Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

 Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI...

Tarix:16-01-2025, 10:47

 Şərifov getdi... o, tək qaldı: QALA BİLƏCƏKMİ? - Köhnə eşalonun SON QALASI... Ötən həftə Samir Şərifov maliyyə naziri vəzifəsindən azad edildi və "qocalar evi"nə - baş nazirin müavini postuna göndərildi. 19 il maliyyə naziri işləmiş Samir Şərifov "köhnə qvardiya"nın vəzifədə qalan adda-budda üzvlərindən biri idi. Sabiq maliyyə naziri bir neçə məsələ ilə yadda qalmışdı. Onlardan ən qalmaqallısı Samir Şərifovun üç ölkənin" agenti" olması haqda iddialar idi. ABŞ-ın maliyyə analitiki kimi təqdim olunan Yuri Şvetsin Azərbaycanın o vaxtkı maliyyə naziri Samir Şərifov haqqında verdiyi açıqlamalar əsasında bir sıra yazılar dərc olunmuşdu. Yuri Şvets Samir Şərifovun üç ölkənin - Rusiya, Türkiyə və ABŞ-ın xüsusi xidmət orqanları ilə eyni vaxtda əməkdaşlıq əlaqələrinin olduğunu iddia etmişdi.
Son illərdə isə Samir Şərifov kölgəyə çəkilmişdi və onun barəsində xüsusi məlumatlar yayılmırdı. Ümumiyyətlə, sabiq nazir gündəmə gəlmirdi. Sadəcə, vaxtaşırı proqnozlar səslənirdi ki, supernazirlik yaradıla, qurumlar bir-birinə birləşdirilə bilər. Bu xüsusda son günlər yenidən informasiyalar tirajlanır ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev maliyyə naziri vəzifəsinə gətiriləcək, quruma vergi və gömrük xidmətləri tabe etdiriləcək, daha bir supernazirlik yaradılacaq. Hərçənd, bu ssenari reallaşacağı təqdirdə, iqtisadiyyat naziri Mikayıl Cabbarovdan vergi kimi mühüm bir qol qoparılmış olacaq. Lakin istənilən halda, yeni idarəetmə komandasında Mikayıl Cabbarov və Sahil Babayev aparıcı fiqurlar sayılırlar, onlar üzərindən sosial-iqtisadi siyasət yürüdülür. Bizim üçün bu prosesdə maraqlı detal isə Samir Şərifovun vəzifədən azad edilməsi ilə keçmiş klanla demək olar ki, vidalaşma reallığıdır. Bundan sonra qalır fövqəladə hallar naziri Kəmaləddin Heydərov...
Anaxeber.info yazır ki, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi kadr dəyişiklikləri "köhnə qvardiya"nın yola salınması ilə nəticələndi. PA rəhbəri Ramiz Mehdiyevdən ta sabiq nəqliyyat naziri Ziya Məmmədova qədər hamını əhatə edən bu yolasalmalar, ən son Samir Şərifovun nazir işindən azad edilməsi irəlidə "fövqəlnazir"in də postu ilə vidalaşacağı ehtimallarını gücləndirir. Buna qədər K. Heydərovun maliyyə bazarları silkələnib, biznes strukturları əlindən alınıb, dayaqları xeyli dərəcədə sarsılıb. Əvvəlki qüdrəti olmayan K. Heydərovun bir müddət sonra vəzifəsindən azad olunması, hətta FHN-nin bir quruma tabe etdirilməsi gözlənilir. Bununla da "pazl" tamamlanmış olacaq. Yəni "köhnə qvardiya" demək olar ki, tarixin arxivinə qovuşdu. K. Heydərov Mehdiyev klanından qalan sonuncu "miras"lardan biridir. Hakimiyyətin yeni siyasi elitası isə artıq bu komanda ilə bir yerdə idarəetmədə iştirak etmək istəmir. Bunun yaxşı, ya pis olduğunu siyasi rəhbərlik müəyyənləşdirir, analitiklər isə müşahidə edirlər ki, yeni siyasi komandada köhnələrə yer yoxdur. Odur ki, Heydərovun da "fövqəlnazir" erasına son qoyulacağı o qədər uzaqda görünmür. Əlbəttə, hələ də idarəçilikdə köhnənin elementləri və qalıqları mövcuddur. Eyni zamanda, vəzifəsindən alınmalı kadrlar yenə də qalıb. Amma əsas iri başlar, böyük gövdələr götürülüb. Həmçinin, parlamentdə bir daha "təmizləmə"lər olacağı istisna edilmir. Özünü hakimiyyətin siyasi-ideoloji dayağı hesab etmək, "dövlət də, qanun da mənəm" prinsipi həmin məmurların fəaliyyətinin əsasını təşkil edib. Onlar müraciət edən hər bir sadə vətəndaşla da belə davranıblar. Ona görə də bu gün qanun hamı üçün bərabərdir anlayışına siyasi kollaps kimi baxırlar. Ancaq Azərbaycanın dövlət aparatında fundamental dəyişikliklər onları keçmişə qovuşdurur. Lakin o demək deyil ki, yeni gələnlərin "ətəyində namaz qılmaq" olar. Yeni komandanın da əhalini narazı salan xeyli addımları var. Bu haqda daha sonra...

/Anaxeber.İnfoскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...