Anons

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Haqqımızda Əlaqə

Naxçıvan sakinləri keyfiyyətsiz çörək almağa məcbur olduqlarını bildirirlər

Tarix:8-01-2025, 09:21

Naxçıvan sakinləri keyfiyyətsiz çörək almağa məcbur olduqlarını bildirirlər Bunun səbəbinin son zamanların əsas çörək istehsalçısına çevrilmiş APF Qrup MMC-nin aşağı növ undan istifadəsi göstərilir. Bu keyfiyyətsiz un Bakıdan gətirilir və Naxçıvandakı yüksək vəzifəli şəxslərin monopoliyasında olduğu iddia edilir. Monopoliya yalnız çörəyin keyfiyyətinə deyil, yerli un istehsalçılarına və dolanışığını taxılçılıqdan çıxaran fermerlərə də mənfi təsir göstərir. Fermerlər bildirirlər ki, dəyirmanlar istehsal etdikləri unu sata bilmədikləri üçün onların taxılını ala bilmirlər.
Naxçıvan şəhərindəki çörək dükanlarından birinin sahibi B.C. “Gündəlik Naxçıvan”a deyir ki, alıcılar keyfiyyətsiz çörəyə görə onları qınayırlar:
“Əksər dükanlar kimi bizə də çörəyi APF Qrup MMC gətirir. Onlar əvvəl unu yerli istehsalçı olan Naxçıvan Taxıl Məhsulları MMC-dən alırdılar, deyə çörək çox keyfiyyətli çıxırdı. Hazırda isə, yuxarıda oturan monopolistlərlə əlbir olub çörək üçün unu Bakıdan gətirirlər. Bu unlar aşağı növ olduğundan, çörəklər də çox keyfiyyətsiz çıxır. Çörək istehsal edən kiçik sexlər var ki, onlar hələ də yerli un alıb istifadə edirlər, deyə çörəkləri keyfiyyətlidir. Onların istehsalı çox az olduğundan tələbatı ödəmir və camaat da məcbur qalıb keyfiyyətsiz çörək alır. Sonra da günahı bizdə görürlər.”
Yerli fermerlərdən S.Bayramov isə bildirir ki, taxılı əlində qaldığı üçün xeyli borca düşdüyünü bildirir:
“Yerli dəyirmanlar, un istehsalçıları məhsullarını sata bilmədikləri üçün anbarları doludur. Bu səbəbdən, taxıl almaqdan imtina edirlər. Gedirik, deyirlər ki, qoy unumuzu sataq, sonra gətirərsiniz. Biz isə gözləyə bilmirik, taxılı sata bilməsək, ac qalacağıq. Ailəmizi bununla dolandırırıq. Dəyirmanlar deyir ki, Naxçıvana un artıq Bakıdan gətirilir, belə getsə, işimizi dayandıracağıq. Biz də məcburuq taxılçılığın kitabını bağlayaq. Məhsulumu sata bilmədiyim üçün ilboyu yığılıb qalan borclarımı ödəyə bilmirəm. Tək mən deyiləm, taxıl əkənlərin əksəriyyəti bu gündədir. Onsuz da torpaq vergilərini qaldırıb qazancımızı əlimizdən alırdılar. İndi də acgöz məmurların un monopoliyası tamam belimizi qırdı. Taxılçılıq əhəmiyyətini itirsə, minlərlə ailə işsiz, çörəksiz qalacaq.”
Sakinlər və fermerlər aidiyyəti qurumlardan vəziyyətə müdaxilə etməyi və monopoliyanın qarşısını almağı tələb edirlər.
TEREFскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...