Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Azərbaycanın təhsil sistemi – hansı ki, sabahın təməlidir. Amma, təəssüf ki, bu gün bəzi məmurların şəxsi biznes sahəsinə, rüşvət yuvasına və korrupsiya şəbəkəsinə çevrilib. Və daha acınacaqlısı odur ki, bu biabırçı sistemin başında oturanlar sadəcə seyirçi deyil, bəzən birbaşa iştirakçıdır.
Bugünkü yazımızda konkret adlar var. Onlar barədə yazılmışdı, danışılmışdı. Amma bütün bunlar heç bir nəticə vermədi.
Məsələn, Həcər Mahmudovanın rüşvət aldığı deyildi, amma o, sanki "mükafatlandırılır"mış kimi başqa yerdə eyni vəzifə ilə davam etdi. Bu gün də davam edir.
Bakı şəhəri 211 nömrəli məktəbdə direktor vəzifəsində çalışdığı dövrdə, həmin məktəbin laborantı Ayna Əmirova Həcər Mahmudovanın laborant vəzifəsinə işə götürmək üçün bir nəfərdən 4 min manat rüşvət aldığını iddia etdi. Hətta, iddialarına dair səs yazılarını da agentliyimizin tabeliyində fəaliyyət göstərən "Kanal14" vasitəsilə yayımladıq. Bu informasiya "DogruXeber.az" tərəfindən ifşa olundu.
Reaksiya nə oldu?
Təhsil naziri Emin Əmrullayev onu işdən çıxartdı, lakin məsələni hüquqi müstəviyə yönəltmədi. Əvəzində isə dərhal Mahmudovanı əvvəlcə 30 nömrəli məktəbə, qısa müddət sonra isə Füzuli rayonunun ən böyük təhsil ocağına – 1 nömrəli tam orta məktəbə direktor təyin etdilər.
Bu “cəza”dır? Yox!
Bu açıq-aşkar "rüşvətxor"u mükafatlandırmaq, cəmiyyətə meydan oxumaqdır.
Eləcə də, Fəranə Məhərrəmova - valideynləri "soğan kimi soyur" və bunu yüksək səslə car çəkir, amma...
Xırdalan şəhər 17 saylı körpələr evi-uşaq bağçasının keçmiş müdiri Fəranə Məhərrəmovanın səs yazısı yayıldı. Bu qadın bar-bar bağıraraq müəllimlərdən pul tələb edirdi. "Valideynlərdən pul yığın" deyirdi. Eyni zamanda, özünün bağ evi, özəl uşaq bağçası, "Mercedes GL" markalı bahalı avtomobili ilə öyünürdü. O, "Mənim hər şeyim var" deməklə, pulu özü üçün yığmadığını bəyan edirdi.
Emin Əmrullayev yenə də susdu. Hüquq-mühafizə orqanı həmçinin. Cəmi bir “sanksiyasız sürüşdürmə” ilə həmin şəxs Digah qəsəbəsindəki 6 saylı uşaq bağçasına müdir qoyuldu. Və ora çatan kimi də təsərrüfat müdiri ilə *anbar açarı davası"na girişdi. Çünki məqsəd inventara və ərzaqlara təkbaşına nəzarət etmək idi. Yəni korrupsiyanı orada yenidən bərpa (yaxud davam) etmək.
Həmçinin, bu siyahıya daha bir ad daxildir. Zəminə İsayeva - uşaqlara bir boşqab suda 3-4 ədəd makaron dənəsi yedirən müdür.
Lənkəran şəhər 12 saylı uşaq bağçasının müdiri Zəminə İsayevanın fəaliyyəti haqqında da sayısız şikayətlər var idi: işçilərə qarşı kobud davranış, qeyri-rəsmi pul yığımları, uşaqlara keyfiyyətsiz yeməklər vermək, ərzaq mənimsəmələri və s.
Bəs bunlar araşdırıldımı? Əsla!
Bütün bu və digər adların "qoruyucu mələyi" obrazında Eşqi Bağırov diqqət mərkəzindədir.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, adı çəkilən bu şəxslərin birbaşa himayəçisi kimi tanınır. Bu şəxslərin heç birinə toxunulmaması, əksinə – yenidən kresloya qaytarılması təsadüf yox, şəbəkənin mövcudluğunun sübutudur.
Bütün bu baş verənlərin fonunda isə əsas söz sahibi Emin Əmrullayevi "səssiz nazir" adlandıra bilərik.
Təhsil naziri Emin Əmrullayevin bu qədər bariz korrupsiya faktlarına reaksiya verməməsi, məsələni hüquq-mühafizə orqanlarına yönəltməməsi artıq təkcə səhlənkarlıq deyil. Bu – birbaşa məsuliyyət daşımaq deməkdir.
Emin müəllim, siz bu şəxslərin kresloda oturmasına icazə verəndə, faktiki olaraq, dövlətin malına göz dikənləri, işçilərə psixoloji zülm edənləri, təhsili çirkləndirənləri qoruyursunuz.
Sual açıqdır və cavab tələb edir:
Həcər Mahmudova sizə, yaxud Azərbaycan təhsilinə nə vəd etmişdi ki, onu Füzuliyə göndərdiniz?
Fəranə Məhərrəmovanı kim, niyə qorudu ki, eyni vəzifə ilə başqa bağçalarda "missiyasını davam etdirir"?
Bəs Zəminə İsayevanı bu qədər şikayətə rəğmən işdə saxlayan kimdir, yaxud nədir?
Bu gün bu korrupsiya sistemi dağılmırsa, sabah bu ölkənin təhsili çökməyə davam edəcək.
Bu şəxslər haqqında ciddi hüquqi tədbir görülməzsə, bu susqunluğun adı “şəriklik” olacaq.
"DogruXeber.az"