Anons

Dünən, 15:12- Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyuldu

Dünən, 14:48- Prezident və xanımı “Ağalı” hotelinin açılışında iştirak edib

Dünən, 14:07- Rusiya və əsas tərəfdaşı nə ilə barışmayacaq?

Dünən, 13:46- Xaricdə Təhsil Sərgisi keçiriləcək - 50-dən çox ən reytinqli universitet

Dünən, 12:56- ƏƏSMN-in aparat rəhbəri Fuad Musayev bu ilin “korrupsiya planının” üçqat doldurulduğunu bildirir

Dünən, 11:54- Qarabağ Qazisi ilginc FAKTLARI AÇIQLADI - "Pensiyaçıların pulunu-malını yeyən məmurların..."

Dünən, 09:35- Regionlarda şagird sayı problemi... - NİYƏ AZALIR?

Dünən, 09:00- Sabunçuda nə qanun var... nə qayda... - NƏ ETMƏLİ?

17-05-2024, 19:37- Ərdoğan: Qara dəniz taxıl təşəbbüsü Afrikada aclığın qarşısını alıb

17-05-2024, 18:57- Cavid Qurbanovun oğlu deputat olacaq? - Belə deyirlər...

17-05-2024, 18:26- Yasamalda daha bir ÖZBAŞINALIQ - İŞƏ POLİS QARIŞDI

17-05-2024, 17:45- Şərurlu İsfəndiyar Saxlanıldı – Təfərrüat

17-05-2024, 17:07- Həbs xəbəri yayılan oliqarx İsmayılovun gəlininin vəkili danışdı - ŞOK AÇIQLAMA

17-05-2024, 13:59- “The-daily” Anar Əlizadəni Rusiya ilə işbirliyində ittiham edir

17-05-2024, 12:59- ZİRƏ ZİBİLİN İÇİNDƏ BOĞULUR... - ACINACAQLI MƏNZƏRƏ...

17-05-2024, 11:55- `OLİVİA` kosmetika mağazası BELƏ ALVER EDİR? - BU NƏDİ BELƏ?!

17-05-2024, 11:17- Eşqi Bağırov nə işlə məşğuldur? - NARAZILIQ VAR...

17-05-2024, 09:54- YAYIN VƏD ETDIYI TƏHLÜKƏ — VAXTI KEÇMIŞ “İCELAND” DONDURMALARI SATIŞDA

17-05-2024, 09:22- İdman Akademiyasında “akademik korrupsiya”... - rektor yeyinti ixtisasıni necə icra edir?

16-05-2024, 23:15- Elsevər Abbasov: “Qalib Təhməzov hədə-qorxu gəlir ki, mənə heç kim heç nə edə bilməz, arxam var”

Haqqımızda Əlaqə

Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva artıq çəkidən danışdı

Tarix:23-01-2023, 14:35

Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva artıq çəkidən danışdı
- Lalə xanım, artıq çəki və piylənmə nədən yaranır?

- Alimentar, yəni ilkin piylənmənin səbəbi – davamlı müsbət enerji balansının yaranmasındadı, sərf ediləndən daha çox kalori qəbulu çəki artımına gətirib çıxarır.
Qeyri-sağlam həyat tərzi, fast food, həddindən artıq qida qəbulu, yuxu çatışmazlığı, stress, depressiya, fiziki fəaliyyətin azalması və hipodinamiya (hərəkətsiz həyat tərzi) kökəlməyə səbəb olur və bu da öz növbəsində endokrin sistemin pozulmasına səbəb olan metabolik reaksiyalar zəncirinə təsir göstərir. Əlbəttə ki, çəki artımı altdayatan xəstəliklərdə verə bilər-məsələn, qalxanabənzər vəz xəstəliyi-hipotireoz (el arası təmbəl zob kimi bilinən), Kuşing xəstəliyi, polikistik yumurtalıqlar sindromu, mədəaltı vəzinin sulin ifraz edən xoşxassəli şişi-insulinoma, kəllə-beyin zədələrindən sonra hipotalamo-hipofizar sistemində dəyişikliklər (adipozogenetal distrofiya), Pikvik sindromu və nadir hallarda rast gəlinən genetik patologiya əsasında yaranan sindromlar. İrsi meylilik də, sözsüz, vacib bir rol oynayır.

-Daha çox hansı yaş qrupuna aid insanlarda müşahidə edilir?

- Sözsüz ki, pasientlərimin çoxusu orta və yuxarı yaşda olanlardır, lakin indiki dövürdə uşaqlarda da piylənmə tez-tez rast gəlinir və əksəriyyəti olaraq alimentardı, adətən ibtidai siniflərindən sonra çəki artımı hərəkətsizlikdən və qeyri-sağlam qidalanmadan yaranır. Kişilərdə adətən artıq çəki daha çox qarın nahiyəsində-mərkəzi və ya abdominal (alma şəklində) tipli piylənmə, qadınlarda isə ginoid və ya periferik (armudvari) tipli-bud bölgəsində yağ yığılması izlənilir. Fərqli kökəlmə tipləri hormonal dəyişikliklərindən asılıdır- cinsi, qalxanabənzər, mədəaltı və böyrəküstü vəz hormonların səviyyəsindən xüsusi bölgələrdə çəki artımı izlənilir. Bundan əlavə, qadınlarda klimakterik menopauzadan sonra daha sürətli çəki artımı izlənilir.

- Müalicəsi necə aparılır?

- İlkin olaraq demək istiyərdim ki, piylənmənin özü rəsmi bir diaqnozdur və xəstəlik hesab olunur. Müalicənin istiqamətini bizə altdayatan xəstəliklər göstərir və əgər onlar varsa, ilk növbədə hormonal balansını normallaşdıraraq bu amilin təsirini aradan qaldırırıq. Piylənmənin müalicəsində bizə kömək edən dərman vasitələr var, parallel olaraq qida məhdudiyyətləri olmalıdır və fiziki aktivliyin artırmasında tövsiyyələr verilir.

- Son zamanlar mədə kiçiltmə əməliyyatları dəbə düşüb, sizcə əməliyyatsız böyük bir çəkidən, məsələn, 3 dərəcə morbid piylənməsi və yuxarı olanlar əməliyyatsız normal çəkiyə qayıda bilərlərmi?

- Bildiyiniz kimi bariatrik əməliyyat ömürlük zəmanət vermir və əgər əməliyyatdan sonrakı dövürdə xəstə köhnə yemək vərdişlərinə qayıdırsa, yənidən çəki ala bilər, çünki mədə əzələ orqanıdır və həddindən artıq qida qəbulu ilə gənişlənə bilər. Bu əməliyyatlar yüksək kilolu (BKİ>40-dan yuxarı) xəstələr üçün nəzərdə tutulub və mədə kiçiltmə demək olar ki, bu xəstələri yenidən kiçik porsiyalarla qidalanmağa öyrədir. Əlbəttə ki, həmin effekti az yeməklə ala bilərsiniz və mənim praktikamda çoxsaylı uğurlu nəticələr var!
İnsan böyük gücə malikdir, lakin ehtiyat və resurslarından nadir hallarda istifadə edir, təmbəllik edir, həmişə tez üsul və asan yol axtarır. Bariatrik əməliyyat olunan pasientlərlə uzun müddət işləmişəm və hər dəfə özümə sual verirdik ki, niyə bu xəstələr çəki artımının ilkin mərhələlərində heç nə etmirlər?
Əvvəlcə problemi nəzərə almırlar və kökəlməyin onlara zərər verə biləcəyini etiraf etmək istəmirlər, sonra düşünürlər ki, şəbəkələrdə populyar olan qisa müddətli oruc tutmaqla hər şey düzələr.
Tez-tez müxtəlif pəhrizləri başlayıb-pozurlar, metabolizm (maddələr mübadiləsi) yavaşlayır və pəhriz bitdikdə isə çəki təkrar qayıdır (bəzən əvvəlkindən daha da çox), özünə qarşı təəssüf hissi inkişaf edir, psixoloji durumları gərginləşir, stress artır və bu öz növbəsində həddindən artıq yeməklə nəticələnir. Bu qısır dairədə uzun vaxt qapalı qalırlar. Çoxusu yalnız həyatın gündəlik fəaliyyəti zamanı adi ritmində məhdudiyyətlərlər yaşadıqda və müxtəlif xəstəliklər yarandıqda bu çəki problemlərinə son qoymağa qərar verir və həkimlərə üz tutur.
Mən öz pasientlərimi idarə edərək, onlara gündəlik həyatda düzgün seçim etməyi öyrədirəm. Pasient tərəfindən könüllü olaraq, öz iradəsi ilə arıqlama məqsədi qoyulubsa, həkiminin bütün göstəriş və tövsiyyələrinə əməl edirsə, nəticəsi mütləq olacaq! İlkin nəticələr isə motivasiya və özgüvən yaradır, stimullaşdırır. Bu hissi əməliyyat sizə heç vaxt verməz, arıqlamaq üçün uzun və çətin bir yol keçdikdən sonra nəticəsinin dəyərini anlayan pasientlər, öz çəkini davamlı olaraq normada saxlamağa çalışırlar, sərf olunan zəhmətə görə bu prosesə daha ciddi yanaşırlar.

- Gəlin, arıqlama miflərindəndə söz açaq...

- Qısa müddətli monopəhrizlər, tibbi təhsili olmayan insanlar tərəfindən yaradılan marafonlar, yorucu detokslar, sidikqovucu və laksatif təsir göstərən arıqladıcı çaylar, tərkibi naməlum olan və dərman vasitəsi sayılmayan həblər, 18-00 -dan sonra yeməmək effektiv deyil! Lipolitik iynələr və liposaksiya bədənin müəyyən hissələrində məhdud yağ kütləsində azalma verir və qısa təsirlidi. Arıqlama həyat tərzinə çevirlməlidir, iradə gücü və gündəlik nizam-intizam tələb edir.
Sümüyüm ağırdır, vaxt tapa bilmirəm, dietik qidalanma bahalıdır, idmana getmək imkanım yoxdur -yalnız bəhanələrdir. Sizin sağlamlığınız yalnız sizin əlinizdədir, çünki sizdən başqa ağzınıza qoyduğunuz yeməkləri heç kim idarə edə bilməz. Uşaqlarda isə çəki problemlərini nəzərə alsaq, qidalanmaları valideyinlərin məsulliyyətindən, nəzarətdən və ailədə olan qida vərdişlərdən asılıdır.

- Bəs artıq çəkinin fəsadları nələr ola bilər?

- Artıq çəki və piylənmə CVD (ürəyin koronar xəstəlikləri, miokard infarktı), vuruş arterial hipertenziya, yağ metabolizmasının pozulması, ateroskleroz, flebitə, venöz çatışmazlığına, staza, qaraciyər piylənməsin və qaraciyərin funksional pozğunluğuna, yuxu apneası, artropatiya, osteoporoz, böyrək çatışmazlığına, sonsuzluğa, korluğa, ətrafların amputasiyalarına-əlilliyə səbəb ola bilir, ölüm və onkoloji risklərini də artırır. Bundan əlavə, artıq çəki və piylənmə nəticədə şəkərə meylilik və şəkərli diabet yarana bilər, o da öz növbəsində xroniki və ağır fasadlarla keçən xəstəlikdir.

- Lalə xanım, çəki atmaq istəyənlərə hansı tövsiyyələr verə bilərsiniz?

- İlk növbədə, həkimlərə vaxtında müraciət edin, peşakar endokrinoloq-dietoloq sizə bu işdə kömək edə bilər və qısa bir zamanda gözlə görünən nəticə əldə edə bilərsiniz.
Ümumi tövsiyyələr: həyat və pəhriz vərdişlərinizi dəyişməlisiniz, yuxu rejimini qaydaya salın, stresslərdən uzaq durun, yaxınlarınızdan dəstək istəyin. Oturaq həyat tərzi aparırsınızsa-məşq edin, gündəlik 10.000 addım, həftədə 3-4 dəfə 30-40 dəqiqe ərzində sürətli yürüş edin. Qidalanmada məhdudiyyətlər ondan ibarətdir ki sadə karbohidratlardan - şirniyyat, şirin içkilər, fastfood, un məhsulları və yağlı qidalardan imtina-buxarda, qrilldə bişmiş ət (toyuq,mal,balıq), sıyığlar-qarabaşaq, bulqur və çiy tərəvəzlər olmalıdır.
Daha sıx nəzarət üçün qida gündəliyini, kaloraj  və karbohidrat/yağ/zülal  hesablamalarını apara bilərsiniz .Tək çəkiyə yox, bədən ölçülərinə də fikir verin: həftədə 1 dəfə göbəkətrafı və çanaq (sm) ölçülərini qeyd edin.
Real məqsədlər qoyun və unutmayın ki, məqsədə doğru irəliləyiş kiçik gündəlik düzgün addımlardan ibarətdir.

Həkimlə Əlaqə :
Mobil: +994505053277(+ WhatsApp)
Instagram: @endocrinologist.lala
Facebook: Endocrinologist Lala
E-mail: [email protected]
Web: www.primehospital.az/doctor/lala-haciyeva/

Həkim endokrinoloq-dietoloq Lalə Hacıyeva artıq çəkidən danışdıскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...