Anons

28-05-2024, 20:59- Rəşid Piriyevin bunlardan xəbəri varmı?!-Rüşvət,süründürməçilik,bürokratik əngəllər və daha nələr-nələr.....

Dünən, 16:24- Prezidentdən pensiyalarla bağlı SƏRƏNCAM

Dünən, 15:15- Qadağa yoxdursa: Bələdiyyələr niyə sosial evlər tikmir? - AKTUAL

Dünən, 14:26- Problem daha çox „Gavur qalası“ ərazisində hiss olunur... - GİLEY

Dünən, 13:24- Rus dili müəllimləri də NARAZILIQ EDİR... - SƏN DEMƏ...

Dünən, 12:58- Lənkəranda vətəndaşları zəhərləyən KİMLƏRDİR? - GİLEY

Dünən, 12:15- Zaur Mikayılov dövlət qurumunu ata mülkü kimi idarə edir -VİDEO

Dünən, 10:00- "Bunu etmək hüququnu “Pilot Residence”ə kim verib?" - NARAZILIQ VAR...

Dünən, 09:43- Cəlal Qurbanov deputat olmaq üçün hərəkətə keçdi – İş adamı Şeyxə qarşı – İDDİA

28-06-2024, 19:36- Zakir Həsənov macar həmkarı ilə görüşdü - Fotolar

28-06-2024, 19:10- 1 milyonluq dövriyyəsi olan “Daş bazarı”nın rəhbərliyi səhmdarlara 16 min manat gəlir əldə olunduğunu deyir... – “ALATAVA-2 AVTONƏQLİYYAT”LA BAĞLI QALMAQAL BÖYÜYÜR

28-06-2024, 18:32- Qarabağ yenidən qurulur, Əsabil Qasımov milyonlarla sərmayə ilə Kislovodskdə sanatoriya açır….

28-06-2024, 16:39- Ermənistanın nicatı, Aİ-yə açılan yolu – işğalçı konstitusiyadan imtina - TƏHLİL

28-06-2024, 16:12- Deputat Ağalar Vəliyevin şirkəti vətəndaşları etiraza sürükləyir -“Kristal Abşeron”dan ev alanlar təşkilatlandılar

28-06-2024, 15:44- MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı - Təcili

28-06-2024, 14:17- Onları 13 min manatadək cərimə gözləyir

28-06-2024, 13:43- Qarabağ Universitetində yeni təyinat - Foto

28-06-2024, 13:14- İki deputatın doğulduğu qazsız kənd: Sakinlər hələ də meşədən odun daşıyır - BU NƏDİ BELƏ?!

28-06-2024, 12:39- Masazırda qanunsuz evlər tikib satan Xəyal Məmmədlinin himayəçisi kimdir? - VİDEO

28-06-2024, 12:18- COP29 ərəfəsi ETSN üçün EV TAPŞIRIĞI... - Restoranlardan ƏRŞƏ QALXAN TÜSTÜ VƏ...

Haqqımızda Əlaqə

Əlbir olub 1 milyonluq evi ələ keçirib yaşlı vətəndaşı küçəyə atdılar - ""Mehriban xanım, ümid yerim sizədir (VİDEO)

Tarix:27-06-2024, 10:18

Əlbir olub 1 milyonluq evi ələ keçirib yaşlı vətəndaşı küçəyə atdılar - ""Mehriban xanım, ümid yerim sizədir (VİDEO) Vətəndaş Mustafayeva Məlahət iddia edir ki, Nərimanov rayonu Mirəli Qaşqay 94 mənzil 25 də olan 300 kvadrat metrə yaxın, dəyəri təxminən 1 milyon manat olan mənzili 221 min manat pula görə bir neçə nəfər əlbir olaraq ələ keçiriblər.

Bunlardan biri iqtisadiyyat ünversitetinin müəllimi Vüsal Quliyev, digəri Eldar Əliyev adlı şəxsdir. Onlara himayədarlıq edən isə Nərimanov rayon İcra probosiya şöbəsinin rəisi Zaur Abdullayevdir.

8 il bundan öncə müəyyən səbəblərə görə həyat yoldaşı Yaşar Mustafayev İqtisad Üniversitetinin dekan müavini Vüsal Quliyevdən notariat vasitəsi ilə 221 min manata imza ataraq 160 min manat faizə pul götürüb.

"Həmin puldan 68 min manatını qaytarıb. Vəziyyətimiz çətinləşdi, pulun yerdə qalan hissəsini verə bilmədik. Ondan gözləməsini xaiş etdik amma gözləmədi. Getdi Nərimanov rayon icra şöbəsinin rəisi Zaur Abdullayev və notariusla əlbir olaraq pul müqabilində girov kimi qoyduğumuz evi hərraca çıxardılar.

Şəhərin mərkəzində olan 1 milyonluq evimə əvvəl 300 min manat qiymət qoydular, sonra 250 min manat oldu. Öz aralarında qapalı hərrac keçirib evi özləri ələ keçirdilər. Məsələ ilə bağlı məhkəməyə müraciət etmişik, indi məhkəmənin qərarı olmadan gəlib məni evimdən məcburi çıxarırlar.

Həyat yoldaşım hazırda ölkədə deyil, müəyən vasitələrlə onun ölkə çıxışına da stop qoydurub barəsində axtarış qərarı verdiriblər. İndi o ölkəyə qayıdarsa həbs edəcəklər. Evimin bütün əşyalarını Nərimanov rayon icra şöbəsinin əməkdaşlarının iştırakı ilə çölə atırlar. Deyirəm, mənim evimi boşaltmaq haqqında məhkəmənin qərarını gətirin göstərin, icra şöbəsinin əməkdaşları deyir qərar yoxdur.

Bu işə qanunsuz olaraq Eldar Əliyev adlı şəxsi də cəlb ediblər. Eldar Əliyev Nərimanov rayon icra və probosiya şöbəsinin rəisi Zaur Abdullayevin ən yaxın dostlarından biridir.

İqtisad Üniversitetinin dekan müavini Vüsal Quliyev ona etibarnamə verib ki, guya onun hüquqlarını qoruyur.

Deyirik evi sataq pulunuzu verək, yerdə qalan pula isə özümə ev alım, yaşlı adamam. Bununla razılaşmırlar. Vüsal Eldarın üstünə atır, Eldar Vüsalın üstünə. Vəziyyətdən çıxa bilməyəndə isə deyirlər İcra şöbəsinin rəisi Zaur Abdullayev belə göstəriş verib. İqtisad Üniversitetinin dekan müavini və müəllimi icra şöbəsinin rəisi ilə əlbir olub, sual edən yoxdur ki, bu universitet müəllimi ayda nə qədər pul qazanır?

Bu qədər pulları haradan əldə edib? Millətin evini yıxıb bu cür faizə pul verərək bir neçə nəfərin evini qanunsuz yollarla ələ keçiriblər. Artıq dözülməz həddəyəm, ölkə vətəndaşlığından imtina etmək istəyirəm. Bu ahıl yaşımda məni zorla qapını qıraraq evimdən çıxardılar, indi qalmışam onun-bunun qapısında. Bu ölkədə qanun yoxdur? Mehriban Əliyeva, bir ana olaraq sizə səslənirəm, siz də anasız, məni dinləyən yoxdur. Məhkəmə qərarı olmadan məni ahıl yaşımda evimdən zorla çölə atdılar. Sizdən xahiş edirəm, mənə köməklik göstərin" - deyə şikayətçi Məlahət Mustafayev bildirir.


Azerbaycanrealligiскачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...