Anons

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Haqqımızda Əlaqə

TDT-nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib

Tarix:11-06-2025, 18:42

TDT-nin Bakıda keçirilən tədbirində Orta Dəhlizin strateji rolu müzakirə edilib Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Orta Dəhliz 360°: Geosiyasətdən rəqəmsal transformasiyaya, ailədən yaşıl inkişafa” adlı yan tədbir keçirilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının moderatorluğu ilə keçirilən tədbirdə Orta Dəhlizin çoxölçülü xarakteri əhatəli şəkildə təhlil edilib. Geosiyasi sabitlik və regional təhlükəsizlikdən başlayaraq, mədəni inteqrasiya, rəqəmsal platformalar və enerji təhlükəsizliyi kimi məsələlər panelin əsas müzakirə mövzusu olub.

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın sözlərinə görə, Azərbaycan beynəlxalq ictimai-siyasi proseslərin içərisində elə bir özünəməxsus yer tutub ki, onun təcrübəsi hər kəs üçün maraqlıdır. Bunu şərtləndirən bir sıra təbii əsaslar var. Bunlar bizim yerləşdiyimiz region, malik olduğumuz sərvətlər, resurslar, eləcə də dünyanın maraqları naminə atdığımız ciddi addımlardır. Bu addımlar bütün insanlığın, beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir.

İclasın mövzusunun əhəmiyyətinə toxunan Dövlət Komitəsinin sədri bildirib ki, Orta Dəhliz məsələləri üzv dövlətlərin hər biri üçün yalnız nəqliyyat, logistika marşrutları kimi deyil, sülh, sabitlik və regional əməkdaşlıq üçün mühüm bir vasitə, imkan, platformadır. Zaman keçdikcə bu dəhliz ən müxtəlif platformalarda əsas müzakirə mövzularından biri kimi seçilir. Daha real iqtisadi əlaqə marşrutu olmaq kimi öz üstünlüyünə yeni bir dəyər qatır. Eyni zamanda, həm geosiyasi, həm ekoloji, həm də sosial aspektlərdən yeni məna və məzmun kəsb edir. Dəyərlərin, mədəniyyətlərin və insan resurslarının Şərqdən Qərbə və əks istiqamətə keçidinə də şərait yarada biləcək ən qısa dəhliz kimi diqqət çəkir.

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş qeyd edib ki, Orta Dəhliz dünyada rifahı yaxşılaşdırmaq üçün ortaq vizyonun təməlini təşkil edir. Orta Dəhliz, eyni zamanda, Orta Asiya coğrafiyası ilə sinerji yaradıb, həmçinin tarixi köklərimizi birləşdirən qədim mədəniyyət yoludur.

TDT Baş katibinin müavini Ömər Kocaman bildirib ki, artıq inkişaf edən dünya iqtisadiyyatında “Orta Dəhliz” adlı bir reallıq var. İstehsal edən bir Çin var və o, istehsal etdiyi məhsulları dünya bazarlarına çıxarmaq üçün müxtəlif yollar axtarır. Təkcə dəniz yolu, şimal yolu ilə yox, bu gün bizim üzərində çalışdığımız Orta Dəhliz vasitəsilə də məhsullarını Avropa və dünya bazarlarına çıxarmaq istəyir. Həqiqətən də apardığımız təhlil və araşdırmalara əsasən, Çinlə Avropa arasında ən qısa və ən təhlükəsiz yol Türk Dövlətləri Təşkilatının üzv ölkələri üzərindən keçir. Ölkələrimiz bu günə qədər bu sahəyə çox ciddi sərmayələr yatırıb.

O bildirib ki, Orta Dəhlizə yalnız iqtisadi-ticarət marşrutu kimi deyil, fərqli çərçivə və perspektivlərdən, müxtəlif baxış bucağından da yanaşmaq lazımdır.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili bildirib ki, bu gün Orta Dəhliz dünyanın ən böyük iqtisadi, mədəni və sivilizasiyalararası dəhlizlərindən birinə çevrilib.

Energetika nazirinin müavini Elnur Soltanov “Orta Dəhliz” mövzusunu daha geniş mənada gördüyünü ifadə edib. Bildirib ki, Azərbaycan üçün bu dəhliz çox böyük konsepsiyanın xüsusi bir ifadəsidir.

O qeyd edib ki, biz adətən cəmiyyət və fərddən danışırıq, amma əslində, ailə olmadan nə fərd, nə də cəmiyyət mövcud ola bilər. Ailə cəmiyyətlə fərdi birləşdirən və onlara mənəvi dəyər qazandıran əsas məfhumdur.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...