Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib
Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan!
Əs ey külək,bağır,ey bəhri-biyaban ləpən...Bu misra Cəfər Cabbarlının "Ana" şeirindəndir.Yaxşı ki,mütəfəkkir Bakının bu günlərini görmədi,yoxsa küləyə "əsmə" deyə yalvarardı, bəlkədə...
Son günlər az qalırdıq küləyə yalvaraq ki, əsmə külək, sakitliyin altında yatan çox problemimiz var, əsib onları üzə çıxartma.Çünkü əsib Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin,Mənzil-Kommunal Təsərrüfatı Birliklərinin,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının,həmçinin BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin illərlə ört-basdır etdikləri eyiblərini üzə çıxardırsan,BŞİH-də islahatlara ehtiyac var,mövqeyini gücləndirirsən!
Əsdikcə,MKTB-lərin tabeçiliyində yüzlərlə MİS idarələrinin,onların da yüzlərlə işçisi olduğu halda,Bakının kompleks şəkildə təmiz və səliqəli saxlanılmadığını aşkarlayırsan!
BŞİH-nin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin məhəllə daxili ərazilərdə,səkiləri əhatə edən sahələrdə ağacları mövsümü olaraq budamaması,eləcə də məhəllə daxili və yol kənarlarında olan ağaclarda sanitar təmizləmə işlərinin aparılması görünür,ağaclardan quru budaqlar qırılaraq yollara,səkilərə səpələnir,təhlükəli vəziyyət yaranır.Ona görə əsmə,külək əsmə!
Cəfər Cabbarlı bunları görmədi,görsəydi bəlkə də "Əs ey külək,bağır,ey bəhri-biyaban ləpən" misrasını,"Əsmə külək, əsmə, axı gizli qalan problemləri üzə çıxarırsan" misrası ilə əvəzləyərdi.Yaşasaydı o,da Bakının 4-5 mərkəzi prospektdən ibarət olmadığını bir daha xatırladar,Bakının rayonlarına rəhbərlik edən icra başçılarının hündürmərtəbəli evlər tikən iş adamlarına vasitəçilik etdiklərini bilər,Mənzil-Kommunal Təsərrüfatı Birlikləri rəhbərlərinin ancaq şəxsi çıxarları qarşılığında fəaliyyət göstərdiklərini görər,məhəllələrin,səkilərin vaxtlı-vaxtında süpürülmədiyini müşahidə edər... (Faktinfo.az)