Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB

Tarix:5-06-2025, 10:41

"The British Council" Rusiyada arzuolunmaz elan edildi -SƏBƏB Britaniya Şurasının (The British Council) fəaliyyəti Rusiya Federasiyasında arzuolunmaz elan edilib.

Moskva müxbirimiz xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, maarif və mədəni fəaliyyət adı altında müxtəlif maarifləndirici tədbirlərin təşkili, ingilis dilinin tədrisi bəhanəsi ilə, əslində şura üzvləri Britaniyanın təhsil, mədəniyyət və gənclər siyasəti sahəsində uzunmüddətli maraq və dəyərlərini təbliğ edirlər.

“Eyni zamanda, ölkəmizdə qadağan olunmuş (ekstremist kimi tanınan) LGBT hərəkatı fəal şəkildə təbliğ olunur və dəstəklənir. Bundan əlavə, British Council “Rusiya Federasiyasının daxili və xarici siyasətini sistematik şəkildə gözdən salmaq üçün müxtəlif layihələr həyata keçirir”, - deyə Baş Prokurorluğun məlumatında qeyd olunub.

Şuranın digər məqsədinin “keçmiş sovet respublikalarının əhalisini Rusiya kimliyindən təmizləmək” olduğu bildirilir.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda isə bildirilib ki, "The British Council"-ın Rusiya Federasiyasındakı bölməsi məcburi şəkildə bağlanıb, lakin o, başqa ölkələrin mövqelərindən öz təxribat işini vətəndaşlarımızı öz layihələrinə cəlb edərək və Rusiyaya qayıtmaq ümidi ilə davam etdirib.
Qeyd olunub ki, arzuolunmaz təşkilat statusu verildikdən sonra Britaniya Şurasının Rusiyaya qayıtmasına qadağa qoyulduğunu əminliklə söyləmək olar.
Təşkilat Rusiya Federasiyasındakı fəaliyyətini dayandırdığını elan edib və 2018-ci ildə Moskvadakı mərkəzi ofisini bağlayıb.

FTX Rusiya ilə dost ölkələrə "The British Council"-ın işini məhdudlaşdırmağı tövsiyə edib.

Bundan başqa, FTX fəaliyyəti Rusiya Federasiyasında arzuolunmaz kimi tanınan Britaniya fondu Oksford Rusiya Fondunun kəşfiyyat və təxribat işini ifşa edib.

Məlumatına görə, Fond kəşfiyyat və təxribatçı fəaliyyətini Volqoqrad, Novosibirsk, Çelyabinsk və Tomsk vilayətlərinin Rusiya universitetlərinin professor-müəllim heyəti vasitəsilə həyata keçirilib.

Təhsil müəssisələrinin nümayəndələri LGBT təbliğatını aparan ədəbiyyat paylayıblar və əlaqələr şəbəkəsi vasitəsilə xüsusi hərbi əməliyyat fonunda Rusiya Federasiyasındakı siyasi və sosial vəziyyət haqqında məlumatlar əldə edilib.

FTX həmçinin bəyan edib ki, 15 rusiyalı arzuolunmaz təşkilatlarla işləməyin yolverilməzliyi barədə xəbərdarlıq alıb. Həmin maddə ilə müəllimlərdən biri inzibati məsuliyyətə cəlb edilib.(apa)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...