Anons

Dünən, 19:59- “Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət

Dünən, 19:21- İlqar Mustafayev bu şəxslərlə əlbir imiş -12 milyonluq cinayət

Dünən, 18:50- Lənkəranda 4 mərtəbəli mansardlı binanın tikintisinə hansı məmur icazə verib? -FOTOLAR

Dünən, 16:49- Bu məhkəmələrə hakimlər təyin edildi - Siyahı

Dünən, 16:38- Rusiya Azərbaycana nota verib

Dünən, 16:07- “UĞUR 777” estetik mərkəzində tibbi təhsili olmayan “kosmetoloqlar” lisenziyasız “həkimlər” necə prosedurları həyata keçirir?

Dünən, 15:25- Xırdalanda mənzil obyektə necə çevrildi? -Video

Dünən, 14:44- “MY SHOPS”un satış müdiri dələduzluqda ittiham olunub – 50 ədəd “Playstation” sifariş verib…

Dünən, 14:27- “Berlin Ailə və Uşaq Klinikası”da pozuntular aşkarlandı

Dünən, 12:31- "Arxasına vuran" Xalq artisti, dişini ağardan tamaşaçı... - Gör, kim xalq artisti olub?

Dünən, 12:04- Bu dəfə Yeni Yasamalda yol çökdü

30-06-2025, 19:48- Rusiyanın növbəti hədəfi Odessadır

30-06-2025, 19:23- PTX-nin rəisi təyin olunan Fərid Əsgərov kimdir? - Dosye

30-06-2025, 19:12- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi

30-06-2025, 18:56- Ukrayna Kanadadan ERA təşəbbüsü çərçivəsində təxminən 1,7 milyard dollar alıb

30-06-2025, 18:41- Beyləqanda ölümlə nəticələnən yol qəzası baş verib

30-06-2025, 16:18- Baba Rzayev doğma şirkətlərinə bu dəfə də yetmiş milyon manat verdi

30-06-2025, 15:42- İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir -DE-FAKTO

30-06-2025, 15:18- Almaniyada Rusiyaya qarşı 18-ci sanksiya paketinin tezliklə tətbiqi gözlənilir

30-06-2025, 12:47- Cəbrayıl sakinləri BOĞAZA YIĞILIB... - gileylənmək də mənasızdır...

Haqqımızda Əlaqə

«Azərbaycan Dəmir Yolları» şirkətlər arasında AYRI-SEÇKİLİK EDİR - HAQSIZ RƏQABƏT YARADIR

Tarix:24-05-2024, 16:52

«Azərbaycan Dəmir Yolları» şirkətlər arasında AYRI-SEÇKİLİK EDİR - HAQSIZ RƏQABƏT YARADIR Azərbaycanda dəmiryol nəqliyyatının vahid operatoru olan «Azərbaycan Dəmir Yolları» QSC dəmir yol sahəsində fəaliyyət göstərən şirkətlər arasında ayrı-seçkiliyə yol verir.

FED.az xəbər verir ki, artıq «Azərbaycan Dəmir Yolları» QSC-nin bu davranışı ilə bağlı özəl şirkətlərdə narazılıq yaranıb.
Azərbaycanda müxtəlif növ daşımalarla məşğul olan «Alliance Logistics» MMC şirkəti «Azərbaycan Dəmir Yolları» QSC-ni ayrı-seçkilik etməsi və haqsız rəqabət yaratması ilə əlaqədar olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.

Müraciətdə bildirilir ki, “Azərbaycan Dəmir Yolları” QSC dəmir yol sahəsində fəaliyyət göstərən ekspeditor şirkətlərinə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verir, daha dəqiqi, habelə əməkdaşlıqdan əsassız olaraq imtina edir.

Şirkət bu halların səbəğbinin araşdırılması və müvafiq tədbirlərin görülməsini istəyir.

Qeyd edək ki, bu hallar “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun «Sahə inhisarçılığı»na aid olan 6-cı maddəsinin 4-cü və 11-ci bəndlərinə, eləcə də Qanunun «Təsərrüfat subyektlərinin inhisarçılığı»na aid olan 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinin pozulması deməkdir.

Xatırladaq ki, 6-cı maddənin 4-cü bəndinə əsasən təsərrüfat subyektlərinin müstəqilliyinin əsassız olaraq məhdudlaşdırılması; 11-ci bəndinə əsasən isə rəqabəti məhdudlaşdırmaq, yaxud aradan qaldırmaq məqsədilə tabeliyində olan təsərrüfat subyektlərinə dempinqin tətbiqi üçün şərait yaradılması qanunla qadağandır.

«Antiinhisar fəaliyyəti haqqında» qanunun 8-ci maddəsinin 7-ci və 8-ci bəndlərinə əsasən isə digər təsərrüfat subyektləri ilə müqayisədə kontragentlərin rəqabət imkanlarına zərər vuran, yaxud zərər vura bilən eyni və ya eyni şərtli müqavilələrin bağlanmasında ayrı-seçkiliyə yol verilməsi; eləcə də, kontragentə sərfəli olmayan və ya müqavilələrin məzmununa aid olmayan müqavilə şərtlərinin ona məcburi qəbul etdirilməsi qadağandır.

Eləcə də “Azərbaycan Dəmir Yolları” QSC-nin bu davranışı “Haqsız rəqabət haqqında” Qanunun

5-ci maddəsinin (Rəqibin təsərrüfat fəaliyyətinin nüfuzdan salınması hallarını əhatə edir) 2-ci hissəsinin, Rəqibin təsərrüfat fəaliyyətinə müdaxiləni əhatə edən 6-cı maddəsinin 2-ci hissəsinin və Haqsız sahibkarlıq fəaliyyətinə aid olan 7-ci maddəsinin 3-cü hissəsinin tələblərinin pozulması əlamətləridir.

Qeyd edək ki, sözügedən qanunun 5-ci maddəsinin 2-ci bəndinə əsasən digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların yayılması qadağandır.

Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə isə rəqibin işgüzar münasibətlərinin qanunsuz vasitələrlə qəsdən pozulması, kəsilməsi və dayandırılması qanunla qadağandır.

Bundan başqa, qanunun 7-ci maddəsinin 3-cü hissəsinə əsasən rəqibin üzərində əsassız üstünlük qazanmaq məqsədilə onun təsərrüfat qərarlarının qəbul edilməsinə və icrasına qanunsuz vasitələrlə təsir göstərilməsi qanunla qadağandır.скачать dle 10.6фильмы бесплатно

ŞƏRH YAZ
yüklənir...
XƏBƏR LENTİ
FOTO
yüklənir...