Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?
Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb
Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu
Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq
Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir
Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video
28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!
28-06-2025, 19:05- Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."
28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ
28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir
28-06-2025, 08:01- Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır
Hər bir Azərbaycan insanı vergiləri sayəsində formalaşan büdcə vəsaitinin necə xərcləndiyini bilməlidir. Bu onun haqqı və hüququdur...
Ötən ayın sonlarında mediada daha bir korrupsiya faktı ictimailəşdi. 35 şirkətə rəhbərlik edən(?) şəxs həbs edildi. Rəsmi açıqlamalara görə, dövlət qurumlarının keçirdiyi tenderlərdə dəfələrlə qalib olan 35 şirkətin rəhbəri Fəqani Rəhimov külli miqdarda mənimsəmədə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunur. Məlum oldu ki, Fəqani Rəhimov bu “işgüzar aləm”də tək deyilmiş. Aparılan istintaqla bir neçə vəzifəli şəxslərin də qanunsuzluqlarının üstü açıldı. F. Rəhimov qanunsuz işlərinin çoxunu adı ilk dəfə eşidilən “İnşaat-F” MMC vasitəsilə həyata keçiribmiş.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırmalarla ümumilikdə Fəqani Rəhimovun şirkətlərinə dövlət müəssisələri tərəfindən 600 min manata yaxın pul köçürüldüyü və bu vəsaitin 62 min manatının həqiqi mənbəyinin gizlədilməsi məqsədilə leqallaşdırıldığı məlum olub. Söhbət dövlət satınalmaları – tenderlər, kotirovka sorğuları - adı ilə dövlət büdcəsinin talanmasından gedir...
Bu olayı səbəbsiz xatırlatmadıq... Təəssüf ki, korrupsiyaya, eləcə də dövlət satınalmalarında mənimsəməyə qarşı illərdir ki, aidiyyatı dövlət qurumlarının mübarizəsi hələ də, gözlənilən nəticəni vermir. Bu əməliyyatlarda isə daha çox tanınmayan, heç bir ünvanı, əlaqə vasitəsi olmayan şirkətlərdən istifadə edilir... Bəzən isə bir gün əvvəl təsis edilən, heç bir məlum bazası, potensialı olmayan şirkətlər “qalib” olur.
Beyləqan belə “PROQRES” edir...
Beyləqan Rayon İcra Hakimiyyəti də, silsilə tenderlər keçirib, dövlətin pulunu müxtəlif adlarla xərcləyən dövlət strukturlarındandır. Belə tenderlərdən biri də, yaxın günlərdə yekunlaşdırılıb. 17.12.2024-cü il tarixdə bu İcra Hakimiyyəti "PROQRESS İNŞAAT EN" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə müqavilə bağlayıb. Bu müqavilə ilə Beyləqan Rayon İcra Hakimiyyəti rayon ərazisində yolların əsaslı təmiri qarışılığında "PROQRESS İNŞAAT EN" MMC-nə 110.592 manat ödəməli olacaq.
Bu arada beyləqanlı oxucularımızın Yenixeber.org-a verdiyi məlumata görə, dəfələrlə dövlət vəsaitinin xərclənməsinə baxmayaraq, rayon ərazisində, hətta rayon mərkəzində yollar bərbad olaraq qalır.