadan əvvəl mənim də təcrübələrim,gördüklərim və ya görə bilmədiklərim var.Hər kəsdə olduğu kimi.Yeni mən princessa deyiləm əlimdə dəynəyim yoxdur (gülür).Sadəcə mən təhsilimin və iş həyatımın mənə verdiyi avantajdan yola çıxaraq məsələlərə daha tolerant yanaşıram.

-Psixi inkişaf ləngiməsində erkən diaqnostika dedikdə necə yaş nəzərdə tutulur?

- Bu individualdır.Pasient və problemə görə dəyişir.İlk fərqindəliyi isə uşaqla bilavasitə təmasda olan ana və ya ananı əvəz edən şəxs dayə və s.diqqət yetiribsə fərqinə vara bilir.Adına reaksiyasından,əl-göz koordinasiyasından və ya babıldama dönəminin gecikməsindən belə bu kimi çox nümunə çəkə bilərəm. Bunu fərqinə varıldığı ilk andan mütəxəssis qəbulunda mütləq olmaq lazımdır.Erkən müdaxilə işin yarısıdır.Reabilitasiya problemi ağırlaşmadan durdurur və müdaxilə edir.Ümumiyyətlə analar və ya ana olmağa hazırlaşan xanımların stolüstü kitablarından biri uşaq psixologiyası və ya inkişaf psixologiyası olmalıdır.Ağızdan ağıza verilən nəsihətlər hər kəs üçün keçərli olmur.

-Xarakter olaraq necə birisiniz?

- Fərqindəlik və empatiya qabiliyyəti yüksək,yardımsevər,pozitiv,hədəfləri olan və inadla onların üstünə gedən və çoxusunu əldə edən ,amma bunları edərkən yorulduğunu heç kəsin bilməsini istəməyən eyni zamanda mükəmməliyyətçi biri. Etiraf edirəm ki,mükəmməliyyətçi olmağım məni çox yorur ancaq çox da qabağa atır.

-Leyla xanım,insan bəzən həyatında baş verənlər bəzi situasiyaları idarə edə bilmir bəs sizcə həyatımızda nələr idarə oluna bilər?

- Sərhədlər,özümə və başqalarına davranışlarım,hadisələrə verəcəyim reaksiyalar,düşüncələrim və inanclarım,dost seçimim,hədəflərim,öncəliklərim,vaxtımı idarə etməyim və s.Həyatımızda nələri idarə edə biləcəyimizi düşünərək,sadəcə bunları dəyişdirməyə fokuslansaq daha hüzurlu hiss edərik.

-Oxuculara nə məsləhət görərsiniz?

- Çox şablondu, amma bu həqiqətdir.Daim öz üzərlərində işləsinlər.Daim inkişaf etmək üçün potensialı çərçivəsində hədəflər qoyub və irəliləsinlər. Heç kəsə heç kimin kariyerasını qabaqa çəkmək nə maraqlıdır, nə də borcu.Ancaq özün özünü zirvəyə qaldıra biləcək gücdəsən ,əgər özünə qarşı məsuliyyətli, dürüst və həyəcanını idarə edə bilsən və qarşına çıxan fürsətləri dəyərləndirsən zamanla sənin ən yaxşı versiyan yaranacaq. Elə an gəlir ki, artıq birbaşa hərəkətə keçməlisən bu hərəkətə keçməkdə vaxtında öyrəndiklərin,oxudugların sayəsindədir və sən “1 dəq bunu oxuyum sonra gəlim,filan təlimi alım sonra”kimi cümlələr hardasa sənə əngəl olacaq.

Əlaqə nömrəsi: (051) 633 85 57

Psixoloq Leyla İftixarlı: "Erkən edilən müdaxilə görülən işin yarısıdır"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...