Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Dünən, 16:38- Rusiya Azərbaycana nota verib
Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti sifarişçi olduğu 32 milyon manatlıq tenderə yekun vurub.
Qlobal.az xəbər verir ki, "Bakı şəhəri, Yasamal rayonu, Mərkəzi parkın davamı (S.Tağızadə, A.Şaiq, N.Aşurbəyova küçələrinin əhatəsində salınacaq yeni park) və ətraf ərazilərin abadlaşdırma işlərinin satın alınması" lotu üzrə keçirilən tenderdə "Vest LTD" Qapalı Səhmdar Cəmiyyəti qalib elan edilib.
Qeyd edək ki, "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.
"Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC 2019-cu ilin fevral ayında təsis edilib. Şirkətin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Əliyev Abit Sadıq oğludur.
Abit Əliyev eldar Əzizovun ən yaxın kadrlarındandır. Belə ki, Eldar Əzizov 2003 – cü ildə Gəncə şəhəri İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Samux rayonunda Qaz İstismar İdarəsinin müdiri işləyən Abit Əliyevi Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İdarəsinə müdir təyin etmişdir. Sonradan Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə gələn E.Əzizov Abit Əliyevi də özü ilə Sumqayıta gətirmişdir.
Eldar Əzizov Bakı şəhər İcra hakimiyyətinin tabeliyində 2019-cu ildə yaradılan "Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-yə rəhbər təyin edib.
Tenderdə qalib elan edilən "Vest LTD" QSC-nin mediada "tender kralı" kimi tanınan Ramazan Mirzəyevə məxsus olduğu deyilir.
Yerli mətbuatda daha çox "hacı" kimi məşhurlaşan Ramazan Mirzəyevin çoxsaylı şirkətlərinin dövlət satınalmalarında, əsasən də Bakı şəhər İcra hakimiyyətinin, Elm və Təhsil, Səhiyyə, Mədəniyyət nazirliklərinin tenderlərində qalib edildiyi bildirilir.
Cahandar Laçınlı
Qlobal.az