Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

Plastik cərrahlara yanvarın 31-dək vaxt verildi - Rəsmi

Tarix:27-12-2024, 17:32

Plastik cərrahlara yanvarın 31-dək vaxt verildi - Rəsmi Ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsasları ilə bağlı mediada ziddiyyətli məlumatlar yer alıb. Səsləndirilən iddialarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq tərəfindən ilkin araşdırmalar aparılıb və şübhəli məqamlar müəyyən edilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əldə olunan məlumatlara əsasən bəzi hallarda sözügedən ixtisas daşıyıcısı qismində çıxış edən şəxslərin tibbi təhsil sənədləri və praktik tibb fəaliyyəti ilə məşğul olmağa hüquq verən şəhadətnamələri saxtalaşdırılıb.

Plastik cərrahiyyə ixtisası üzrə fəaliyyət göstərən tibb mütəxəssislərinin sözügedən istiqamətlə məşğul olmağa icazə verən sənədlərinin hüquqi əsaslarının kompleks şəkildə yoxlanılmasına ehtiyac yaranıb. Bununla bağlı səhiyyə nazirinin müvafiq əmri ilə Səhiyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.

Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) 2025-ci il 31 yanvar tarixinədək Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.

Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...