Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Defektoloq-loqoped Esmira Kazımova: "Məsuliyyətsizliyə və hiperqəyyumluğa "yox" deyirəm"

Tarix:17-02-2023, 18:01

Defektoloq-loqoped Esmira Kazımova: "Məsuliyyətsizliyə və hiperqəyyumluğa "yox" deyirəm"

- Esmira xanım, necə oldu ki, həkim oldunuz?

- Mən həkim deyiləm. Ümumiyyətlə Azərbaycanda Tibb Universitetində defektologiya-loqopediya bölməsi yoxdur və heç vaxtda olmayıb.Düzü bu sualınızı çox eşitmişəm və heç vaxtda təəcüblənmirəm. Azərbaycanda təəsüf ki, bəzi loqopedlər ağ xalat geyinərək gözdən pərdə asmağa çalışırlar. Əlbəttə düzgün fikir deyil və ailələri bu üzrə çaşdırmaq olmaz. Loqoped loqopedik diaqnoz qoyarkən uşağın anamnezindən  tibbi məlumatları rəhbər tutan  pedaqoqdur. Bu, nevropatoloq, otorinolarinqoloq, ortodontist, eləcə də uşaq psixoloqu kimi ixtisasların həkimləri ilə sıx əməkdaşlıq edən mütəxəssisdir. Pozuntuların dəqiq səbəbi, əlbəttə ki, həkim tərəfindən müəyyən edilir. Loqoped  (yunanca logos - nitq və paydea - tərbiyə) böyüklər və uşaqlarda nitq pozuntularını korreksiya edən mütəxəssisdir.
Düzü, Avropa ölkələrində bizim fakultə tibb sahəsinə daxildir. Post Sovet ölkələrində isə təhsil.Azərbaycanın təhsil-səhiyyə sahəsi  hələ də bu sahə üzrə tam qərarını verməyib.
Qaldı ki necə qərara gəldim sualına. Dövlət imtahanı verərkən balım defektologiya bölməsinə düşdü. Bilirsiniz Azərbaycanda yığdığımız ballar gənclərin gələcəyini həll edir.

- Artıq neçə ildir ki, bu sahədəsiniz?

- 2005- ci ildən etibarən çalışıram. Artıq on səkkiz ildir.

- Hal-hazırda harada çalışırsınız?

- 11 saylı xüsusi məktəbdə loqopedem. Eyni zamanda, "Nitq" inkişaf mərkəzinin rəhbəri, "Autizm" qəzetinin redaktoru və loqoped.az saytının təsisçisiyəm.

- Öz sahəniz üzrə hansı işləri görürsünüz?

- Saymaqla bitməz... (gülür)
✓ Azərbaycanda ilk loqopedik mərkəzin təsisçilərindən biri oldum.2009 cu il
✓ Azərbaycanda ilk autizm ictimai birliyin təsisçilərindən biri oldum.2011 ci il
✓ Azərbaycanda ilk autizm.az və ilk loqopedik saytın  loqoped.az təsisçisi oldum.
✓ Azərbaycanda ilk Loqopedlər formunun təsisçilərindən biri oldum. 2014
✓ Azərbaycanı bu sahədə müxtəlif ölkələrin elmi konfranslarında təmsil etmişəm (Rusiya,Türkiyə,Qazaxıstan və s)
✓ Azərbaycanda ilk Disleksiya mütəxəsisi kimi disleksiyaya aid konfranslarda Azərbaycanı təmsil etdim.
✓ 30-a yaxın müxtəlif xarici ölkələrin elmi-praktik konfranslarında çıxan kitablarında məqalələrim dərc olundu.
✓ Türkiyədə ilk loqopedik kitabı işıq üzü görən loqoped oldum (2015)
✓ Azərbaycanda ilk autizm əl kitabçası və Daun sindromu və nitq kitabının müəllifi oldum və s.  Yəni o qədər var ki...

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Nitq inkişaf ləngiməsi və psixi nitq inkişaf ləngimə problem ilə

- Bir mütəxəssis olaraq nəyə "yox", deyirsiniz?

- Məsuliyyətsizliyə, zaman düzəldər fikirlərinə, ayrı seçkiliyə, hiperqəyyumluğa "yox" deyirəm.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm.

- Oxuculara nə məsləhət görürsünüz?

- Məsuliyyətli olun. Necə ki uşağınızı aralıqlı həkimlərə aparırsınız elə də inkişafı üçün loqopedə aparın. Ən azından ildə bir dəfə yoxlanışdan keçirin. Xüsusi olaraq da qeyd etmək istərdim ki, hər bir uşaq 2 yaşa qədər bir dəfə də olsun loqoped yoxlanışında olmalıdır.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki, arzu etdiklərimin və məqsədlərimin çoxunu edərəm. Həmçinin impreator İbrahim Tatlısəsin yenidən səhnəyə çıxmasında köməyim olar.

Əlaqə nömrəsi: (055) 903 38 16

Loqoped.az

Defektoloq-loqoped Esmira Kazımova: "Məsuliyyətsizliyə və hiperqəyyumluğa "yox" deyirəm"
Defektoloq-loqoped Esmira Kazımova: "Məsuliyyətsizliyə və hiperqəyyumluğa "yox" deyirəm"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...