Anons

Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib

Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR

Tarix:17-12-2024, 15:45

TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR Ağır qəzaya düşən vətəndaşlar bülleten kağızlarına poliklinikada işləyən həkimin səhvən iki tarix yazması səbəbindən bülleten pullarını ala bilmirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, 29 sentyabr 2024-cü ildə Biləsuvar-Bəhrəmtəpə yolunun 38-ci kilometrliyində baş verən ağır avtoqəza nəticəsində Kənan Kamran oğlu İslamov və anası ciddi xəsarətlər alıblar. Hər ikisi Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə yerləşdirilib. Kənan İslamov qasıq və oturaq çanağının, sağ bazu sümüyünün, həmçinin sağ 3-cü və 4-cü fəqərələrinin sınığı, anası isə sol bud sümüyü və qabırğalarının sınığı xəsarətlərini alıb.
"Anam 9 oktyabr tarixində Kliniki Tibbi Mərkəzdə əməliyyat edilərək sol bud sümüyünə implant yerləşdirilib, özüm isə 11 oktyabrda "City Hospital"da əməliyyat olunmuşam.
Bu müddət ərzində mənə "City Hospital"da bülleten açılıb və əməliyyat edən həkim tərəfindən altı bağlanıb. "Saatlı Rayon Mərkəzi Xəstəxanası" PHŞ poliklinika şöbəsinin müdiri tərəfindən isə həmin bülletenin altı ağardıcı ilə silinərək yenidən tarix yazılıb və bülleten tarixi uzadılıb.

TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR

Anamın bülleten vərəqəsinə Saatlı RMX əməliyyat-cərrahiyyə şöbəsinin cərrahı tərəfindən eyni qaydada müdaxilə olunub və bülleten vərəqinin tarixi uzadılıb.
Bülleten vərəqələrimiz işlədiyimiz idarələrin mühasibatlıq şöbəsi tərəfindən sistemə yerləşdirilsə də, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən geri qaytarılıb.
Əsas kimi isə Səhiyyə Nazirliyinin 2011-ci il tarixli qərarına 30 N-li əlavəsini gətirilib: yəni bir bülleten vərəqəsində bir səhiyyə müəssisəsi tərəfindən qeydlər aparılmalıdır", - deyə şikayətdə qeyd olunur.
TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR

Şikayətçi əlavə edib ki, məsələ ilə bağlı dekabrın 9-da Səhiyyə Nazirliyinin "9103" saylı qaynar xətti ilə əlaqə yaradıb və ona deyilib ki, nazirliyin 2011-ci il tarixində 30 N-li əlavəsində elə bir hal nəzərdə tutulmayıb ki, vətəndaşa bülleten ödənişi köçürülməsin. Bildirilib ki, DSMF ödənişi həyata keçirməlidir.
"DSMF-nin "142" qaynar xəttindən isə bildirildi ki, bülleten vərəqələrinin icrası, bülleten ödənişlərinin vətəndaşa köçürülməsi üçün Səhiyyə Nazirliyindən onlara razılıq verilməlidir.
Qurumlar arasında belə rabitənin olmaması səbəbindən nə edəcəyimizi bilmirik. Hamı problemi bir-birinə ötürür", - şikayətdə bildirilir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Kənan İslamov və Gülnarə İslamovanın müraciətləri araşdırılıb.
TƏBİB və DSMF arasında kommunikasiya boşluğu: Qəzaya düşən vətəndaşlar BÜLLETEN PULUNU ALA BİLMİRLƏR

"Məlum olub ki, tibb müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqələri Səhiyyə Nazirliyinin "Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası"nın, həmçinin "Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı və saxlanılması qaydası haqqında Təlimatı"nın tələblərinə uyğun tərtib edilmədiyindən və sığortaedənlər tərəfindən yol verilmiş digər çatışmazlıqlar səbəbindən müavinətin ödənilməsindən imtina edilib və səbəbləri qeyd edilməklə müvafiq düzəlişlərin aparılması üçün haqq-hesab cədvəlləri sığortaedənlərə geri qaytarılıb.
Verilmiş xəstəlik vərəqələrinin tərtibində yol verilmiş nöqsanlar tibb müəssisələri tərəfindən aradan qaldırıldıqdan və haqq-hesab cədvəllərində müvafiq düzəlişlər edildikdən sonra müavinətin ödənilməsi məsələsinə qanunvericiliyə uyğun olaraq yenidən baxılacaq", - deyə R.Mehdili vurğulayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən isə (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, əmək qabiliyyətinin olmaması vərəqələrinin doldurulmasında iddia olunan nöqsanlarla bağlı sığortaolunanların məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dəstək olunması barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə TƏBİB tərəfindən müvafiq müraciət məktubu ünvanlanıb.
"Həmin məktubda xəstəlik vərəqəsinin müddəti uzadıldığı halda iki ayrı tibb müəssisəsinin möhürünün eyni xəstəlik vərəqəsində olmasının Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 11 mart 2011-ci il tarixli 30 nömrəli əmri ilə təsdiq edilmiş "Əmək qabiliyyəti olmamaq vərəqəsinin doldurulması Qaydası"nın 11-ci bəndinin tələblərinə uyğun olduğu qeyd olunub", - deyə açıqlamada bildirilir.(Oxu.Az)скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...