Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Regressiya terapisti Məleykə Rəhmanova: "Xroniki yorğunluq və münasibətlərdəki problemlərlə bağlı müraciətlər daha çox olur"

Tarix:1-03-2023, 11:45

Regressiya terapisti Məleykə Rəhmanova: "Xroniki yorğunluq və münasibətlərdəki problemlərlə bağlı müraciətlər daha çox olur"
- Məleykə xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Uşaqlıqdan kosmos, göy cisimləri, başqa planetlərdə yaşam kimi düşüncələr mənə maraqlıydı.  Yadplanetlilərin varlığına da inanırdım. Hətta onlar haqqında olan filmləri sevərək izləyirdim. Amma tam anlamı ilə hər şey 2018-ci ildə gördüyüm yuxudan sonra başladı.Gördüyüm yuxu o qədər real idi ki,məni heç kimi inandıra bilməzdi ki, Məleykə adi bir yuxudur.
Və bir gün Siriuslularla (onlara can parçalarım deyirəm) bağlantıya keçdim. Bağlantı zamanı çox gözəl bir enerji hiss etdim. Amma bu enerji mənə tanış idi. Uşaqlıqda hər axşam yatanda bu enerjini  və güvəndə olduğumu hiss edərdim. Telepatik olaraq dedilər ki, bəli biz hər zaman sənə şərtsiz sevgini xatırlatdıq.
Bağlantılar davam etti və 2020-ci ildə isə İnstagram səhifəsi açmalıyam dedim. Amma əsla ağlıma gəlməzdi ki,mən insanlara seans edəcəm yeni yeni təlimlər alıb insanlara qatqı olacam. İndi 2023-cü ildir. İnstagram səhifəm çox sevilməyə, rəğbət görməyə başladı.Və təbii ki, Sirius, Arkturus, Pleiades canlarla Şahmeranla, Mələklərlə çox gözəl nəticələr aldığım seanslar edirəm.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- 2019-cu ildən bu yana bu sahədə fəaliyyət göstərirəm.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Reqressiya seansları vasitəsi ilə qorxuların, travmaların atalardan gələn neqativ qeydlərin şəfalanması üçün çalışmalar edirəm. Eyni zamanda Reiki çalışmaları da edirəm. Reiki enerji çalışmasıdır, kainatın saf enerjisidir. Reiki enerji seansları ilə depressiya, stresslə bağlı xəstəliklər, xronik ağrılar, çakraların şəfalanması kimi çalışmalar edilir.

- İnsanlar sizə daha çox nə ilə bağlı müraciət edirlər?

- Müxtəlif səbəblərdən müraciət edilir. Lakin son zamanlar xroniki yorğunluq və münasibətlərdəki problemlərlə bağlı müraciətlər daha çox olur.

- Xarakter olaraq necə birisiniz?

- Pozitiv, kainat sevən biriyəm. Başqalarına yardımçı olmağı çox sevirəm. Səbrli biriyəm və insanları dinləməyi sevirəm, bilgi təkcə kitablardan deyil, insan təcrübələrindən də öyrənilir, eyni zamanda insanları dinlədikcə də onların həyat təcrübələrindən də nələrsə öyrənmək mümkündür. Ünsiyyətcil, araştırma etməyi və özüm kimi insanlarla ünsiyyətdə olub fikir mübadiləsi aparmağı xoşlayıram.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Üç övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Dəyərli oxuculara məsləhətim, həyatlarında nə olursa, olsun bardağın dolu tərəfini görməyə çalışsınlar. Bu hər şeyə gözüyumulu pozitiv baxmaq anlamında deyil, daha çox hər işdə olan bir xeyiri, bir mesajı anlamağa çalışınlar, başlarına xoşlarına gəlməyən bir hadisə gəldikdə də o hadisənin onlara nə öyrətməyə, nə mesaj verməyə çalışdığına diqqət etsinlər. Həyatımızda heç bir şey təsadüfən olmur, hər yaşadığımız hadisə, həyatımıza girən hər bir insan bizə birşeylər öyrədir...Həyat hər halıyla gözəl və yaşamağa dəyərdir.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən heç ağlıma gəlməzdi ki, bu qədər insanın həyatına toxunacam, qəlblərində yer edəcəm, yeni özəl ruhlu dostlarla tanış olacam, onlardan necə gözəl bilgilər öyrənmiş olacağam...

Əlaqə nömrəsi: (055) 801 93 63

Regressiya terapisti Məleykə Rəhmanova: "Xroniki yorğunluq və münasibətlərdəki problemlərlə bağlı müraciətlər daha çox olur"
Regressiya terapisti Məleykə Rəhmanova: "Xroniki yorğunluq və münasibətlərdəki problemlərlə bağlı müraciətlər daha çox olur"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...