Anons

Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Dünən, 11:51- Yeməyi müştərilərə “zəhər” edən dönər evi yenə açıqdır?

Dünən, 11:30- Azərbaycan klubu yeni baş məşqçisini açıqlayıb

Dünən, 10:53- “Sea Breeze” də bu tədbirlər ləğv olundu

Dünən, 10:32- Şəki İcra Hakimiyyətinin yeni sahilbərkitmə işlərinə ayırdığı yüz minlərin aqibəti necə olacaq

Dünən, 09:21- “Kontakt Home”-dən şikayəti kimə eləyək?" - Müştərilər sual verir

Dünən, 08:56- “Vəkil” Səbiyyə Panəliyeva daha kimləri aldadıb?- Hüquq-mühafizə orqanları araşdırma aparır-Video

28-06-2025, 19:47- Təhsil yoxsa təhdid ocağı? – Qusar rayonunda məktəbdə cinsi zorakılıq və şiddət iddiaları: Nazirlik niyə susur?!

28-06-2025, 19:05-  Deputatın alayarımçıq PARK ƏCƏMİ layihəsi... - "3-4 aya yaxın müddət keçib..."

28-06-2025, 10:54- "Məcnun Məmmədov ciddi düşünsün" - ÇAĞIRIŞ

28-06-2025, 08:40- Yeni direktor məktəbi telefonla idarə edir

28-06-2025, 08:01-  Ekologiya sistemli şəkildə məhv edilir, amma... - heç kim məsuliyyət daşımır

Haqqımızda Əlaqə

General mənimsədiyi pullardan 12 milyon manat ödəyib

Tarix:15-11-2024, 18:38

General mənimsədiyi pullardan 12 milyon manat ödəyib

General mənimsədiyi pullardan 12 milyon manat ödəyib

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyinti ittihamı ilə mühakimə edilən general Nizami Məmmədov və üç zabitin 1 ildən çoxdur davam edən məhkəmə istintaqı bu gün tamamlanıb.

Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü iclasda Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bu iş üzrə dövlətə dəymiş ziyandan nə qədər ödənildiyi elan edilib.

DTX-nin məktubunda qeyd edilib ki, Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidən bütün təqsirləndirilən şəxslər tərəfindən cəmi 38 milyon 664 min manat ödənilib.

Bunun 12 milyon 203 min manatını Nizami Məmmədov, 110 min manatı Cəlal Kazımov, 101 min manatı isə Vüsal Əlizadə tərəfindən ödənilib. Bundan başqa, iş üzrə bütün təqsirləndirilən şəxslərin əmlaklarına ziyanın ödənilməsinə yönəldilməsi üçün həbs qoyulub.

Buraya həm ibtidai, həm də məhkəmə istintaqı vaxtı qaytarılan pullar daxilir. Məsələn, general Məmmədov 12 milyon 203 mini ibtidai istintaq vaxtı qaytarmışdı.

Amma generalın vəkili deyir ki, müvəkkilinin rəisi işlədiyi Maliyyə və Büdcə İdarəsinin mühasibi Akif Umudov onun adından 210 min manat ödəniş edib. Amma həmin məbləğ qeydə alınmayıb.

Fikrət Əliyevin sədrlik etdiyi hakimlər vəkilin etirazına münasibət bildirməyib.

Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Çıxış üçün dövlət ittihamçısına söz verilib. Amma o, çıxış etmək üçün vaxt istəyib.

Dövlət ittihamçının israrından sonra çıxışlar mərhələsi 1 həftəlik təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Nazirliyin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, quru, hava və dəniz qoşunlarının maliyyə xidmətlərinin sabiq rəisləri - polkovniklər - Bayram Bayramov, Cəlal Kazımov və kapitan Vüsal Əlizadə hər biri həbsdə mühakimə olunur. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...