Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Kardioloq Aytən Yüzbaşıyeva: "Vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"

Tarix:20-02-2023, 13:27

Kardioloq Aytən Yüzbaşıyeva: "Vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"
- Aytən xanım, necə oldu ki, həkim oldunuz?

- Həkimliyə marağım lap uşaq yaşlarımdan olub. Şükür ki, istəyimə nail oldum. 2003-cü ildə universitetə daxil oldum. 2010-cu ildə bitirdim. 2010-2011-ci illərdə internatura təhsili aldım. 2108-ci ildə isə sertifikasiyadan keçərək fəaliyyətə başladım.

- Necə ildir ki, bu sahədəsiniz?

- Artıq altı ildir ki, kardioloq olaraq fəaliyyət göstərirəm

- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?

- Ürəyin işemik xəstəlikləri, miokard infarktı, infarktdan qabaq vəziyyətin, anadangəlmə və qazanılmış ürək qüsurlarının, həmçinin arterial hipertoniyanın, kardiomiopatiyaların, aritmiyaların müayinə və müalicəsi ilə məşğul oluram.EKQ, ExoKQ, Tredmil test və Holter monitirinq müayinələrini icra edirəm.

- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

- Daha çox hipertoniya (arterial təzyiqin yüksəlməsi), ürək qapaq xəstəlikləri, aritmiyalar və s. problemlərlə daha çox müraciətlər olur.

- Bu xəstəliklərin fonunda nə dayanır?

- Aktiv  olmayan həyat tərzi, düzgün qidalanmamaq, rejimsizlik,psixoemosional gərginliklər, infeksion xəstəliklər, zərərli vərdişlər, qan dəyərindəki dəyişikliklər və s. ürək-damar xəstəliklərinin yaranmasına gətirib çıxardır.

- İş prinsipiniz nədən ibarətdir?

- Həkim kimi insanlara kömək etmək, faydalı olmaq, onları düzgün yönləndirmək ən əsas iş prinsipimdir. Bir də ki, düzgün diaqnoz qoyub, vaxtında müalicə etmək çox vacibdir. Çünki vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir.

- Bir həkim olaraq nəyə "yox" deyirsiniz?

- Sahəmə aid olmayan təqdirdə pasientə müalicə təyin etmək və ona düzgün müalicə almaq üçün doğru ünvana yönləndirməmək iş prinsipimə ziddir.

-Xarakter olaraq necə birisiniz?

-Düşünürəm ki, yardımlaşmağı və paylaşmağı sevən biriyəm. Digər xüsusiyyətlərimi ətrafımda, həyatımda olan insanlar daha doğru nəql edər, məncə.

- Ailəlisinizmi?

- Bəli, ailəliyəm. Bir övladım var.

- Mən bu işi seçərkən ağlıma gəlməzdi ki….?

-Toxuna bildiyim ürəklərə az da olsa şəfa bəxş edə bilməyimin mənə geri dönüş olaraq bu qədər hüzur verə biləcəyini təsəvvür etmirdim.

- Oxuculara nə məsləhət görürsünüz?

- Aktiv həyat tərzi keçirtməyə meyilli olsunlar, ziyanlı vərdişlərdən (spirtli içki, siqaret, enerji ickiləri və s.) uzaq dursunlar.  Sağlamlıqlarına laqeyid yanaşmasınlar.İldə ən azı bir və ya iki dəfə kardioloji müayinələrdən keçsinlər.

Əlaqə nömrəsi: (055) 877 64 07

İnstagram: dr.ayten_yuzbasova

Mail: [email protected]


Kardioloq Aytən Yüzbaşıyeva: "Vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"
Kardioloq Aytən Yüzbaşıyeva: "Vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"
Kardioloq Aytən Yüzbaşıyeva: "Vaxtında olunan müayinə və müalicə gələcəkdə yarana biləcək fəsadların qarşısının alınması deməkdir"скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...