Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

Naxçıvanda hakim bir zənglə yalanın üstünü açdı: Həbs edilən vəkilin işi - ŞOK TƏFƏRRÜAT

Tarix:17-01-2025, 14:08

Naxçıvanda hakim bir zənglə yalanın üstünü açdı: Həbs edilən vəkilin işi - ŞOK TƏFƏRRÜAT “Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş və nüfuz alveri etməkdə ittiham olunaraq həbs edilən Babək Rzayevin cinayət işinin təfərrüatı məlum olub. Onun hakimə rüşvət vermək adı ilə həbs edilən şəxslərin ailə üzvlərindən pul adlığı məlum olub.
Musavat.com xəbər verir ki, vəkil hüquqlarını müdafiə etdiyi 3 nəfərin ailə üzvlərindən 25 min manat pul alıb.
Bunun qarşılığında həbsdə olan şəxsləri həbsdən azad etdirməyə nail olacağını, cəzalarını minimum həddə azaldacağını vəd edib. O, aldığı pulu rüşvət olaraq vəzifəli şəxslərə verəcəyini deyib.
İstintaqla müəyyən edilib ki, Babək Rzayev aldığı pulla Naxçıvan Ali Məhkəməsinin hakimi Əsgər Novruzova rüşvət verərək həbsdə olan şəxslərin cəzasının azaldılacağını və ya həbsdən çıxarılması vədini verib.
Həbs edilən şəxslər Naxçıvanda mebel mağazasından 95 min manatlıq mebel oğurlamaqda ittiham olunaraq həbs ediliblər. B.Rzayev onların ailə üzvləri ilə rəsmi müqavilə imzalayaraq vəkilləri olub. Müqaviləyə görə, hər üç şəxsin ailəsindən 1000 manat ödəniş alıb. Sonra da hər üçün şəxsin ailəsindən 8330 manat alıb. Bu məbləğlər ona nağd şəkildə və kart hesabına köçürülməklə çatdırılıb.
Babək Rzayevə qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (rüşvət vermə: öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
B.Rzayev ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib. Deyib ki, pulu rüşvət vermək məqsədi ilə almayıb, heç bir vəzifəli şəxslə də görüşməyib:
“Orxan adlı şəxs mənə zəng etdi. Tanışları barəsində Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası çıxdığını dedi. Cəzanın dəyişdirilməsi üçün apellyasiya şikayəti vermək istədiklərini söylədi. Naxçıvana gedib onunla görüşdüm. Sonra da həbsdə olan şəxslərin ailə üzvləri ilə görüşdük. Onların hər biri barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi.
Müqavilə haqqı olaraq hər birindən 1000 manat pul aldım. Məndən yüngül cəzanın necə veriləcəyini soruşdular. Onlara dedim ki, məhkəmənin haqqı var, amma nə qədər pul istəyəcəklərini bilmirəm. Söylədim ki, şikayəti verim, sonrakı prosesdə məhkəmə yüngül cəza verilməsi üçün nə qədər pul istəsə, onlara məbləği deyəcəm”.
Babək Rzayev “watsapp” qrup yaradaraq həbs edilən şəxslərin ailə üzvlərini ora əlavə edib. Prosesin gedişatı ilə bağlı onlara məlumatları “məhkəmə işi” adlı həmin qrup vasitəsi ilə verirmiş.
“Bakıya qayıtdıqdan sonra heç kimlə bu haqda danışmamışam. Onlara yüngül cəza verilməsi üçün heç bir hakimlə və ya vəzifəli şəxslərlə görüşməmişəm. Amma bu haqda onlara düzgün olmayan məlumat vermişəm. Hökmlə tanış olandan sonra birinci instansiya məhkəməsinin ağır cəza verdiyini gördüm. Düşündüm ki, apellasiya şikayəti versəm, böyük ehtimal məhkəmə cəzanı azaldacaq. Çünki əvvəlki təcrübələrimdə bunu görmüşdüm. Əgər alınmasaydı, pullarını geri qaytaracaqdım. Bir müddət sonra qrupa səs atıb məhkəmənin yüngül cəza təyin etmək qarşılığında ümumilikdə 25 min manat pul istədiyini dedim. Pulu hissə-hissə aldım. Məhkəmə şikayətimi təmin etmədi. Sonuncu məhkəmədən çıxanda müqavilə imzaladığım şəxslər narazılıq etdilər. Onlara pulu qaytaracağımı dedim. Amma gözləmədilər, şikayət etdilər.
Mənim məhkəmənin hakimi Əsgər Novruzovun özü və yaxınları ilə heç bir münasibətim olmayıb. Amma müqavilə imzaladığım şəxslərə bu barədə yalan məlumat vermişəm”, - deyə B.Rzayev ifadəsinə əlavə edib.
O, aldığı pulları borclarına xərclədiyini deyib. Bildirib ki, uzun illərdir internet üzərindən idman mərc oyunlarında çoxlu pullar uduzduğundan borcları yaranıb.
Babək Rzayevin ifadəsindən məlum olub ki, vaxt qazanmaq üçün bir neçə dəfə məhkəmənin təxirə salınmasına da nail olub.
B.Rzayev nüfuz alveri etmədiyini deyərək, əməlinin dələduzluq maddəsinə tövsif olunmasını istəyib. Əlavə edib ki, bütün ziyanı ödəyib.
Zərərçəkmiş şəxslər məhkəməyə bildirib ki, Babək Rzayev onlara yaxınlarının elektron qolbaq taxılmaqla azadlığa buraxılacağını, amma üzərində məhkumluq qalacağını deyib.
Onlara məhkəmədən bir gün qabaq “uşaqlar çıxacaq, maşınları bəzəyin, gəlin deyə” mesaj da yazıb.
B.Rzayevin vəkilliyini etdiyi Zaur İsmayılovun qardaşı şahid qismində dindirilən zaman məlum olub ki, işdə adı çəkilən hakim Əsgər Novruzovla şəxsən danışıb. Bu zaman Babək Rzayevin yalan dediyini başa düşüb.
Onun sözlərinə görə, əvvəlcə Naxçıvan Ali Məhkəməsinin Səxavət adlı hakimi ilə danışıb:
“Səxavət müəllimə Əsgər müəllimlə görüşmək istədiyimi dedim. Həmin gün alınmadı. Səxavət müəllim dedi ki, danışıb xəbər edəcək. Bir gün sonra mənə zəng gəldi. Telefondakı şəxs hakim Əsgər müəllim olduğunu dedi. Bildirdi ki, qardaşımgilə ən aşağı həddə cəza verilib. Pul verdiyimiz adamın bizi aldatdığını söylədi. Ailələrin yazıq olduğunu, pulu geri almağımızı dedi”.
Qeyd edək ki, Babək Rzayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş, sonradan ev dustaqlığına buraxılmışdı. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

Musavat.comскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...