Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Enerji Kouch Sevinc Arık Ahmedova: "Güvənsizliyə və sevgisizliyə "yox" deyirəm"

Tarix:22-02-2023, 11:19

Enerji Kouch Sevinc Arık Ahmedova: "Güvənsizliyə və sevgisizliyə "yox" deyirəm"

- Sevinc xanım, necə oldu ki, bu sahəyə gəldiniz?

- Mən uzun illər başqa sahədə çalışmışam və işimlə əlaqədar olaraq çox insanlarla ünsiyyətdə olurdum. Biz millət olaraq dərdləşməyi sevən millətik. Və müştərilərlə həmsöhbət olduqda, onlardan hər zaman "Sevinc xanım, çox pozitiv enerjiniz var, sizinlə söhbət insana çox yaxşı təsir edir" kimi sözlər eşidirdim. Hətta bəzən deyirdilər ki, enerjiniz o qədər gözəldir ki, kiçik bir söhbətdən sonra belə insan rahatlayır. Bütün bunların fonunda, sırf bu yöndə, insanlara daha çox xeyir vermək üçün işlər görməyə, öyrənməyə başladım. Və beləcə Bioenerji sahəsinə yönəlməli oldum.

- Necə ildir ki, bu sahədəsiniz?

- Artıq 5 ildir ki, bu sahədə fəaliyyət göstərirəm. İşimdən çox razıyam və işimi çox sevirəm. Bu sahədə seanslar verməklə bərabər eyni zamanda təlimlər də verirəm. Yeni tələblər hazırlamaqdan da zövq alıram.

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Hal-hazırda fəaliyyət göstərdiyim sahədə Bioenerji, Access Bars və Şüuraltı meditasiya ilə insanlara faydalı olmağa çalışıram. Bu yönlərdə həm seanslar, eyni zamanda isə təlimlər verirəm. Fəaliyyətimi bu yönlərdə davam etdirirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Bu sahədə daha çox qarşılaşdığım və aldığım müraciətlər adətən insanların özgüvən problemləri ilə bağlı olur. Eyni zamanda yoxsulluq qorxusu, kasıblıq qorxusu ilə də müraciət edənlər çox olur. Və bir də qeyd etmək istərdim qıtlıq inancında olanları. İnsanlar qeyd edirlər ki, nə qədər işləsək də, qazansaq da, heç bir vəchlə qıtlıqdan xilas ola bilmirik. Mənim işim isə bu insanlara yardım etməkdir.

- Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?

- Mütəxəssis olaraq yox dediyim əsas məqamlar güvənsizlik və sevgisizlikdir. Bir də bunlarla paralel şəkildə özünü biruzə verən şəfqətsizlik. İnsanlar bu kimi şeylərdən çox uzaq qalırlar. Və biz də elə bu problemlərlə daha çox işləməli oluruq.

- Xarakter olaraq necə birisiniz?

- Xarakter olaraq dayanmağı sevməyən biriyəm. Bəzən bunu bürcümlə əlaqələndirirlər. Amma həqiqətən dayanmağı sevən insan deyiləm. Monotonluğu, eyniliyi də sevmirəm. Dəyişiklikləri sevən və bir az da hər şeydən tez sıxılan insanam. Ara-sıra da şeir yazmağı sevirəm. Özümlə baş-başa qalaraq.

- Ailəlisinizmi?

- İki övlad (bir oğlan, bir qız) anasıyam.

- Oxuculara nə məsləhət görürsünüz?

- Oxucularımıza ən əsas tövsiyəm odur ki, özlərini sevsinlər. Özlərinə dəyər versinlər. Nəzərə alsaq ki, ətrafın bizə olan münasibəti bizim özümüzə qarşı olan münasibətimizdən asılıdır, ilk növbədə görülməli iş özümüzə dəyər verməkdir.
Bir də qeyd etmək istərdim ki, bu dünyada mümkün olmayacaq heç nə yoxdur. Yetər ki, istəməyi bilsinlər. Önəmli məqam odur ki, insan şüuraltı çox güclü bir mexanizmdir. Sadəcə olaraq öz üzərində işləyib bundan faydalanmaq lazımdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Doğrusu bu sahəyə gəldiyim zaman düşünə bilməzdim ki, zamanı gələcək böyük bir insan kütləsi qarşısında fəaliyyət göstərəcək, çıxışlar edəcəyəm. Bu işi seçdiyim üçün və bu yerlərə qədər gəlib, insanların qəlbinə gözəl şəkildə toxuna bildiyim üçün çox xoşbəxt oluram. Onların şifalanmasında yardımçı olmaq da mənim üçün çox böyük zövqdür.

Əlaqə nömrəsi: (055) 348 70 79


Enerji Kouch Sevinc Arık Ahmedova: "Güvənsizliyə və sevgisizliyə "yox" deyirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...