Bu gün, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
Bu gün, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət
Bu gün, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR
Bu gün, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı
Bu gün, 16:38- Rusiya Azərbaycana nota verib
Bu gün, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?
Bu gün, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video
Bu gün, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…
Bu gün, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı
Bu gün, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?
Bu gün, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü
Dünən, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır
Dünən, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye
Dünən, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
Dünən, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb
Dünən, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib
Dünən, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi
Dünən, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO
Dünən, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir
Dünən, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...
"Azərbaycanlı məmurlar – son vaxtlar adları ölkə mediasında tez-tez hallanan Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Türkiyədki daşınmaz əmlaklarını sürətlə genişləndirməkdədir". Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.
Məqalədə daha sonra bildirilir: "İstanbul şəhərində çoxlu sayda mənzil və ictimai iaşə obyektinə malik olan cütlük, bugünlərdə Türkiyənin ən böyük turizm mərkəzlərindən biri olan Antalyada da daşınmaz əmlaka sahib olmaq istiqamətində ciddi addımlar atmaqdadır.
Hal-hazırda cütlük Antalyada – şəhər mərkəzindən bir qədər kənarda yerləşən, özündə dəniz və meşə gözəlliyini birləşdirən otellərdən birini almaqla bağlı danışıqlar aparmaqdadır. Olduqca məxfi şəkildə həyata keçirilən danışıqlar prosesi zamanı Ramin Abdullayevlə Namiq Hümmətov otelin gəlir-çıxarı ilə yanaşı, daha bir sıra məsələlər haqqında maraqlanıb ki, bunlardan da biri oteldə işləyən azərbaycanlılarla bağlı olub. Cütlük otelin hazırkı sahibinə açıq şəkildə bildirib ki, onlar oteldə azərbaycanlıların işləməyində maraqlı deyil. Çünki oteldə azərbaycanlıların işləməsi gerçəyi otelin yeni sahibləri, habelə onların buradakı gələcək fəaliyyəti haqqında məlumatların Azərbaycanda yayılması riskini artırır. Bu səbəbdən də alqı-satqı ilə bağlı danışıqların uğurla nəticələnəcyi halda oteldəki azərbaycanlıların müxtəlif bəhanələrlə işdən azad ediləcəyi gözlənilir.
Ramin Abdullayev və Namiq Hümmətovun otel qarşılığında onun sahibinə ilkin olaraq 80-100 milyon dollar arasında pul təklif etdikləri bildirilir. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə otelin kimin adına sənədləşəcəyi ilə bağlı isə Ramin Abdullayevlə Namiq Hümmətov arasında yekdil fikir yoxdur. Namiq Hümmətov oteli Azərbaycandakı yaxınlarından birinin adına sənədləşdirmək istəsə də, Ramin Abdullayev bunun “riskli olduğu” qənaətindədir. Ramin Abdullayev hesab edir ki, otelin Türkiyə vətəndaşının adına rəsmiəşməsi gələcəkdə Azərbaycan dövlətinin aparacağı mümkün təftişdən yayınmaq üçün daha məqsədəuyğundur".
Növbəti yazımızda otelin adı və danışıqların digər detalları haqqında ətraflı məlumat verəcəyik.
Dia-az.İnfo