Anons

Bu gün, 16:29- Göytəpə meşəsində "soyqırım": 20 gündə minlərlə ağac kəsilib - BU NƏDİ BELƏ?!

Bu gün, 15:57- Aydın Talıbovun rəhbərlik etdiyi holdinqə daxil olan şirkət cərimələnir

Bu gün, 14:34- “Axırıncı dəfə maşını 60 il qabaq sürmüşəm, nə cərimə?” – Ramiz Mehdiyev

Bu gün, 14:02- Xaçmaz rayon icra şöbəsinin məmurundan ÖZBAŞINALIQ! - Nazirə müraciə olundu

Bu gün, 13:19- BŞİH-də Anar Qalayevin də fəaliyyəti müzakirəyə çıxarılsın -Eldar Əzizova təklif

Bu gün, 12:48- Şəki Uşaq İncəsənət Məktəbinin direktorunda topdağıtmaz sərvət haradandır? –Adil Kərimlinin menyusuna

Bu gün, 12:05- Məhkum Ədliyyə Nazirini “zon”a dəvət etdi – ŞOK səs yazısı

Bu gün, 11:24- Sahil Babayevin DOST TV-si nazirin MƏTBU ÇƏTİRİ rolunda... - İDDİA

Bu gün, 10:55- Vətəndaşa kələk gələn “Access Bank” özü qurban gedir – İFLAS

Bu gün, 10:14- Səhiyyə Nazirliyi İTTİHAM OLUNUR - "Nə zamana kimi belə addımlarınız olacaq?"

Bu gün, 09:24- “Mənə vəzifəli şəxsin köməyi ilə 185 min dollar ziyan vurub”

Bu gün, 09:00- “Tariyel Əkbərov deyir ki, nazirlikdən bizə heç nə göndərmirlər” - NARAZILIQ VAR...

Dünən, 22:52- Bu gecə ilk Qədr gecəsidir

Dünən, 22:11- İrəvan Rusiya ilə münasibətləri qəsdən pozur - Moskvadan xəbərdarlıq

Dünən, 21:44- Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

Dünən, 21:25- Sabirabadda dəhşətli "təmizlik" aksiyası - vətəndaş müraciəti

Dünən, 19:03- Papanın səhhəti yaxşılaşıb

Dünən, 18:40- Putin seçki üçün 317 milyon pul xərcləyib

Dünən, 18:17- Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...

Dünən, 17:05- Gəncə şəhər Şəhidlər Xiyabanı zibil içindədir - VİDEOFAKT

Haqqımızda Əlaqə

Klinik diyetoloq Nəzrin Kərimli: "Ruhu doymayanın, mədəsi doymaz"

Tarix:21-02-2023, 11:26

Klinik diyetoloq Nəzrin Kərimli: "Ruhu doymayanın, mədəsi doymaz"
- Nəzrin xanım, necə oldu ki, diyatologiyanı seçdiniz, özü də klinik tərəfini ?

- 12 il öncə bir çox onkoloji xəstələr kimi mən də o xəstəliyə yaxalandım. Bu arada bunu da vurğulayım ki, ilk təhsilim Uşaq Psixologiyasıdır. Xəstəliyimə qədər də diyatologiyaya marağım var idi , ancaq xəstəliyə tutulduqdan sonra qəti qərara gəldim ki, diyetoloji təhsil alım və başqalarına da kömək olum. Çətin oldu , amma oldu. İlk öncə Academy Of Nutrition , Dietetics and Obesity Revention təlimlərinə qoşuldum , daha sonra Türkiyə Arel Universtesi - Diyetisyenlik bölümü , daha sonra Cocuq beslenmesi , sporcu beslenmesi , Hamiləlik qidlanma, Fitoterapi egitimi , Holistik (bütüncül ) Diyetisyenlik , Funksional Tip və s. sahələr üzrə bilgiləndim. Başım o qədər yeniliklərə qarışdı ki, "xəstələrə qidalarla necə yardım edə bilərəm " fikriylə bir də baxdım ki, xəstəlik məndən uzaqlaşıb. Bir də bunu vurğulayım, təcrübələrimi öz üzərimdə etdim və nətəcəsi, məncə yaxşıdır.

- Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

- Artıq beş ildir ki, Mingeçevir Şəhər Ramiz Klinikasında Klinik Diyetoloq vəzifəsində çalışıram.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Diyetoloq " dedikdə bir çox insanların ağlına artıq çəkidən əziyyət çəkənlərə və ya əksi çəki azlığından əziyyət çəkənlərə yardımçı olan şəxs gəlir , ancaq bu, tək belə deyil . Diyetoloq - insanlara gözəl bədən quruluşuna sahib olmaqla yanaşı, saglam həyat tərzinə, parlaq və gözəl görünüşə, ən əsası sağlam orqanizmə, vücudumuzun yenilənməsinə kömək edəndir! Sənin daxili orqanlarını cavanlaşdıran və müalicə edəndir. Hər bir normadan kök və ya arıq insan xəstə sayılır, çunki vücudun sağlam olması tam da qidadan başlayır. ,Dietoloq daha gözəl qidalanma alışqanlığı yaradandır. Həm də kökəlmənin və ya cəkisizliyin səbibini tapıb, müalicəni ordan başlamalır! Yuxarıda sadladığım işlərin hər birini Allahın da köməkliyi ilə edirəm .

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Əslində tibbin bütün sahələri Diyatologiyayla bağlıdır. Endokrinologiya, Onkologiya Ginokologiya, Dermotologiya və s. Yəni bir çox bu kimi xəstəlikdən əziyyət çəkənlər də mütləq Klinik Diyetoloqla kantakda olmalıdır , amma əfsuslar olsun ki, insanlar hələ bir o qədər mariflənməyib . Buna görə də bir çox hallarda mənə çəki atmaq və ya almaq üçün müraciət edirlər .

- Bir həkim olaraq nəyə "yox", deyirsiniz?

- Ən başda xəstəlik insanlarda özünü büruzə verdikdə , mütəxəssisə gec müraciət edilməsi və bir də yerli-yersiz dərman qəbulu, həkimlərimiz daha çox dərman önərisinə mən həqiqətən ürəkdən "yox " deyirəm!

- Xarakter olaraq necə birisiniz?

- Bir az basqınam , əslində hər şeyin bir sahibi olduğunu bildiyim halda bir az sahiblənənəm, bir az kövrək, iradəsi möhkəm, nəfsinə qalib gələn və nəfsinə sahib çıxan insaları da çox sevirəm. Daha çoxunu məni tanıyanlar və uzun müddət kontakda olduğum xəstələrim , bərabər çalışdığımız insanlar bilər .

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. İki övladım var.

- Oxuculara nə məsləhət görürsünüz?

- Sağlığımız qidalardan gəlir. Bunu unutmayaq! Əgər sağlam olmaq, sağlam yaşamaq həyatımızın dadını çıxarmaq istəyiriksə, yediyimizə, içdiyimizə mütləq nəzər yetirməliyik. Müasir dövürdə yayılan xərçəng və onun cürbəcür növləri olduğunu hər birimiz bilirik. Ən çox yayılan Döş xərçəngi olan 22 qadın üzərində gündəlik 5 mq yod test edilǝrǝk döşdəki xərçəng toxumalarının böyüməsinin dayandığı, kanser hüceyrələrinin azaldığı və estrogen təsirinin ortadan qalxdığı görülmüşdür. Yeməklərdə və masada istifadə duzu yodlu duzla dəyişdirmək gündəlik olaraq almanız lazım olan iyodu çox təmin edəcək. Tərəvəzlər: İspanaq, soya paxlası, şalğam, pazı, balqabaq, quru paxla və sarımsaq kimi tərəvəzlərin yod nisbəti yüksəkdir. Bu tərəvəzləri eyni zamanda vitamin qaynağı və antioksidan olaraq istehlak edə bilərsiniz.
Meyvələr, ümumiyyətlə, yaxşı bir yod qaynağı deyil və yalnız bir neçə meyvədə yod vardır. Bu meyvələr arasında İştirak edən çiyələk aşağı kalorili olması və məzmunundakı minerallar ilə sağlam bir bəslənmə proqramına əlavə oluna bilər. 6-7 ədəd çiyələk gündəlik yod ehtiyacının təxminən 8%ini təmin edər.
Qatıq, süd və pendir: süd və süd məhsullari yod baxımından zəngindir. Bir kasa qatıq gündəlik yod ehtiyacının təxminən 60%ını, 1 stəkan süd 40%-ni, 1 yumurta 20%-ni qarşılayır. (Amma laktoza görə ehtiyatlı olaq) .Dəniz məhsulları: Balıqlar (xüsusilə duzlu su balıqları) yod baxımından olduqca zəngindir və yod qaynağı olaraq istehlak edilə bilər. Yüksək yod faizi olan yodlu balıqlar arasında ilk sıralarda ton balığı, vitinq, soyuq su və dərin
dəniz balıqları gəlməkdədir. Krevet və digər qabıqlı dəniz canlıları da yod çatışmazlığının qarşısını almaq üçün istifadə edilə bilər. Bir azda Magneziumdan mariflənək , Magnezium çatışmazlığı orqanizmdə bir çox fizioloji, psixoloji və bioloji xəstəliklərə səbəb ola bilər. Əbəs yerə uzun ömürlü mineral deyil. Orqanizmdə qarışmadığı və iştirak etmədiyi heç bir kimyəvi hadisə yoxdur! Kişilərdə prostat xərçəngi, yaşından tez aşagi libido, PMS (aybasi öncesi gerginlik) və s.... Ancaq özbaşına, həkim nəzarəti olmadan qəbul edilməsi , bütün vitamin və menirallarda qəti olmaz! (İndi dəb olub, hər başı çıxan - çıxmayan, "mən firmada işləyirəm" deyib, qida əlavələri insanlara satmağa çalışır). Bir də bunu vurğulayım ki , ruhu doymayanın , mədəsi doymaz.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Ağlıma gəlməzdi ki , mən bu qədər çətinliyə dözümlüyəm , səbrliyəm və ən başda məqsədyönlü bir insan imişəm.

İnstaqram : dietoloq_nezrin_keriml
Facebook : dietoloq_nezrin_kerimli
Tel+ 994505777801

Klinik diyetoloq Nəzrin Kərimli: "Ruhu doymayanın, mədəsi doymaz"
Klinik diyetoloq Nəzrin Kərimli: "Ruhu doymayanın, mədəsi doymaz"
Klinik diyetoloq Nəzrin Kərimli: "Ruhu doymayanın, mədəsi doymaz"
Klinik diyetoloq Nəzrin Kərimli: "Ruhu doymayanın, mədəsi doymaz"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...