Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Qarabağ ədəbi mühitinin görkəmli nümayəndələrindən biri - istedadlı şair, rəssam, musiqişünas, filosof, pedaqoq Mir Möhsün Nəvvabın (1833-1918) bu il anadan olmasının 190 ili tamam olur.
Bu günlərdə Şuşada əsaslı bərpa işlərindən sonra açılan Yuxarı Gövhərağa məscidinin ərazisindəki mədrəsə binasında Heydər Əliyev Fondu tərəfindən təqdim olunan “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi, “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı nəşr və Nəvvabın Şuşa işğal altında olduğu illərdə ermənilər tərəfindən dağıdılmış qəbirüstü abidəsinin bərpası Azərbaycan mədəni irsinin və tarixinin yaşadılmasına növbəti töhfə oldu.
Mir Möhsün Nəvvab Qarabağiyə həsr olunmuş sərgi bir vaxtlar onun minarəsinin ornamentlərini işlədiyi Yuxarı Gövhərağa məscidi ərazisindəki mədrəsə binasında təqdim edilir. Sərgidə Nəvvabın Milli Azərbaycan Tarixi Muzeyində qorunan və XVIII–XIX əsrlərə məxsus Azərbaycan silah sənətini özündə təcəssüm etdirən şəxsi silah kolleksiyası, şairin müəllifi olduğu, illüstrasiya çəkdiyi və Şuşada öz nəşriyyatında çap etdiyi kitablar, onun musiqi, kimya, astronomiya sahəsində fəaliyyətinin əks olunduğu eksponatlar nümayiş etdirilir. Ekspozisiyada astronomiya elmi ilə maraqlanan Mir Möhsün Nəvvabın bu sahə üzrə çəkdiyi cədvəllər, səma cisimlərinin yerləşməsi və Günəş tutulmaları ilə bağlı sxemləri də təqdim olunur.
Nəvvabın rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti ilə bağlı ayrı-ayrı kitablar çap olunsa da, onun fəaliyyətini bütövlüklə əks etdirən nəşr mövcud deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi, Mədəniyyət Nazirliyinin yaxından iştirakı ilə ilk dəfə olaraq “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitab nəşr edilib. Kitabda Nəvvabın tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Kitab Mir Möhsün Nəvvab Qarabağinin indiyədək məlum olmayan irsinə - topladığı Azərbaycan silahları kolleksiyasına həsr olunub. Nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edilib. Azərbaycan və ingilis dillərində nəşr edilən kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilib.