Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

"Baksovet Kamil” Eldar Əzizova necə kələk gəlib?! -30 min dollarlıq avtomobilin sirri

Tarix:17-12-2024, 17:17

"Baksovet Kamil” Eldar Əzizova necə kələk gəlib?! -30 min dollarlıq avtomobilin sirri Məşhur iş adamlarından biri “Baksovet Kamil”ə qiyməti təxminin 30 min dollar dəyərində olan elektriklə işləyən avtomobil hədiyyə edib
Bakı Şəhər İcra Hakimiyyətindəki (BŞİH) bəzi məmurların ölkə paytaxtında həyata keçirilən qanunsuz tikililərdən külli miqdarda vəsaitlər əldə etdiyi heç kimə sirr deyil. BŞİH-nin verdiyi qərar və sərəncamlar Bakının bütün rayonlarında keçərli olduğu üçün işbazların bir çoxu “12 imama yalvarmaqdansa, bir Allaha yalvarmağa”, yəni bilavasitə bu qurumun qapısını döyməyə üstünlük verir. Bu isə sözügedən qurumdakı bəzi məmurlara qaz vurub qazan doldurmağa imkan verir.
Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, adıçəkilən qurumda sırf bu sahədə “ixtisaslaşan” məmurlar da var ki, bunlardan da biri “Baksovet Kamil”dir. İcra başçısı Eldar Əzizovun etimadından sui-istifadə edərək ondan xəbərsiz çoxlu sayda qanunsuz tikinti prosesinə qanuni don geyindirən, külli miqdarda rüşvət qarşılığında imzalanmaması gərkən sənədləri imzalayan “Baksovet Kamil”, “zəhməti müqabilində” böyük pullar qazanmaqdadır.
Ömrünün ixtiyar vaxtında “yaşamağın yolunu tapan” bu şəxs xidmət göstərdiyi məmurların səxavətindən də gen-bol yararlanmaqda, onlardan dəyəri on və yüz min manatlarla hesablanan hədiyyələr almaqdadır. Onun cari ildə aldığı bu tip hədiyyələrdən biri də qiyməti təxminin 30 min dollar dəyərində olan avtomobil olub. Elektriklə işləyən bu avtomobil “Baksovet Kamil”ə məşhur iş adamlarından biri tərəfindən verilib. Yenixeber.org-a daxil olan məlumata görə, “Baksovet Kamil” öncə hədiyyəni qəbul etməyə ehtiyat etsə də, daha sonra bunu bir şərtlə qəbul edə biləcəyini bildirib. O, qeyd edib ki, gərək bundan heç kimin, xüsusilə də Eldar Əzizovun xəbəri olmasın. Bu barədə qarşı tərəfdən təminat alan “Baksovet Kamil” hədiyyə avtomobili halal dədə-baba mirası kimi qəbul edib.
Növbəti yazılarımızda sizi “Baksovet Kamil”in kimliyi, icra hakimiyyətindəki vəzifəsi və yol verdiyi qanunsuzluqlarla bağlı daha ətraflı məlumat verəcəyik.
P.S: Biz Yenixeber.org olaraq yazıda yer alan iddialarla bağlı Bakı Şəhər İcra Hakimiyyətindən də mövqe öyrənə bildik. Qurumun Mətbuat Xidmətindən bildirdilər ki, tikintiyə sorumlu Bakı Şəhər İcra Hakimiyyətinin tabeli qurumu olan "Memarlıq və Şəhərsalma idarəsi" 2018-ci ildən Dövlət Arxitektura və Şəhərsalma Komittəsinin nəzdində fəaliyyər göstərir. Bu səbəbdən də, Bakı Şəhər İcra Hakimiyyətinin heç bir tikintiyə müdaxilə etmək hüququ və vəzifəsi yoxdur. (Yenixeber.org )

скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...