Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR?

Tarix:5-06-2025, 08:26

Siyəzəndə “zəhərli yem” FACİƏSİ: 100 minlik ziyan, saxta sənədlər, vergidən yayınma – AQTA məsuliyyəti niyə BOYNUNDAN ATIR? Siyəzən sakini, sahibkar Rəhim Süleyman oğlu Hüseynov Ağdaş Yem Fabrikindən aldığı yem səbəbindən quşçuluq təsərrüfatının məhv olmasından şikayətçidir.

Şikayətçi, məsələnin daha öncə də müxtəlif media orqanlarında işıqlandırılmasına baxmayaraq hələ də öz həllini tapmadığını bildirib.

Sahibkarın sözlərinə görə o, Ağdaş Yem Fabrikinin rəhbərliyi ilə şifahi razılaşma əsasında qurumdan yem alaraq, quşçuluq təsərrüfatı ilə məşğul olub. Lakin 2023-cü ilin yayında bəslədiyi quşların adıçəkilən fabrikin yemindən zəhərlənməsi faktının aşkarlandığını vurğulayıb.

Şikayətçi bildirib ki, toyuqların kütləvi şəkildə öldüyünü görəndən sonra sözügedən fabrikin rəhbər şəxslərindən olan Maşallah Tağıyev, həkim Nuran Ağayev və digərlərinin təsərrüfatına gəlməsini tələb edib. Ancaq həkim Nuran Ağayev baxış keçirdikdən sonra əvvəlcə toyuqların cuma xəstəliyinə yoluxduğunu iddia edib.

Sahibkar diqqətə çatdırıb ki, araşdırdıqdan və düzgün diaqnoz qoyulmasını tələb etdikdən sonra 20 ölü toyuq müayinəyə göndərilib və həqiqətən də toyuqların zəhərlənmə nəticəsində öldüyü öz təsdiqini tapıb. Yalnız Maşallah Tağıyev də yemdən zəhərlənmənin təsdiqini gördükdən sonra dəymiş ziyanın qarşılanacağını bildirib. Həmçinin zərərçəkən sahibkardan məsələ ilə bağlı hər hansı yerə şikayət olunmamasını xahiş edib.

Eyni zamanda R. Hüseynov iddia edib ki, zərərçəkən yalnız o deyil, Siyəzən rayonunda Seymur, Elçin və Vahab adlı 3 sahibkar da yemin keyfiyyətsizliyi səbəbindən külli miqdarda ziyana düşüb.

Sahibkar zəhərlənmə öz təsdiqini tapdığı üçün ona dəyən ziyanın ödənildiyini bildirib. Bu hadisədən sonra isə uzun müddət Ağdaş Yem Fabrikindən yem almayıb. Əlavə olaraq 2024-cü ilin sentyabrında Ceyranbatan quşçuluq fabrikindən 36 min cücə aldığını, bu ərəfədə isə Ağdaş Yem Fabrikinin işçilərinin onu Maşallah Tağıyevin köhnə işçiləri çıxardığına və yeni komanda gətirdiyinə, nəticədə isə daha keyfiyyətli yem istehsal edildiyinə inandırdığını deyib.

Şikayətçi bildirib ki, noyabr ayında alınan yemlər 3 ayrı fermada toyuqların hamısının zəhərlənməsinə səbəb olub. Qısa müddətdə 19.190 toyuğun tələf olduğunu, 100 min manata yaxın zərərin dəydiyini diqqətə çatdırıb.
R. Hüseynovun sözlərinə görə elə əsas həllini tapmayan məsələ də buradan başlayıb. Belə ki, kütləvi ölümün yenə yemdən qaynaqlandığını müəyyənləşdirən sahibkar Maşallah Tağıyevi təsərrüfata dəvət edib. Lakin sözügedən şəxs olan Nuran həkim yemi almağa inandıran Ədalət və Elnurla birgə təsərrüfata gəlsələr də, fərqli bəhanələr səsləndiriblər.

Şikayətçi iddia edib ki, uzun təkidlərdən sonra toyuqlardan qan alınıb və analizə göndərilib. Ancaq 2024-cü il 28 noyabr tarixində Maşallah Tağıyev külli miqdarda pul ödədiyi saxta analiz cavablarını ona təqdim edib. Həmin sənəddə isə guya toyuqlarda quş qripi və cuma xəstəliyi aşkarlandığı qeyd olunub.

Zərərçəkən sahibkar bildirib ki, sözügedən analiz sənədində nə möhür, nə də imza olmayıb. Həmçinin toyuqların da cinsi və növü səhv göstərilib. Həmin sənədin etibarlılığını yoxlamaq məqsədilə Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib və agentliyin 17 mart 2025-ci ildə göndərdiyi cavabda həmin sənəddə əsas məlumatların heç biri olmadığı üçün onun etibarlılığını yoxlamağın qeyri-mümkün olduğu qeyd edilib.

Həmçinin Rəhim Hüseynov AQTA-ya toyuqların əsl ölüm səbəbinin müəyyənləşdirilməsi üçün müraciət etdiyini, cavabda isə toyuqların quş qripi və cuma xəstəliyinə tutulmadığını, qaydalara uyğun olaraq vaksin olduqlarını, lakin yemin məhz Maşallah Tağıyevdən alındığını öyrənəndən sonra toyuqların əsl ölüm səbəbini deməkdən boyun qaçırdıqlarını, dəfələrlə müraciət edilməsinə baxmayaraq agentlik tərəfindən müxtəlif bəhanələrlə yola verildiyini deyib.
Eyni zamanda o, Ağdaş Yem Fabrikinin vergidən yayınaraq kassa, mədaxil, qəbz və yaxud məhsulun alındığını göstərən heç bir sənəd olmadan fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Şikayətçi olan zərərçəkən məsələnin həlli və düzgün araşdırılması ilə bağlı Baş Prokurorluğa müraciət edib, həmçinin Prezident İlham Əliyevdən kömək istəyib.(Yenicag.az)

Daha ətraflı videomaterialda:
скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...